Uşaqlığımdakı Yeni il - Angela7 (4)

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 2 023
Səs ver:
(səs: 1)
,,Uşaqlığımdakı Yeni İl,,  :zelka: :zded: :zelka:  bu da qarşınıza çıxdığım növbəti layihəmin növbəti qonqğı... ümid edirəm ki, sizlər üçün maraqla oxuyacağınız bölüm olacaq... Artıq bu xəbərimdə növbəti qonağımın uşaqlığındakı Yeni il ilə tanış olmuş olacaqsınız... Buyurun , oxuyub bu dəfəki qonağımın kim olduğunu bilin...  
 
 Uşaqlığımdakı Yeni il - Angela7 (4) Angela7  
 
İlk öncə mənə bu layihədə yer ayırdığınız üçün byük təşəkkürlər ...
Uşaqlığımdakı yeni il... Əslində 19 yaşım var, yəqin ki, bilirsiz, yəni hələ ata evindəyəm Amma uşaqlıqdakı yeni il, sevinc, sevgi, gülüş sanki bir başqa idi. Həmişə Dekabr ayının ilk günlərindən etibarən evdəkilərə yolkanı quraq, yolkanı quraq, birdən yeni il gedər deyərdik, onlar da hələ tezdir, ayın 15i qurarıq deyib bizə gülərdilər. Ayın 15i çatanda isə axşamın olmasını, atanın da işdən gəlməsini səbirsizliklə gözləyərdik ki, bu gün yolka qururuq. Atam gəldikdə isə yazığı məcbur edərdik ki, yeməyi tez yesin və yolkanı qursun. Evdə xüsusi torbamız var, hansı ki, yolka, onun oyuncaqları və zərlər, bir sözlə yeni ilə aid nə varsa hamısı onun içindədir. Anam yolkanı qurmaq, evi bəzəmək üçün o torbanı gətirəndə sevincimizdən havalara uçardıq. Atam işıqları quraşdırmaqla, anam otağı və yolkanı bəzəməklə, biz isə şarları üfürməəklə məşğul olardıq.
 
 
 
Yadımdadır, bir dəfə 31 dekabr gönorta qapı döyüldü və atam biz uşşaqları məcbur etdi ki, qapını siz açın, narahat olmayın açın. Mən də(evin böyüyü olduğum üçün) təəccüblü halda qapını açdım. Və nə görsək yaxşıdır, əlləri hədiyyə dolu Şaxta baba və Qar qız. Bu bizim üçün çox böyük və xoş sürpriz oldu, amma heyif ki, Şaxta babanın ayaqqabıları çətin geyinildiyindən evə keçmədi, kolidorda bizi təbrik etdi. Həmişə, indi də ayın 31i biz uşaqlar üçün önəmli olub, həmişə bu günü səbirsizliklə gözləmişik. Özümü çox xoşbəxt hiss edirəm ki, bu cür xoş və gələcəkdə öz övladlarıma da danışacaq xoş yeni il xatirələrim var.
  
  
Həəəəə, qızlar... sizlər də uşalığınızdakı Yeni il xatirələrinizi bizimlə bölüşmək istəsəniz azəri şrifti ilə yazıb şəxsi mesajla mənə göndərin... qızlarla bölüşmək mənim boynuma...
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 2 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri