Mənim toy günüm - rozafatalieva (14)

Müəllif: arzum-aysum
Şərhlər: 15
Baxılıb: 2 236
Səs ver:
(səs: 3)

 :toy:   ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın rozafatalieva-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

 

Mənim toy günüm - rozafatalieva (14)

 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Toyda görüb bəyənmişdi oğlan, və elçi gəldi, atamın istəyilə yoldaşımla ailə həyatı qurdum.

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Evlənmə təklifi eləməmişdi.

 

3. Neçə müddət nişanlı qaldınız?

1il nişanlı qaldıq

 

4. Toy hazırlıqları necə irəlilədi?

Çox yaxşı irəlilədi.

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Bəli, vaxtımız çox idi.

  

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Cehizlərim üçün gəzməyim, bir də qohumlarımın bizə gəlmələri.

 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Xeyir getməmişik, yoldaşım dindardı deyə xoşlamır rəqs etməyi.

 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Atam seçmişdi toy məkanını.

 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Şadlıq sarayının öz fotosessiyası var idi.

 

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Xeyir toy günü etdik.

 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

 Xeyir canim qaynanam seçdi. Gəlinliyim ürəyimcə olmadı heyif.

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

1gün axtardıq. 

 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Xeyir. Çünki xasiyyətini bilirdim deyə özüm necə lazımdır geyinmişdim. 

 

 14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Bəli seçmişdim. Amma istədiyim kimi bəzəməmişdilər.

 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Istədiyim Kimi düzəltməsələr də, yaxşıydı.

 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bizdə oğlana pulu veririk özü gedib alır.

 

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Əlbəttdəki unutmaram. Qız toyu. 07.08.2014. Oğlan toyu 07.15.2014.

 

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Bəli oldu, mənim üçün tort gətirəndə, tort 7 mərtəbəli olduğu üçün dağıldı dayım oğlunun üstünə. Çox pis oldum. Tortun qablarını doğru düzgün düzəltməmişdilər.

 

19. Toy günü unutduğunuz bir şey oldumu?

 Xeyr məncə olmayıb.

 

20 Toyunuzun ən gözəl anı nə idi?

 Hər bir anı gözəl idi.

 

21. İlk rəqs parçanız hansı idi?

Adını bilmirəm.

 

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Romantik anı tort kəsmək olacaqdı , o da alınmadı.

 

23. Bir tərslik yaşandımı toy günü?

Tort məsələsi tərslik oldu.

 

24.Ən çox nə vaxt həyəcanlandınız?

Şadlıq sarayına daxil olanda.

 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Beli gozlemediyim padruqam gelmisdi toyuma.

 

26. Bal ayınızı harada keçirdiniz?

 Bal ayında hansısa bir yerə getmədik. 10 gündən sonra Rusiyaya gəldik. 

 

 27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

1-il 4-ay evliyik.

  

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Həyatlarında xoşbəxtlik. ürəklərində nə arzuları var mən də səmimi qəlbdən arzulayıram. Allah hamısını xoşbəxt etsin. Amin.

 
 
 
Hər gününüz bir-birinizi dɑhɑ çox sevərək və bir-birinizə dɑhɑ çox bɑğlɑnɑrɑq keçsin.. Evliliyinizin ürəkləriniz və üzləriniz kimi gözəl, xoşbəxt və dinc olmasını diləyirəm
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 2 236
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri