Mənim toy günüm - duymecik (19)

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 2 211
Səs ver:
(səs: 2)
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın duymecik-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
 Mənim toy günüm - duymecik (19)
 

1.Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Əvvəllər tanımamışıq bir-birimizi o rusiyada olurdu. Azərbaycana gələndən sora məni mağazaya gedəndə görüb bir qohumumuzla xəbər göndərmişdi, neçə dəfə yox demişdim, axirda o məndən inad çıxdı

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

1 aya yaxın danışdıq telefonla,sonarda elçi göndərdi nişanlandıq

 

3. Neçə müddət nişanlı qaldınız?

1 il 3 gün

 

4. Toy hazırlıqları necə irəlilədi?

Yaxşı, hər şey öz yolunda gedirdi

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Hazırlıqlara 3 ay əvvəl başladıq mayda. hə vardı vaxtımız

 

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Anam tikiş üzrə qabiliyyətlidi, maşını ilə demək olar hər şeyi tikməyi bilir və məndə bir az ondan öyrənmişdim deye bəzi bir iki şeyi ozüm tikmişdim maşınla.Bu məne xoş gəlmişdi

 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

yox canım getməmişik,  amma toyda bir mahnıya oynamışdıq qəşəyde olmuşdu

 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

onu qaynatamla atam həll etmişdi

 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

restoranın fotoqrafı vardı, bir də yoldaşım bir qohumuna aparatını vermişdi

 

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox canım, heyif ki, o arzum ürəyimdə qaldı, çünki yoldaşım işlə əlaqədər tez gələ bilməmişdi toya bir həftə qalmış gəlmişdi Azərbaycana

 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

, tamamilə ürəyimcə olmuşdu, hamınında xoşuna gəlmişdi

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

sadəcə 1 gün,  çünkü axtardığımı tez tapmışdım

 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Yox,  amma elə don seçmişdim ki, onunda bəyənəcəyini bilirdim

 

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

,  seçmişdim, sadə saç və makyaj

 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

pis deyildi, amma tam üreyimcə olmamışdı

 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

yox canım, bizdə belə adət yoxdu

 

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

heç unudaram  - 17.08.2014

 

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

, toy axsamı toydan sonra tək oldugum üçün qəşəng yuxlamşdım, ayılanda elə bilmişdim evimizdəyəm.  Əynimdə gəlinliyimi və başımın üstündə dayanıb məni cağıran yoldaşımı görüb anlamışdım toyum olduğunu.

 

19. Toy günü unutduğunuz bir şey oldumu?

, başımın tacını qoymağı unutmuşduq, oğlan toyu günü nəysəki, sonradan yada düşdü

 

20 Toyunuzun ən gözəl anı nə idi?

toyumun hər anı mənimçün gözəl idi

 

21. İlk rəqs parçanız hansı idi?

Gəl xoşbəxt olaq

 

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

ilk rəqsimiz və tort kəsmə

 

23. Bir tərslik yaşandımı toy günü?

, artıq oğlan evindəydim,  təzə evimə baxirdim, gəzəndə ayağıma saxsı girmişdi, toyda da rahat gəzə bilmirdim

 

24.Ən çox nə vaxt həyəcanlandınız?

ən çox ilk dəfə qız toyu günü səhər yodaşım məni salondan götürməyə gələndə gəlinliylə qabğına çıxmağa utanırdım, sag olsun oda maşallah ağznı ayırıb elə baxmışdiki, daha da həyəcanlanmışdım

 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

yox canım

 

26. Bal ayınızı harada keçirdiniz?

evimizdə, amma qəşəy keçirdi, 1 ay sonarda rusiyaya gəldik

 

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

 artıq 1 il 4aydı evliyik

 

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

tövsiyəm odur ki, bacardiqlari qədər tanımağa calışsınlar bir-birilərini, çünki nişanlılıq və sevgililik dövrü şirin anlardı, yəni şirin sevgiyə qapılıb aldanıb getməsinlər.  sevməklə yanaşı  xasiyyətini də hər gün bir az daha öyrənməyə cəhd göstərsinlər.  hamınıza xoşbəxtlik arzuluyuram

Sən də çox sag ol bacım, məni də layihənə dəvət etdiynçün.  gözəl layihələrin bol olsun, amma məni də dəvət etmək şərti ilə. zarafat eliyirəm, həqiqətən layihələrin də uğurlar arzulayıram tsk.

 

 
Canım mənim, evliliyinizin hər bir anında məhəbbət və səadət sizlələ olsun... evlilik yolunda hər zaman əl-ələ, bir birinizi böyük sevgi ilə sevə sevə addımlayasanız... amin...
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 2 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri