Angela7 - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)

Müəllif: Narın Yağış
Şərhlər: 13
Baxılıb: 2 235
Səs ver:
(səs: 3)
1. Adınız?Yaşınız?Təhsiliniz?
Adımı qeyd etsəm şərti olaraq qeyd edəcəm, odur ki, elə Angela bilsəniz daha yaxşıdır.
19 yaşım var.
Hal- hazırda ali təhsil alıram.
 
2. Əgər bir adaya düşsəydin yanında kimi götürmək istərdin? Həyatda ən birinci arzun nədir?(Sucan)
Düzü dünyaya bir daha gəlsəydin nəyi dəyişərdin, adaya düşsəydin nə edərdin filan tipli sualları heç sevmirəm, çünki bunlar mümkünsüzdür, bəli mən bir adaya düşə bilərəm, amma yanımda kimi götürərəm kimi şansım olacağına heç inanmıram. Amma yenə də sualınızı cavabsız qoymayacam,təbii olaraq ilk öncə ailəmi bütöv olaraq yanımda istərdim, lakin bu mümkün deyilsə, yəni tək insan götürməliyəmsə Anamı.
Həyatda ən birinci arzum xoşbəxt olduğumu sözün əsl mənasında hiss etmək.
 
3. Dünyada ən acı və ən şirin şey...??(Asya Müslümova)
Dünyada ən acı şey yəqinki sevdiyin birini itirmək, daha sonra isə xəyanəətdir, ən şirin şey isə gözəl bir ailə.
 
4. Sizin üçün hansı önəmlidir öz seçim və arzu, istəkləriniz yoxsa cəmiyyət nə deyər fikirləşib onlara görə bir düzən qurmaqmı? (Fialka)
Bu mənim fikrimcə yaşla əlaqəlidir, mən 16, 17, hətta 18 yaşımda olarkən bir işə baş vurduqda öz seçimdən çox cəmiyyətə üstünlük verirdim, amma bu yaşımda qətiyyən kənara diqqət yetirmirəm, öz seçimim, arzum, istəklərim, fikrim, davranışlarım- bir sözlə, mənə məxsus hər bir şey daha önəmlidir və düzənimi bu xətt üzrə qururam.
 
5. Həyatda insan yaxınından hər cür zərbə alır,dostundan,ətrafından,bunun digər adıda xəyanət adlandırmaq olar.Xəyanət dedikdə ilk ağla gələn əks cins nümyəndəsi olan kişilər ağla gəlir amma qadınlarda bu addımda kişilərdən heç geri qalmır,nədənsə kişi xəyanət etdikdə "Kişididə ona olar" sözü yaşlı nəslin ən məhşur sözlərindən biridi,qadın etdikdə isə ya boşanmaq yada cinayət ilə bitir,mən indi qadının xəyanətini düzgün addımdı deyə təsdiqləmədim sadəcə niyə kişinində xəyanəti qadına edilən qalmaqallı sonluq ilə bitmir?Sizcə qadınlar niyə xəyanət edirlər onları bu addıma vadar edən nədi?Bir deməyinki,ərlərində sevgi görmürlər ona görə mən altında olan səbəbi bu deyə görmürəm) (Antikvar)
Əslində bu suala cavab verərkən xeyli düşündüm, çünki yaşım bu mövzuları dərindən anlamaq üçün, qiymətləndirmək üçün azdır, amma yenə də məsələyə öz sferamdan yanaşaraq cavab verəcəm.
Niyə qadının xəyanəti qalmaqallı sonluqla bitir, çünki biz azərbaycanlılar bu məsələyə Azərbaycan qadını mövqeyindən yanaşırıq, yəni Azərbaycan qadını namusludur və xəyanət onun üçün bağışlanmazdır.
Niyə xəyanət edirlər, səbəbə gəlincə isə maddi durum və idarə edilə bilməyən hislər məncə qadınların xəyanətə üz tutmasının səbəbidir.
 
6. Övladınız varsa və ya olsa..Övladınızın həmcins olduğunu öyrənsəniz nə edərdiniz?(turkan_fcb)
Övladım yoxdur, çünki ailəli deyiləm:) Övlad həsrətində olan yüzlərlə ailə varkən onun cinsiyyətini müzakirə etmək düzgün olmaz. Övlad sağlam və xeyirli olsun cinsiyyəti fərq etməz.
 
7. Zamanı geri döndərmək olsaydı keçmişə dönüb nəyi düzəltmək istərdin? (Azadxalı SAmire)
Keçmişdə yalnızca 1 səhvimi düzəltmək istəyərdim, o qədər də böyük səhv deyil əslində, sadəcə olaraq mən bu səhvi özümə yaraşdırmadığım, layiq görmədiyim üçün düzəltmək istərdim, amma yuxarıda qeyd etdiyim kimi bu mümkünsüzdür, reallıqlara geri dönək və vaxtında elə doğru bir addım ataq ki, həm kaş ki adlı ədatdan uzaq olaq, həm də bu tip suallardan.
 
8. Həyatdan bezdiyiniz olubmu? Ən böyük xəyalınız puç olsa nə edərdiz?(VaMpir-68723)
Əlbəttə, bəzən çox yorulduğum, həyata nifrət etdiyim, bezdiyim, həyata küsdüyüm anlar olub, lakin sonra da hər şey düzəlib, bəziləri yavaş- yavaş, bəziləri isə hiss edilməyəcək dərəcədə tez. Əsas odur ki,həm zəifkən,həm də yıxıldıqdan sonra ayaqda durmağı bacara biləsən, güclüykən hər şeyi həll etmək hamının işidir.
 
9. Mənim ən reytinqli sualım facebook-un var? (_damla_)
Bu sualın sizin üçün reytinqli olduğunu bilirəm, amma bu sualın cavabının sizin üçün nə mənası və əhəmiyyəti olduğunu da mən öyrənmək istərdim. Bəli.
 
10. Ingilis dilini bilirsiz, ya da öyrenirsiz?Həyat sizin üçün bir cümlə ilə nədir? (Catwoman666)
İngilis dilini bilirəm:) Yəni yəqin ki, məlumatınız olar İELTS imtahanına əsasən, bəli bilirəm, daha doğrusu bunu bilməli idim, mənim üçün çox önəmli idi, mən də öyrəndim:)Amma xaricilərlə eyni mühitə gəlincə anlayıram ki, daha çox şey öyrənmək lazımdır, mən sadəcə İELTS-ə - akademik standartlara əsasən ingilis dilini bilirəm.
Həyat mənim üçün bir cümlə ilə yox bir söz ilə KÜLƏK-dir. Gah öz mülayimliyi ilə, gah da öz sərtliyi ilə insanı qanadlarında uzaq səyahətlərə aparır, kimilərinin istədiyi, arzuladığı səyahətlərə, kimilərininsə heç ağlının ucundan belə keçməyəcək səyahətlərə, bəzən xoş, bəzən acı. :128:
 
11. Sizi ən çox nə xoşbəxt edir?(senay)
Hələlik məni ən çox ailəm və təhsilim xoşbəxt edir.
 
12. Xoşbəxt olmaq üçün nə etmək lazımdır ki xoşbəxt olasan? Namaz qılırsız? (rozafatalieva)
Düzü xoşbəxtlik deyəsən dəqiq yox humanitar elmdir, çünki onun düsturunu hələ də dəqiqliyi ilə kəşf etməmişəm. Amma təcrübəmə əsasən deyə bilərəm ki, dırnağarası insanlara göz yummaq, gənclər arasında məşhur olan ifadə kimi çox da şeyləməmək :122:, hər şeyin dərininə varmamaq, səbirli olmaq, mehriban, gülərüz, pozitiv olmaq, həyatdan zövq almağa çalışmaq- bir sözlə, yalnız gözəllikəri, yaxşılıqları görmək. :01: Bəlkə yenə də nağıllar dünyasına səyahət etdim, amma fikirlərim bu idi :08:
Utanc hissi ilə qeyd edirəm ki, xeyr.
 
13. Kaşki bunu edərdim dediyiniz hadisələr olubmu? (heyatim_menim)
 

14. Nikinizdəki 7 rəqəminin özəl mənası varmı? (Barbi)
7 rəqəmini çox sevirəm :heart: , sadəcə olaraq bununla bağlıdır.
 
15. Ailəlisiz ya subay? (Grsu)
Subayam :08: Ailə qurmaq üçün çox tezdir.
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 2 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri