Mənim toy günüm - ask meleyi (7)

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 2 069
Səs ver:
(səs: 3)
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın ask meleyi-di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - ask meleyi (7)
 

ILK ÖNCƏ SALAM. Bu MƏNIM IŞTIRAK ETDIYIM ILK LAYIHƏDIR. ONA GÖRƏ DƏ SƏNƏ TƏŞƏKKÜR EDIRƏM.  :heart: :128:

 

  1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Ərimlə mən xala oğlu xalaqızıyıq. bizimkı uşaqlıq sevgisi sayılır. 8 il öncə onlar Türkiyəyə getdi, mən isə Bakıya gəldim. 8 ildən sonra skaybda bir birimizi gördük . o məni sevən zaman mən hələ 5 yaşında olmuşam. ona görə də necə biri olduğunu bilmirdim. o məni görəndən məni yenidən sevməyə başladı. sonra isə mən onu sevdim və biz sevgili olduq.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

o Azərbaycana gəldiyi zaman təklif eləmək istəyirdi. amma mənə elçi düşdülər . bizim fikrimizdə 2 3 ildən sonra evlənmək vardı. Elçi məsələsinə görə atası gəldı bizə məni istədi . bizimkilər də razılaşdılar.

3. Neçə müddət nişanlı qaldınız?

1 ay nişanlı qaldıq

4. Toy hazırlıqları necə irəlilədi?

çox pıs . toyumun vaxtı demək olar ki, 3 dəfə ertələndi. xarici passport çıxarmalıydım . bu da bir az zaman aldı. yəni məndən başqa hər şey hazır ıdı.  

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

toyuma 2 həftə qalmış. hər şey həll olunduğu üçün çox zaman lazım olmadı

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

təbi ki də gəlinlik paltarını aldığım zaman

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

yox vaxt varıydı ki

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

mən qərar vermədim . qaynatamgil İstanbuldan birini seçdilər

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

fotoqrafçıya

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

yox

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

yox. ağlımdakı gəlinliyi tapa bilmədim. amma xoşuma gələni oldu onu aldım



12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

çox davam etmədi. bəlı çox çətinmiymiş

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

xoşuna getdi

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

hə . amma toy günü başqa cür yığdırdım

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

hə, bəzi yerləri yox

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

yox özləri aldılar  

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

unutmaq olar ki... 13.09.15  

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

gəlinliyimin ayaq hissəsi cırıldı

19. Toy günü unutduğunuz bir şey oldumu?

xatırlamıram

20 Toyunuzun ən gözəl anı nə idi?

men atamı 15 ildən sonra tapdım. arzum idi ki, onunla tans etmək. və oldu da. Ferhat Köçerin qızım mahnısını tans etdık

21. İlk rəqs parçanız hansı idi?

 Kalbimin tek sahibine. amma biz bunu istəməmişdik

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Ən romantik anı. toyda gəlinliyim məni sıxırdı həm də ki yorğun idim, ona görə də başımı ərimin çiyninə qoydum bu vaxtdı da video çəkən sən demə bizi çəkirmiş, sonra çox utandım

23. Bir tərslik yaşandımı toy günü?

yox hər şey yolunda getdı

24.Ən çox nə vaxt həyəcanlandınız?

atamın mənım belimi bağladığı zaman. bir də ki toydan sonra

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

yox

26. Bal ayınızı harada keçirdiniz?

keçirə bilmədik ki, ərimin iş yerindən icazə vermədilər. toyun səhəri işə getdi

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

2 ay yarımdı

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

həyəcanlanmasınlar. hər zaman ümidli olsunlar. bir də ki xoşbəxt olsunlar.

məndən bu qədərrrr  

 

 
 
Canım mənim, sevgi üzərində qurulan bu gənc ailənizin sevgi və xoşbəxtlik içində uzunnnn bir yol keçməsini diləyirəm... Allah gələn il bu vaxtı evinizi körpə səsi ilə şənləndirsin inşallah... amin...
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 2 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri