Uşaqlığımdakı Yeni il - remse (5)

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 1 620
Səs ver:
(səs: 9)

,,Uşaqlığımdakı Yeni İl,,  :zelka: :zded: :zelka:  bu da qarşınıza çıxdığım növbəti layihəmin növbəti qonqğı... ümid edirəm ki, sizlər üçün maraqla oxuyacağınız bölüm olacaq... Artıq bu xəbərimdə növbəti qonağımın uşaqlığındakı Yeni il ilə tanış olmuş olacaqsınız... Buyurun , oxuyub bu dəfəki qonağımın kim olduğunu bilin...  

.    

 

Uşaqlığımdakı Yeni il - remse (5) remse  

 

Salam qızlar. Ləyihənin adı uşaqlığımdakı yeni il olsa da mən sizə uşaqlığımda olan gülməli hadisə yox, 1-2 il bundan əvvəlki gülməli yeni il əhvalatın danışacam.
Deməli,31 dekabr idi, evdə şam yeməyi edib bulvara getdik k,i atəşfəşanlıqda bulvarda olaq. Hər nə qədər saat 10.da getsək, həmin günü bulvarda maşınlar çox olduğundan bəlkə 1 saat maşını parkovka etməyə yer tapdıq. Daha sonra hardasa 12.yə 20 dəqiqə qalardı, bağışlayın ifadəmə görə uşaqlar ayaqyoluna getmək istədilər. Ayaqyolunun qabağında bəlkə 100 nəfər sıraya düzülmüşdü. Nəysə mən də qızımla girdik sıraya saat 12.yə 5 dəq qalardı, hələ də sıranın ortasındaydıq. İndi fikirləşirik ki, bəlkə geri qayıdaq, o da alınmır :) geriyə qayıtmaq üçün də ən azı 10 dəq.vaxt lazımdı. Nəysə bir təhər girdim içəri. Biz ayaqyolunda olanda atəşfəşanlıq başladı. Atəşfəşanlığın əvvəlində olmasaq da, yaxşı ki, 15-20 dəq.davam edir. Axırına da olsa çatdıq. Hər şey bir yana ən çox ondan qorxurdum ki, yeni ilə ayaqyolunda girdiyimiz üçün 1 ilimizi qarınağrı ilə ayaqyolunda keçirərik, amma pis olmadı çox şükür.
 
   
 
Həəəəə, qızlar... sizlər də uşalığınızdakı Yeni il xatirələrinizi bizimlə bölüşmək istəsəniz azəri şrifti ilə yazıb şəxsi mesajla mənə göndərin... qızlarla bölüşmək mənim boynuma...
(səs: 9)
Şərhlər: 12
Baxılıb: 1 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri