Qadınlar.Biz'lilərin Yeni il təbrikləri (2. hissə) :)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 18
Baxılıb: 2 716
Səs ver:
(səs: 3)

 

 

Salam əziz Qadınlar.bizin şirin şəkər userləri. Bu dəfə ki xəbərimdə sizlərə Qadınlar.biz bacılarımın Yeni il təbriklərini; Bu gözəl bayramda ən çox nəyi arzuladıqlarını öyrənəcəyik;  Ən gözəl yeni ili nə vaxt və harda keçiriblər bizə arzularını təbriklərini maraqlı hadisələrini   biləcəksiz.  Buyurun başlayaq. 

 

 

 

 

 

 

 

                     

 

Antikvar

 

 

 

Salam Qadınlar.bizin şirin, şəkər, gözəl, mamlimatan xanımları:) İlk növbədə gülərimə təşəkkür edirəm mənidə dəyərli vaxtını ayırıb lahiyəsinə dəvət etdiyi üçün. Və sonra başlancığı xanımlarımızı təbrik etməklə start vermək istərdim. Qadınlar.bizin gözəl xanımları sizin yeni ilinizi təbrik edirəm səmimi qəlbdən, neçə belə gözəl illərə ailənizlə birgə keçirtmək diləyi ilə. Hər birinizə ilk növbədə can sağlığı arzu edirəm, kimlərin həyatda istək arzuları varsa inşallah hər biri yeni ildə həyata keçər, üzünüzdə,qəlbinizdən gülüş əksik olmasın. Uniyə daxil olmaq istəyənlər inşallah-tələbəlik adını qazanar, Övlad arzusunda olanlar inşallah-Analıq hissini yaşayar, Sevgi acısı çəkənlər inşallah-sevdiyinə qovuşar, İş barəsində əziyyət çəkənlər inşallah-yeni işlər əldə edib uğur qazanar, əsasda Allah hər birimizin süfrəsini bol bərəkətli etsin.Arzularım bitməz tükənməzdir bu səbəbdən qısaca Allah hər kəsin arzularını həyata keçirsin deməklə digər yazılara keçim:) 

Yeni ildə öz arzum nədir? Sülh əmin-amanlıqla ölkələr arasında müharibələrə son verilməsidi. Bəlkədə kimlərəsə gülünc gələ bilər ən çox arzuladığım diləyim, inanın hansısa telaristlərə görə günahsız insanların məhv olması məni çox incidir. Hələ o balaca körpələrin aclıq çəkməsi, canını qurtarmaq üçün qaçarkən suda boğulub canından olması, anaların - ataların fəryadı, neçə insanlar öldürüləndən sonra bir birilərinin üzərinə bir əşya kimi atılması baxın bunlara artıq son qoyulmasını istəyirəm,ilk arzum budur inşallah yeni ildə belə hadisələr yaşanmaz. Özümə ailəmə aid arzular sadəcə qısaca deyə bilərəmki, yürüdüyümüz yollarda inşallah yolumuz hər zaman açıq olsun

 

                                                                                                
Birdə maraqlı hadisə yazaraq - yazıma son qoyum:) Əslində çox fikirləşdim başıma gələn maraqlı hadisə və keçirdiyim maraqlı yeni il anlarımı.Ən çox maraqlı yeni il anım ailəmlə keçirdiyim anlar olub papamın bizi hər yeni ildə ailəlikcə aparıb şəhəri gəzdirməyi olub, yolka ətrafında şaxta babayla çəkdirdiyimiz fotolar günün sonunda məni xoşbəxt edib:) Maraqlı hadisə isə yoldaşımla burda yolkaya getdikdə o zaman övladlarım hələki yoxuydu təzə gəlmişdim bu tərəflərə)) Buz üstə yeriməyə elədə alışmamışdım) İndi şaxta babayla yolka ətrafında şəkil çəkdirmək üçün hündür buzla düzəldilmiş kubukların üzərinə çıxdım yoldaşımın köməyi ilə, nəsə görürəm dayanmaqla günlük çəkirəm hələ bir özümüdə sındırmıram əlimi burax özüm çıxa bilərəm, yeriyə bilərəm deyə deyinirəm, sağolsun etiraz belə etmədən razı oldu)) Kaş olmayaydı şəkil çəkib qurtardıqdan sonra düşmək istədikdə bütün millətin içində yapışdım yerə)))) Dəhşət dərəcədə utandım yanaqlarım qızardı utandığımdan, hələ bir kənardan deyilənlər ay vay edilməsi necədi deyilməsi məni dahada utandırdı)) Yoldaşımda ya gülür yada Buda özündənrazılığın sonu deyə danışır,)) Yıxılanda sonra çox qalmağa fikrim yoxuydu düz çıxıb gəldik evə))) Belə qızlar belə hadisələr başıma çox gəlib yazsam dastan olacaq)) Məndən bu qədər bir daha hər birinizin yeni ilini təbrik edirəm)

 

 

 

                 

Asya Müslümova
  

 

 

 

Hər kəsi,ailəniz,böyükləriniz başda olmaqla ürəkdən təbrik edirəm.Hər birinizin ailəsində firavanlıq,ruzi-bərəkət can sağlığı əksik olmasın.Deyirlər ili necə başladınsa sona kimidə elə gedir.İlin nəyinki başlanğıcı,bütün günləri,ayları hər birimiz üçün düşərli,gözəl bizləri xoşbəxt edəcək dərəcədə gözəl olsun.Bu il bizim üçün nə dərəcdə düşərli və uğurlu keçdi deyə bilmərəm amma Allahın nəzəri,diqqəti xalqımızın üstündən əksik olmasın.Keçirdiyimiz ağır günlərimiz son olsun.2016-cı ilə bütüb dərd-sərimizi qoyraq başlıyaq.Hər zaman üzümüzdən təmizlik,saflıq çöhrəsi əksik olmasın.Hər birimizin ürəyimizdə tutduğumuz bütün "xoş" arzularımız real olması diləyi ilə....

 

 

 

              

 

 

 

canr

 

 

 

Saytımızın şirin-şeker qızlarını YENİ İL münasibetile ürekden tebrik edirem.Qoy bu 2016-cı il her birimizin heyatına xoşbext qedemlerle addımlasın.Men Allahdan isteyirem ki,bu il öz gelişiyle aileme ve ezizlerime bol ruzi,can sağlığı,mehribançılıq,xoşbextlik getirsin.Özüme ne arzu ediremse,saytımızın gözellerine de onu arzulayıram.Qoy saytımızın sakinleri ilden-ile çoxalsın.Canım bacım İnşallah bu 2016 -cı il sene de düşerli olar.Senin de,miss oxatanın da ailesinden körpe sesi eşidiler.Bir daha bütün bacılarımı Yeni il münasibetile tebrik edirem.

 

 

 

              

 

 

 

my_angel

 

 

 

"Əziz və hörmətli Qadınlar.Biz istifadəçiləri, bu Qadınlar.Biz`də keçirdiyim ikinci yeni ildir. Bunun üçün çox xoşbəxt hiss edirəm özümü. Öncəliklə sayt rəhbərliyinə minnətdarlığımı bildirirəm. Diləyirəm ki, 2016 hər birimiz üçün düşərli olsun, bu yeni ildə həyatınızda müsbət dəyişikliklər olsun. Bütün mənfilərinizi 2015-də qoyub, 2016-ya müsbətlərlə keçin. Neçə belə gözəl illərimizi Qadınlar.Biz`lə birgə qeyd edək inşaallah. Yeni iliniz mübarək!"

(səs: 3)
Şərhlər: 18
Baxılıb: 2 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri