Qadınlar.Biz'li xanımların sevimli şeiri - kiraz mevsimci kiz (30)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 1 630
Səs ver:
(səs: 4)
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. Xanımlarımız istədiyi şeiri yaza bilər və onun haqqında məlumat verə bilərsiz. Bu günkü son qonagım  kiraz mevsimci kiz  nikli usərimizdir.Buyurun: Bu seir mene insanlarin bir az sohretleri artmaqlariyla, deyisib basqa adam olmaqlarini gozumun onunde canlandirir bu insan o insan deyil!!!

Bu həmin payız deyil.
Keçən ilki kimi dolub buludlar,
Ağaclar həsrətə burunub yenə.
Keçən ilki kimi qalıb buludlar,
Bəs nədən bu qədər yad gəlir mənə.
Keçən payızda da belə çən vardı,
Hərdən gunəş kimi görunən vardı,
Payızdır...

Elə bu mahnıyla həmin bulaqlar
Keçən il vusaldan oxuyurdular.
Ay sözlu bulaqlar,sərin bulaqlar,
Nədən səsinizdə bir intizar var?!
Hicran nəğməsidir indi nə yazsam,
Təbiət,sən məni aldadammazsan
-Payızdır...
Bu payız o payız deyil.

Durnalar beləcə uçub gedirdi,
Yelpik qanadını açib gedirdi.
Onda da toy-duyun fəsliydi payız,
Onda da sədali-səsliydi payız.
Elə bil azalıb durna qatarı,
Elə bil çoxalıb toy intizari,
Payızdır...
Bu payız o payız deyil.

Cığırlar kəməndə dönmuşdur onda,
Könullu duşmuşdu kəməndə o qız.
Gunəş ovcumuza enmişdi onda,
İkimizin idi ən parlaq ulduz.
O payız toy uçun söz verdi mənə,
Bu payız oxşamır toy eləyənə,
Payızdir...
Bu payız o payız deyil.

Layihəndə mənə yer ayırdığın uçun təşəkkurlər)))


Qızlar lahiyəmin son hissəsidir bu.İnşəALLAH bəyənmişsinizdir.Lahiyəyə qatılan usərlərə təşəkkürümü bildirirəm,şərh yazan bütün qızların əlləri var olsun.Nə səhvim oldusa bağışlayın ilk lahiyəm olduğu üçün keçmək olar məncə))) Hər birinizə minnətdarlığımı bildirirəm.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 1 630
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri