Xoşbəxtdir ona görə ki... - my_angel (14)

Müəllif: ulduz
Şərhlər: 12
Baxılıb: 1 976
Səs ver:
(səs: 5)
Salam gözəl xanımlar! Layihəmin bu səfər qonağı my_angel  nikidir Gəlin görək o nəyə görə xoşbəxtdir  :11:
 
Mən xoşbəxtəm ona görə ki, Şükr etməyi bacarıram,sağlamlığım öz yerində,ailəm və sevdiklərim yanımda və sağlamdır.

Mən həyatı sevirəm ona görə ki, Həyat mənim üçün mənalıdır,bu həyatda əsas məqsədlərimdən biri yaxşılıq etməkdir.

Dinimi sevirəm ona görə ki, Dinim İslam dinidir,içimdə din,Allah sevgisi var və müsəlmanam.

Sevgi gözəl hisdir ona görə ki, İçində sevgi olan insan xoşbəxtlik əldə edə bilər.Məncə buna grə sevgi gözəl hissidr. Hərtərəfli sevgi gözəl hissdir.

Anamla mübahisə edirəm bəzən ona görə ki,
məni çox vaxt anlamır,başa düşmür.

Bəzən məni başa düşmürlər ona görə ki,
ya mən düzgün izah edə bilmirəm, ya da onlar başa düşmək istəmir.

İşlərimi çatdıra bilmirəm ona görə ki, bəzi vaxtlar elə olur ki, vaxt məhdudluğundan çatdıra bilmirəm,bəzən də öz məsuliyyətsizliyimdən. Amma normalda məsuliyyətli biriyəm.

Bəzi gecələr ağlayıram ona görə ki, yaşadıqlarım bəzi acı problemlər ucbatından.

Bəzən hər şeydən yoruluram ona görə ki, səbrimin tükəndiyi bir vaxtda hər şeydən yorulmuş kimi hiss edirəm özümü,amma heç nədən yorulmuram.

Gözəllik qurban tələb edir ona görə ki, hər bir qadın,qız gözəl görünməyin tərəfdarıdır çox zaman. Gözəl görünmək üçün isə çaba sərf etmək lazımdır. Lakin unutmayaq ki, xaric cəhətdən nə qədər gözəl olursaq olaq,əsas olan daxil cəhətdən gözəl olmaqdır.

Darıxıram ona görə ki, ona görə ki,
sevdiklərimdən ayrı düşəndə onlar üçün çox darıxıram. Fəqət kitab oxumaq məni darıxmağa qoymur ki :)

Heyvanları və bitkiləri çox sevirəm ona görə ki, onları da Allah yaradıb,onlar da bu həyatla mübarizə apararaq tutununmağa çalışırlar,hətta bəzi heyvanlar bəzi insanlardan üstün olurlar.

Qısqancam ona görə ki, sevdiklərimi bölüşməyə qısqanıram.

Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki, çünki onları çox sevirəm. Əsasən də kitablarımı paylaşa bilmirəm)) onları çoox sevirəm.

Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki, bəzən çox yorulduğum üçün, kitablarımı və dostumu götürüb uzaqlaşmaq istəyirəm hər şeydən.

Məni nə sevindirir bilmirəm ona görə ki,
bəzən insan nəyə sevinəcəyini bilmir.

Arzularım, xəyallarım, ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki, bir dəqiqə deyil belə bir saniyə sonra nə olacağını bilməyərək,məqsədlərimin araxasından qaçıram.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 1 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri