Mənim toy günüm - ulduz (8)

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 5 135
Səs ver:
(səs: 4)
:toy: ...Mənim Toy Günüm... :toy:  layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın ulduz-du..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - ulduz (8) 
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Anası görüb bəyənmişdi, elçi gəldilər, o vaxtı o Rusiyada idi   :01:
 
2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Təəssüf ki, o gözəl hiss qismət olmadı mənə   :15:
 
3. Neçə müddət nişanlı qaldınız?
1 ay yarım :125:
 
4. Toy hazırlıqları necə irəlilədi?
Rahat oldu 1- 2 problemdən qorxurduq, şükür ki, hər şey qaydasında idi    :dua:
 
5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Demək olar ki, vaxt az olsa da her şey hazır etdik, o qədər də çətin olmadı :09:
 
6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Əlbətdə ki, alış veriş həm cehiz üçün, həm də səbətlər . Bir də qaynanamın sənə çox şey almıyacam dediyi halda hər şeyi aldırtmağım :bookiz:
 
7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox getmədik, azdan çoxdan bilirdik. həm isdəsəm də yoldaşım ömür boyu razı olmazdı :13:
 
8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Valideyinlər qərar verdi . :07:
 
9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Səhf etmirəmsə restoranın öz fotoqrafı idi o çəkdi :motor:
 
10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox a bajı, hələ üstəlik qız toyu şəkillərim nəysə gəlib çıxmadı :ciyy:
 
11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Qız toyu hə .amma əsl oğlan toyun gəlinliyiydi o da yox, çünki məhərrəmlikdən sonra oldu toyum hamısının əvvəlcə kimlərəsə behi verilmişdi gec getmişdik :girl_impossible:
 
12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Tam səhərdən axşama kimi :bilek:
 
13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Bildirməzmi, hər şeyə fikir bildirməsələr olar heç :18:
 
14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Bir gün əvvəldən nə isdədiymi usdama demişdim :02:
 
15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Bəli sağolsun gözəl olmuşdu :20:
 
16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox sadəcə üzük və hamam dəsdi . :06: 

17 Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Heç vaxt 16.01.2014 və 19.01.2014 :toy:
 
18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Mənə qızıldan əlavə mirvari dəsti də alınmışdı 3 xanım onu bağlıya bilmədi :122:
 
19. Toy günü unutduğunuz bir şey oldumu?
Yox xatırlamıram :28:   
 
20 Toyunuzun ən gözəl anı nə idi?
Üzük taxılan vaxt . bir də xına səhnəsi :girl_in_love:
 
21. İlk rəqs parçanız hansı idi? 
Vasif Mərrəmlinin çox gözəl bir həzin mahnısı :music:
 
22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
mənim ücün hər anı :128:
 
23. Bir tərslik yaşandımı toy günü?
Yox şükür ALLAHA :dua:
 
24.Ən çox nə vaxt həyəcanlandınız?
Ata evindən cıxanda :mafoldumben:
 
25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Hə xınam, bir də gördüm qızlar əlində şamlarla gəlir bu qədər hazırlığı təxmin etmirdim :zil:  
 
26. Bal ayınızı harada keçirdiniz?
 BİZ toydan bir az sonra maşınla yol getdik Rusiyaya, yoldaşimla yolu səhf salıb 4 günə getdik . Dağısdanda oteldə qaldıq, çox romantik idi, gəldiyimiz yollar mənim üçün səyaht balayı oldu :128:
 
27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
1 il 10 aydi
 
28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Əvvəlcə xoşbəxt olmalarını diləyirəm, sonra da doğru insanı tapıb ailə qurmalarını... bir də toy üçün nə isdəyirlərsə alsınlar . hazırlasınlar ki, sonra peşman olmasınlar, hər şeyi gəlinlikdən aldığı əşyalara qədər hər şeyi ürəklərincə etmələrini tövsiyə edirəm (imkan daxilində) ..Tanrım saytımizın bütün subay qızlarına o günü qismət etsin :128:
 
 
Canım mənim, gözəl anlar və gözəl xatirələrlə başlayan sevgi dolu ailənizin elə ömür boyu da ancaq xoşbəxt anlarla dolu olmasını, keçən hər gününüzün sevgi və səadət içində keçməsini diləyirəm... amin...
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 5 135
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri