Qadınlar.Biz-in Qar Qızı seçilir...

Müəllif: arzum-aysum
Şərhlər: 41
Baxılıb: 5 029
Səs ver:
(səs: 15)
Qadınlar.biz-in gözəlləri, xanım xatın, şirin şəkər qızları necəsiz?.... Günlər keçdikcə Yeni ilə addım addım yaxınlaşırıq... o həyəcan, o sevinc hər gün bir az daha artır... deyin görüm Yolkalarınızı qurmusunuzmu?...Qadınlar.Biz-in Qar Qızı seçilir... Yeni il əhval-ruhiyyəsinə köklənmisinizmi?... 
 
Hamınız yəqin Yeni ilin Şaxta baba və Qar qızsız keçmədiyini bilirsiniz dəəəə?... onlarsız Yeni ilin nə marağı var ki... taaa uşaqlıqdan Yeni ildə gözlədiyimiz tək bir şey var idi... Şaxta baba və Qar qızı... böyüdükcə o nağıllardan, o sehirli aləmdən yavaş-yavaş uzaqlaşsaq da, yenə də ürəyimizin bir küncündə bu Yeni il qəhrəmanlarına sevgi və diqqətimiz qalıb... axı onlar hər birimizin uşaqlığının gözəl bir xatirəsidi... bizə hədiyyələr gətirdiyini zənn etdiyimiz şirin bir xatirəsi... bizə sevinc və böyük xoşbəxtlik yaşadan bir parçası...
  
İndi bilirəm hər biriniz maraqla oxuyursuz yazdıqlarımı... sizlərə bir sualım var... yəqin ki, baxça vaxtı, məktəb illərində içinizdən hansınızsa Qar Qızı olmusuz Yeni il şənliklərində... bu həddsiz sevinci yaşayanlarınız olub yəqin ki...
 
 
neçə gündü oturub fikirləşirəm ki, Yeni il öz mübarək qədəmləri ilə yaxınlaşır... yaxınlaşır ammmaaaa... bizim Qadınlar.Biz ailəmizin Qar qızı yoxdu axııııı... Qar qızı dedim , çünki Şaxta baba axtarmağımıza ehtiyac yoxdu... düşünürsüz ki, niyə? axı Qar qızı Şaxta babasız nəyə lazımdı... məsələ burasındadır ki, saytımızın Şaxta babası da var, Santa Klausu da... kimdi bilirsizzzz?.... bəlkə də çoxunuzun ağlına gəldi, bəlkə də yox... bunu bilmək heç də çətin deyil... Saytımızın Şaxta babası elə bizim V.CMəmmədovdu.... Santa Klausu daaaaaaa.... biizim Anar Məmmədov.... qalıb saytımızın Qar qızını tapmaq... 
Bunun üçün oturub Şaxta babamızla məsləhətləşdik və bir müsabiqə keçirmək qərarına gəldikk... Müsabiqəmizin adı belədi  ,,Qadınlar.biz-in Qar qızı,, 
 
 
 
Müsabiqəmizin şərtləri isə belədi...
Saytımızda Qar qızı statusunda kimi görmək istərdiniz... Qar qızı deyincə hansi user gəldi ağlınıza... Buna siz qərar verəcəksiniz... Bu gözəl və fərqlı statusda kimi görmək istəyirsinizsə şərhlərinizdə bildirin... Səsvermə 15.12.2015 -dən  25.12.2015-dək davam edəcək və səsvermənin sonunda ən çox səs toplayan userimiz saytımızın Qar qızı statusunu alacaq...
buyurun qızlar... nə durmusuz... buyurun seçiminizi bildirin və  səsvermə hüququnuzdan istifadə edin...

Ziyarətçi İstifadəçi statusun da olan xanımların səsi qəbul edilməyəcəkdir.
Özünüzə verilən səslər qəbul edilməyəcəkdir.

Hər bir qızımıza uğurlar...
(səs: 15)
Şərhlər: 41
Baxılıb: 5 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri