Uşaqlığımdakı Yeni il - guler19 (1)

Müəllif: arzum-aysum
Şərhlər: 19
Baxılıb: 2 916
Səs ver:
(səs: 5)
Həəəə mənim canlarım, ciyərlərimmmm... :heart: necəsiz? Neçə vaxtdır düşünürəm ki, sizlərə yeni nə layihə hazırlayım ki, maraqlı olsun... :salakpc: oxuyan zaman üzünüzdə gülüş yaradacaq, sizi o illərə aparacaq bir layihə olsun.. :128: Dekabr da öz gəlişi ilə mənə gözəl bir fikir verdi... :zquestion:
Dekabr gəldi, demək ki, hər kəs Yeni ilin gəlişinə gün saymağa başlayır... :zded: bayram hazırlıqları görür... hər kəs bu günü, Yeni ilin gəlişini gözəl dəqiqələrlə qarşılamaq istəyir...  :zelka: indi düşünürsüz ki, niyə Yeni ildən yazıram sizə... və bəlkə də, bəziləriniz başa düşdünüz, söhbəti hara gətirəcəyimi...  :bookiz:
 Başa düşənlər elə düz biliblər ki, o fikirləşdiyim yeni layihə məhz yeni il ilə bağlı olacaq... 
,,Uşaqlığımdakı Yeni İl,,   :zelka: :zded: :zelka: bu da qarşınıza çıxdığım yeni layihəmin adı... ümid edirəm ki, sizlər üçün maraqla oxuyacağınız bir layihə olacaq... Elə bu xəbərimdə ilk qonağımın uşaqlığındakı Yeni il ilə tanış olmuş olacaqsınız... Buyurun , oxuyub ilk qonağımın kim olduğunu bilin... 
 
 
Uşaqlığımdakı Yeni il - guler19 (1) guler19
 
"Bütün Qadınlar.biz bacılarımı qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edirəm. Arzum budur Yeni ildə bütün qızların qüssə-qəmi yox olsun, sevgi dolu bir Yeni il qarşılayaq, hamının çaydanı isti, süfrələri bol, qazanları isti olsun... Qoy bu qış süfrənizi ruzu, qəlbimizi isə xoş hisslərlə doldursun. Sağlamlığımız möhkəm, arzularımız sonsuz, umidlərimiz gərçək olsun!
 
 

Biz uşaqlıqda qaqamla həmişə zırpaket alırdıq. Dədə malı kimi elə bölürdük ki :122: Bir gün nənəmlə maman uzun stul idi bularda oturmuşdular zırpaketi yandırdım qoydum buların arasına partlayanda bular necə qorxdularsa nənəmin teziqidə qalxmışdı. Nənəmin bir ağacı vardı Şirin dilə saldı çağırdı məni yanına ağacla məni yaxşı döydü   :122: Uşaq vaxtı nənəmin hasası ilə çox döyülmüşəm   :122: 
 
 

Birində də yenə uşaq idik. Atamla anam bayramlıq almışdı. 2 gündən sonra yeni il gəlirdi. Qozdan kişmişdən bizə verdi. Dedi əl vurmayın qalanında bayram günü yeyərsiz. Anamı pusdum bir yerə gedən kimi getdim kişmişi bananı qozu şirniyyatları yeməli nə vardısa hamısın bayramacan yedim :122: Bayram günü anam gətirdiki aş eləsin gördüki nə kişmiş var nə xurma var hamısın yemişəm. Bayram günü təzədən bayramlıq almağa getdilər.   :122: :122: :122:
 
 
Birində də yoldaşımla yeni il günü şəhərə çıxdıq. Şaxta babayla şəkil çəkdirmək istəyəndə bu dediki mən uşaqlarla çəkdirirəm. Sabah da burda olacam sabah sizlə çəkdirərəm. Bizlə çəkdirmədi. Sabahsı gün yoldaşım qohumlarımız oların uşaqlarıyla getdik Yenə bu şaxta babanı gördüm ağlıma qəşəng bir fikir gəldi. Uşaqlarla yığıldıq bunun yanına məndə də zırpaket vardı. Xəlvəti yandırıb atdım bunun cibinə.  :122: Uşaqları araladım. Zırpaket partlayanda bu necə tullandısa. Qəşəng söydü bizə  :122: Hamı da uşaqlardan şübhələndı. Özümüz şəkil çəkdirdik bu qorxusundan qaçdı. :122: Uşaqları danlayanda dedim mən eləmişəm.   :122: :122: :122:
 
 
 

Çox sevirəm yeni ili. Həmişə bayramları sevdiklərimlə, ailəmlə keçirmişəm. Və buna da şükr edirəm.. Maraqlı olub hər il mənim üçün. Və hər ilin gəlişi mənim üçün böyük bir sevincdi.
 
 
Həəəəə, qızlar... sizlər də uşalığınızdakı Yeni il xatirələrinizi bizimlə bölüşmək istəsəniz azəri şrifti ilə yazıb şəxsi mesajla mənə göndərin... qızlarla bölüşmək mənim boynuma...
(səs: 5)
Şərhlər: 19
Baxılıb: 2 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri