Tanıyaq sizi... - arzum-aysum (7)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 24
Baxılıb: 1 648
Səs ver:
(səs: 5)
Salam saytımızın xanımları layihəmin bugünki qonağı arzum-aysum nikli userimizdir :20:
Keçək suallara:

1.Adınız və soyadınız?
Məmmədova Türkan

2. Doğum tarixiniz?
20 noyabr 1984

3.Həyatdan razısınızmı?
Həyatımdan razıyam, bəli. Niyə?... Çünki mənim bəxtimə atam kimi Ata, anam kimi ana, və bidənəm kimi məni çox sevən həyat yoldaşı yazılıb. Atam, anam olmasa idi bu gün mən bu ağılda, bu tərbiyədə olmazdım. Bidənəm olmasa idi bu gün mən bəlkə də bu qədər sevilməzdim, və xoşbəxt olmazdım. Bir birimizə dəhşət bağlı olduğumuz bacılarım, öz balam qədər çox istədiyim bacım qızları olduğu üçün həyatımdan çox razıyam. və ən əsası da bütün bu sevdiyim insanların canları sağlamdı. İnşallah da hər zaman belə olar.

4.Saytdakı ən yaxın dostunuz?
Saytda danışdığım, xarakteri xarakterimə yaxın olan çox qızlar var. Hər birinin mənim üçün ayrı yeri var, amma Gülərim tam başqadı mənim üçün. Heç kimlə bölüşə bilmədiyim kədərimi onunla rahatlıqla bölüşə bilirəm. Sonam da var idi bir zamanlar, amma ailə qurduqdan sonra bura girmir neçə vaxtdi. Onun üçün də çoxxxxxxxxxx darıxıram :-(
 
5.Hansı mahnının sizin həyatınızla bağlı olduğunu düşünürsən?
Mənim həyatımı ancaq sevgi mahnıları əks etdirir. Çünki mən sevgi insanıyam, sevmək və sevilmək mənim üçün bu həyatda hər şeydi. ,, bir şarkısın sen,, Muazzez Ersoyun bu mahnısı hisslərimin, sevgi dolu həyatımın aynasıdır...
 
6.Hansı geyimlər xoşunuza gelir?
Dəbli və zövqlü geyinmək... Geyimdə ilk meyar budu mənim üçün. Hansı tərz geyinirəmsə geyinim, ilk öncə gözəl görünməsinə önəm verər. Bir də rahat olmasına. Tərz barədə isə , daha çox qarışıq tərzdə geyinirəm. Yəni nə tam idman tərzi, nə də klassik. Cins şalvarı hündür daban ayaqqabı ilə də geyinə bilərəm, və ya əksi. Gözəl, klassik bir paltarı sport ayaqqabı ilə də kombin edə bilərəm. Bir də tərzləri qarışdırsam da, geyimdə rəng uyğunluğuna çox fikir verirəm.
 
7.Sevdiyiniz müğənni?(qadın və kişi)
Konkret olaraq sevdiyim müğənni yoxdu. Mən mahnını sevirəm, mahnının sözlərini sevirəm. Belə Mustafa Cecelinin, Ferhat Göçerin mahnıları hər zaman qəlbi titrədən olur. Qadınlardan isə ağlıma heç kim gəlmir.
 
8.Xoşladığınız reper?
Oyyy bu barədə heç soruşma . Repi ümumiyyətlə sevmirəm deye, sevdiyim reper də yoxdu.
 
9. Məşğuliyyətiniz? yəniki hobbiniz
Çox sevirəm dadlı və fərqli şirniyyatlar bişirməyi. Bişirdiklərimin dadı qədər görünüşünə də önəm verirəm. Görünüşü iştah açıcı olmalıdı bişirdiyim təamların. Allah qismət eləsə nə vaxtsa şirniyyat butiki açmağı çox istəyirəm. Bir də ənnnnnnn sevdiyim məşğuliyyətim qadinlar.biz saytına xəbər göndərmək :-)
 
10.Saytda kiminlə küssünüz?
Saytda heç kimlə küsülü deyiləm. Bura mənim ikinci ailəmdi, boş vaxtlarımı burda keçirirəm. İnsan da heç ailəsindən biri ilə küsülü olarmı...
(səs: 5)
Şərhlər: 24
Baxılıb: 1 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri