Qadınlar.Biz'lilərin Yeni il təbrikləri (1. hissə) :)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 2 630
Səs ver:
(səs: 5)

 

 

Salam əziz Qadınlar.bizin şirin şəkər userləri. Bu dəfə ki xəbərimdə sizlərə Qadınlar.biz bacılarımın Yeni il təbriklərini; Bu gözəl bayramda ən çox nəyi arzuladıqlarını öyrənəcəyik;  Ən gözəl yeni ili nə vaxt və harda keçiriblər   bizə arzularını təbriklərini maraqlı hadisələrini   biləcəksiz.  Buyurun başlayaq. 

 

 

 

 

 


 

Arzum-aysun

 


 

Ay Gülərim, canım gözüm, bu gözəl bayram vaxti belə gözəl xəbər hazırlayıb, mənə də yer verdiyin üçün sənə çoxxxxx sağ ol deyirəm. Amma xəbərin yoxdu ki, məni nətər çətin bir vəziyyətə salmısan. İndi düşünürsən ki, niyə? Vallah bayaqdan ha fikirləşirəm, hardan başlayacağımı, necə başlayacağımı bilmirəm. Yalan olmasın, bəlkə bir on dəfə yazıb pozmuşam. Nədən başlayıb nədə qurtaracağımı bilmirəm. Ondan başlayım ki, mən bütün bayramları sevirəm. Hər bayramın öz yeri, hər bayramın öz
mənəvi dəyəri var mənim üçün. Yeni ilin də həmçinin. Sevirəm bu bayramda yolka bəzəməyi, bəzədiyim yolkanın altına sevdiklərimə hədiyyələr düzməyi. Artıq 31ci yeni ildi yaşayıram, dönüb geriyə baxdıqda xüsusi gözəl keçirdiyim Yeni il hansıdı ayırd edə bilmirəm. Çünki keçirdiyim hər bayramın öz gözəlliyi, öz özəlliyi var mənim həyatımda. Ata evində bir başqa olur bayramın dəyəri, ər evində bir başqa. Allahdan diləyim mənə bəxş etdiyi bu həyatım boyunca bütün sevdiklərim yanımda olsun. Bu günə qədər hər yeni ildə Tanrıdan gözlədiyim və istədiyim çox şey olub. Bu il də Allahımdan çox arzularım var ki, gerçəkliyə çevrilməsini çox istəyirəm. O arzularımın ən böyüyünü sizlərlə bölüşmək istəyirəm. Şablon sözlərlə yazmayacağam ki, can sağlığı, xoşbəxtlik. Bu təbii ki, hər gün dəfələrlə Tanrıya əl açıb etdiyimiz duadır. Bütün bunları çox istəyirəm, amma Tanrıdan bu yeni ildə istədiyim, bir səbəb salsın, bir yol açsın gələn il bayramı öz evimdə keçirim.
Sevdiklərimi, yaxınlarımı öz evimdə yığım bir yerə. Ümidim çox böyükdür, inşallah Tanrı səsimi eşidər və xəyalımda canlandırdığım o evə sahib olmağı bu il nəsib edər mənə və ailəmə. 
Mənim əzizlərim, sizlərə də bu yeni ildə ən böyük arzunuzun gerçək olmasını diləyirəm. Gəlişi ilə hər gününü sevinc və səadətin , bolluq və bərəkət içində keçirəcəyiniz daha bir 365 gün gətirsin ömrünüzə. Elə bir 365 gün ki, yaşadığınız hər günü xoşbəxt olduğunuz üçün Tanrıya minlərcə dəfə şükr edərək keçirəsiniz. Sağlıq, sevgi, xoşbəxtlik, əmin amanlıq, bolluq və bərəkət əskik olmasın evinizdən. Körpə səsinə, körpə gülüşünə həsrət olan bütün evlərdən o xoş səda yayılsın inşallah aləmə. amin... Nişanlı qızlar gələn il öz sevdiklərinin evində, məzun olub tələbə adını qazanmaq istəyənlər isə istədikləri universitetdə qarşılasın yeni ili. Bir sözlə kimin nə arzusu varsa, kim hansı xəyalın həsrəti ilə yaşayırsa Uca Rəbbim bu yeni ilin gəlişi ilə gerçək etsin... amin... öpürəm hər birinizi, bərk bərk qucaqlayıram, mənim bacılarım... və başda adminlərimiz olmaqla bir daha hər birinizə deyirəm ki, GəLəN YeNi iLiNiZiN QəDəMLəRi MüBaRək OlSuN... AMİN...

 

                

 


 

Yasemin

 


 

Men yeni ili cox sevirem.Cox gözel bayramdir.Men deye bilmerem ki,o birisi yeni il bayramim digerinden daha gozel kecib cunki her birinin ozune gore gozelliyi,maragi vardi her biri maraqlidi en cox maraqli olanda bizde yeni ilde her kes bir yere yigisir ve cox gozel kecir.Indi ise kecek arzularima.. Yeni ilde saytimiza arzularim sonsuzdur.Ilk once arzu edirem ki,qarsidan gelen bu yeni il her kese ugur getirsin.2016-ci il o qeder gozellikleriyle yaddaqalan il olsun ki,her yeni ilimizin 2016-ci il kimi kecmesini arzulayaq.insALLAH butun arzularimiz bu yeni ilde gerceklessin.Saytimizda onsuzda reytinqli saytdir,lakin her zaman reytinqinin zirvesinde olsun. Şəkər kimi şirin, nağıl kimi gözəl bir il diləyirəm....

 

                    

 

                                                     

 

_Mira_Yaman_

 

 

 

Butun sayt əhlini salamlayıram!! Hər birinizi qarşıdan gələn YENİ İL və Həmrəylik günü münasibəti ilə təbrik edirəm!! Neçə belə gözəl illərə çıxasız ailəniz,sevdikləriniz, sevgililəriniz,nişanlılarınız,evli olanlar həyat yoldaşınız və uşaqlarınızla birlikdə♡♡♡ 2016cı il hamımıza düşərli olsun inşaAllah.. Mən hər il yeni ili çox maraqlı keçirirdim..Ən əsası ailəm yanımdadırsa bundan gözəl bayram ola bilməz..Amma bu il demək olar ki,keçırməyəcik çünki babamı itirdik..Ona görədə yolka qurmamışıq vəə bayram əhval ruhiyəsində deyiləm..Mənim fikrimcə bu ildən başka bütün yeni il bayramlarım maraqlı keçıb...Nəysə çox uzatmayım hamınızı bir daha təbrik edirəmm.Öpürəmm!!!♡♡♡♡♡

 

                    

 

 

 

 Svetoklana

 

 

 

Salam olsun Qadınlar.Biz saytının şirin-şəkər,xanım-xatun,tşk-mşk yazan,canım-cicimlə danışan xanımlarına23(Şablon cümləm yenə hərəkətə keçdi02).Əvvəla,hər birinizi bu şən abu-havalı bayram münasibətilə təbrik edirəm.İnşAllah,2015-ci ildə yaşadığınız bütün xoşagəlməz hadisələr elə məhz bu ildə də qalar.2016-cı ilin hər birimizə düşərli olması diləyi ilə...))

Gülerim çox yazmadim))çünki orda sen qeyd etmisen ki,maraqlı axrinci defe ne vaxt olub falan filan))hamisi mende eyni olub))onçün ferqli olmadigı üçün o hisselerini yazmadim)sadece qisa tebrik deyek))

 

 

 

                 

 

 

 

Catwoman666

 


 

Yeni il əslində sevdiyim, eyni zamanda sevmədiyim bayramdır)) artıq nəinki yeni il, hətta bütün bayramları sevmirəm... Çünki bayramlar maraqsızlaşıb, adiləşib... Yeni il üçün arzum falan yoxdur. Hər gecə etdiyim duaların 2016da da reallaşmasını istəyirəm sadecə. 2015ci ilə nifrət etdim... Amma bilmirəm niyə, 2016 sanki mənim üçün düşərli olacaqmış kimi hiss edirəm.. 
Yeni ili isə hər il ailəmlə birgə qeyd etmişəm. Yəni, mənim üçün xüsusi, yadda qalan bir gün olmayıb.
Dualarımı yazım: İnşallah Dünyada sülh bağlanar! Aclıq, səfalət yox olar! Kasıb atalar uşaqlarının istədiklərini ala bilmədiyi üçün boynu bükük durmaz! Ən əsası, yetim uşaqlar daha "ana, ata" deyib ağlamasın! Heç kimin evindən ruzi bərəkət əskik olmasın! Qızlar uşaq yaşda evləndirilməsin!!! Xəyalları məhv olmasın!.. Dualarım əslində çoxdu. Amma yeni il üçün bu kimi dualarımın qəbul olunmasını istəyirəm Allahdan!!!
Təbrikə keçim: Hər kəsi, bütün Qadınlar.Biz əhlini təbrik edirəm! Sizin üçün sadecə ən xeyirli olan arzularınız gerçəkləşsin bu ildə! 

 

                              

 

   

 

 

Dosta_inam

 

 

 

Salam Qadınlar.biz'in gözəl göyçək və ağıllı xanımları necəsiniz? 
Əvvəla Gülər bacı dəvətin üçün təşəkkür edirəm, başda sən olmaqla bütün bacılarımı qarşıdan gələn yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. İnşaAllah bu il sizlərə Yaradan bol ruzi, bərəkət, sevgi, hörmət, xoşbəxtlik nəsib etsin, hər biriniz ürəkdən xoşbəxtəm deyə biləcək illər yaşayasınız, ən əsası Tanrı sizlərə uzun ömür can sağlığı versin, çünki can sağlığı varsa, bir çox şeyləri əziyyət çəkərək də olsa həyata keçirmək olur, mənim üçün ən gözəl keçirdiyim bayramlar ata evində keçirdiklərim oldu, çünki bir çox qohum əqraba yığışar bayram edərdik, bütün ailə deyib gülər xoş günlər keçirərdik, insan yaşa dolduqca valideynlərdən uzaq düşdükcə ötənlərdə qoyduğu uşaqlıq illəri üçün darıxır, o illərdə keçirdiyi bayramlar üçün darıxır, yaşlandıqca ərköyünlük etmək istərsən ama bir baxarsan o yaşın deyil artıq,hərdən düşünürəm bayram etmicəm deyə, çünki burda o qədər qərib ki, insan, Onsuzda bir kimsəm yox gələsi, sadəcə uşaqlar nə qanır deyə, hər bayramı keçirməyə çalışıram, ancaq o, qədər də maraqlı olmur, rusların öz vətəni olduğu bunlara daha maraqlı gəlir, məs, məndə öz Vətənimdə olsaydım mənədə maraqlı olardı, mənim ən maraqlı yeni ilim nənəmin yanında qalanda oldu, 6-7-sinifdə oxuyurdum, nənəmlə keçirəsi oldum bayramı, hər şeyi hazırladıq, nənəm ocaqda aş dəmləyirdi məndə qonşu qızlara qoşulub nənəmin yanına o partlayan olur eee bayramda hamı qorxudur, ondan qoydum, yazıq qorxudan necə hoppanıb düşdüsə, nəisə hər şeyi hazırladıq, özüdə iki nəfər olduğumuz üçün hər yeməyi iki nəfərlik etdi nənəm, axşam oldu, biraz yaşlı idi deyə gözləmədi, dedi gəl yeyib yataq, məndə dedim biraz gözlə gələn, mənə dedi bəy-xan qonağım gələsi deyil ya, nəisə yedik yığışdırıb yatmalı olduq, bu dəfə qapı döyüldü, nənəm biraz ağır eşidirdi, özümü öldürürəm ki, qapı döyülür elə deyir işığı söndür yat gecədir, bir təhər başa saldım ki, bəs gələn var, Bakıdan dayım xalam ailəli gəlibmiş sən demə, mənim dayım da polisdir,geyimdə idi zehmli idi, bunlarda qapını qıracaq dərəcədə döyürdülər, mənim orda olduğumdan xəbərsiz idilər elə bildilər yoxam orda, nənəm də eşitmir, nəisə qapını dayım məni görən kimi təbrik etməkəvəzi dv başıma bir şillə, bəs sən burdasan niyə açmırsan qapını bəyaqdan döyürəm, mən formanın qorxusunu yaşamamış vurdu, bir sözlə keçdik, dayım dedi plov iyi gəlir, mən dedim bişirməmişik, çünki nənəm elə bişirmişdi ki, iki qablıq olmuşdu, onuda mən yemişdim elə, nənəm dedi bu dəyqə oğul, yük düşdü mənə ocaq yandırıb hər şeyi hazır etdim, nənəm birdə plov dəmlədi, yeyib içib yatdıq, həqiqətən uşaqlıqda keçən bayramları böyüdükdə yaşamaq olmur, hər yaşın öz gözəlliyi var, uşaq vaxtı bəzi şeyləri bəyənmirik, hey giley edirik, ancaq böyüyəndə dərk edir ki, insan, o illər əvəzolunmaz illəri olur bizlərin, dilərim Allahdan hər bir kəsə gözəl sevincli bayramlar keçirmək nəsib olsun. Gözəl bacılarım hər birinizə gözəl günlər yaşamağı arzu edirəm, uşaq həsrətində olan bacılarıma gələn il Tanrım özü sevindirsin, bilirəm uzun oldu, yoruldunuzsa üzürlü hesab edin, 

 

Bir daha hər birinizə təşəkkür edirəm, hər birinizə qadın xoşbəxtliyi arzu edirəm,öpürəm hər birinizi.

 

 

(səs: 5)
Şərhlər: 17
Baxılıb: 2 630
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri