Mənim toy günüm - Brilliantam (15)

Müəllif: arzum-aysum
Şərhlər: 17
Baxılıb: 2 058
Səs ver:
(səs: 5)
:toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Brilliantam-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
 Mənim toy günüm - Brilliantam (15)
 
 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Salam mənim əzizlərim,Türkan sənə  təşəkkür edirəm ki,mənə də bu gözəl layihəndə yer verdiyin üçün gözəl bacım.Keçə k cavablara:

Toyda təsadüfən görüb,sevib məni,  belə tanış olmuşuq.

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

1 il gizli görüşüb,danışdıqdan sonra dediki,gələn ay elçi gəlirik sizə.

 

3. Neçə müddət nişanlı qaldınız?

6 ay.

 

4. Toy hazırlıqları necə irəlilədi?

öz axarıyla yavaş yavaş.

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Nişandan sonra toy hazırlıqları başlandı.

 

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Hamı nazımıçəkirdi onda, hər dediyim qanun idi)))bu xoşuma gəlirdi.

 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox canım,o vaxtlar rəqs kursuna getmək təzə dəbə düşürdü, ona görə yoldaşım utandı getmədik.

 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Bizim 2 toyumuz olub canım,qız toyu və oğlan toyu.Oğlan toyunda oğlan evi seçmişdi toy məkanını, qız toyunda da atamla mən seçmişdik toy məkanını.

 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Şadlıq sarayının öz fotoqraflarıçəkirdilər durmadan şəkillərimizi.

 

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox canım.

 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Bəli 1 ay gəzib seçdikdən sonra öz arzu etdiyim gəlinliyi tapdım.

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

29 gün.

 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Bircə demişdiki,bilirsən də necə gəlinlik götürəcəksən.Bu söz hər şeyi aydın edir məncə.

 

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Bəli canım özüm düşünmüşdüm.

 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Bəli canım çox gözəl,qeyri adi saç düzümü  və makiyaj fikirləşmişdim və sağ olsunlar saç ustam və vizajistim öhdəsindən çox gözəl,istədiyim kimi gəlmişdilər.Toydan sonra 1 ay hamı mənim saç düzümümün, makiyajımın, gəlinliyimin gözəlliyindən danışırdılar.

 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bəli biz tərəfdə də belədir canım.

 

17.  Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Bəli canım - 18.11.2008

 

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Yadıma gəlmir indi,  bəlkə də olub.

 

19. Toy günü unutduğunuz bir şey oldumu?

Yox olmadı canım.

 

20 Toyunuzun ən gözəl anı nə idi?

Hər ani gözəl idi.

 

21. İlk rəqs parçanız hansı idi?

Toyu Rüfət Axundov aparırdı onun oxuduğu Cənnət mahnısı.

 

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Romantik deməzdim, bir az qəmli anını deyərdim. toyda rəqs edərkən qardaşımla qucaqlaşıb ağlamağım çoxunu ağlatmışdı.

 

23. Bir tərslik yaşandımı toy günü?

Yox şükür heç bir elə böyük tərslik yaşanmamamışdı.

 

24.Ən çox nə vaxt həyəcanlandınız?

Evdən çıxarkən atamla anamla görüşüb ağlayarkən, birdə toyun sonunda yaxınlarımla sağollaşarkən özümü  saxlaya bilmirdim ağlayırdım.

 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

çox sürprizlər var idi,yoldaşım,atam,qardaşım tərəfdən.

 

26. Bal ayınızı harada keçirdiniz?

3 ildən sonra Rusiyada.

 

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

7 ildir.

 

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Sevib ailə qursunlar,ailə quararkən çox düşünsünlər,kimlə ailə qurduqlarını bilib,anlayıb,tanıyıb sonra ailə qursunlar.Bütün subaylarımıza xoşbəxtlik arzu edirəm. Təşəkkür edirəm oxuyan hər kəsə.

 

 

 

Canım mənim, Bir həyat boyu bir-birinizi sevməniz və həmişə sevinc içində, xoşbəxt bir həyat sürməniz diləyirəm... Allahın rəhməti və bərəkəti hər daim evliliyinizin üstündə olsun... amin...


(səs: 5)
Şərhlər: 17
Baxılıb: 2 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri