Xoşbəxtdir ona görə ki... - Angela7 (17)

Müəllif: ulduz
Şərhlər: 8
Baxılıb: 1 363
Səs ver:
(səs: 3)
Salam Qadınlar..biz qızları layihəmin bu səfər ki... qonağı Angela7 nikidir  :03: :03: :03: :03:
 
Mən həyatı sevirəm ona görə ki, onun mövcud olan gözəlliklərini və al- əlvan çalarlarını yaşamaq, anlamaq istəyirəm.

Dinimi sevirəm ona görə ki, dünyanın olması gərəkdiyi kimi olmasını və qadın əzəməti özündə əks etdirir.

Sevgi gözəl hisdir ona görəki, sevilmək, arxanda möhkəm bir dağ olduğunu duymaq, dərdlərini bölüşəcəyin və qayğına qalacaq birilərinin olmasını bilmək xoşbəxtliyin elementlərindən biridir.

Anamla mübahisə edirəm bəzən ona görə ki, fikirlərimiz çox vaxt üst-üstə düşmür və məni anlamır.

Bəzən məni başa düşmürlər ona görə ki, bəzən reallıqlardan uzaq olub nağıllar aləminə köç edirəm.

İşlərimi çatıra bilmirəm ona görə ki, bəzən internetdə çox vaxt itirirəm.

Bəzi gecələr ağalayıram ona görə ki, cavabını tapmamış suallar var beynimdə,dəyərli olduğumu hiss etmək, həyatımda bəzi qaranlıq məqamların artıq işıqlığa çıxmasını və keçmişdəki səhvimi silmək istəyirəm.

Bəzən hər şeydən yoruluram ona görə ki, problemlər yorur məni,xüsusən də insanların ikiüzlü,laqeyd və qəddar olmasına tab gətirə bilmirəm.

Darıxıram ona görə ki,
çox istəyirəm və çox dəyər verirəm, amma uzaqdır

Heyvanları və bitkiləri çox sevirəm ona görəki,
1. Onlar da Allah tərəfindən yaradılıb 2. Onlar olmasa insanlar da olmaz,nə qida əldə edə bilərik, nə də ki oksigen, biz onlardan asılıyıq.

Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki, onlar mənim sevdiklərimdir və mənim olan bir şeyi əsla başqasıyla paylaşmaram və sevdiklərimi elə dərindən sevirəm ki, əminəm ki, onları məndən başqa heç kəs o cür dərin məhəbbətlə sevməz, sevə bilməz.
 
Mən xoşbəxtəm ona görə ki, gözəl ailəm var, Allah onları mənə çox görməsin,və arzuladığım yerdə təhsil alıram
 
Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki, düşüncələrimlə baş- başa qalmağa, rahatca saatlarla düşünməyə ethiyacım var.

Məni nə sevindirir bilmirəm ona görə ki, fikirlərim biraz qarışıqdır.

Arzularım, xəyallarım və ümidlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki,
mən bütün həyatımı onlara bağlamışam və İnşəAlllah gerçəkləşər   :128:
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 1 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri