Uşaqlığımdakı Yeni il - GünƏşimƏ_AiD_ (6)

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 1 902
Səs ver:
(səs: 1)
 :zded: :zelka: ,,Uşaqlığımdakı Yeni İl,, :zded: :zelka: bu da qarşınıza çıxdığım növbəti layihəmin növbəti qonqğı... ümid edirəm ki, sizlər üçün maraqla oxuyacağınız bölüm olacaq... Artıq bu xəbərimdə növbəti qonağımın uşaqlığındakı Yeni il ilə tanış olmuş olacaqsınız... Buyurun , oxuyub bu dəfəki qonağımın kim olduğunu bilin...  
 
 Uşaqlığımdakı Yeni il  - GünƏşimƏ_AiD_ (6) GünƏşimƏ_AiD_
Hər kəsə salamlar.Türkan bacı çox sağ olun ki, mənə də yer etdiz lahiyənizdə. Hər kəsin Yeni ili mübarək Canlarım. :love:
Keçək mənim balacalığımdakı yeni ilə.
Mən uşaq vaxtı o qədər dəcəl olmuşam ki, atam mənlə ümümiyyətlə bayıra çıxarmağa qorxarmış. Anam ümumiyyətlə çıxarmazdı məni qorxusundan. :122: Bir gün yeni il günüdü, atam bizi salyutlara baxmağa çıxardı, onda tək uşaq idim. Mən də çox qısqanc idim, o vaxtdan yəni mənim olan mənimdi (indiyənə qədər) Atam bayırda başqa uşaq gördü, götürdü qucağına, mən də uje yerimdə dayana bilmirəm, ürəyim partdıyır axi. atam başqasıyla oynuyur. Özlüyümdə fikirləşdim ki, nə edim ki, atamın diqqəti mənə dönsün. Yavaş yavaş çıxdım aradan. (Atamın danışdığına görə) Birdən ayılıblar ki, yoxam. Anama da stres olmaz, o vaxtı bacım olacaqdı. (sonra olmadı amma) anamın halı pisləşib, atam polisə yığıb tez (yeni ilin girməyinə də 2saat qalıb) mən yoxam amma, firraniram ee özümçün. (YADIMDA DEYİL NEYNİRDİM)  :122:
Uje halları xarabdı, mən də yoxam. Sonra bir nəfərdən sorüşmuşam ki, salyut haçan olacaq, o da görüb ki, təkəm. Deyib ki gəl aparım səni mamanın yanına (bacı qardaş idilər) indi atam məni qucaqlıyır, deyirəm öpmə məni küsəm sənə, deyir niyə prinsesam?! Deyirəm sən niyə məndən başqasını qucaqlayıb öpürsən?bu da ders olsun sizə, məndən başqasını istəməyin (Anam da əsəbdən ağlayır) hamını əsəbdən gülmək tutub. Axırı qaldıq baxdıq salyutlara (ATƏŞFƏŞANLIQ) :122: :02:
 
       
 
Bir dəfə də yeni il günüdü (Həmişə olduğu kimi bəxtimdən onda 4 ci sinif idim) atam bayıra çıxaracaqdı bizi, mən də başımı baglayırdım iynəni ağzıma qoydum yumuru tərəfdən. Qardaşım da səssizcə gəlib məni qorxuzdu, mən də qorxdum iynəni uddum (Saatda hardasa 5di) Qaça qaça gəlmişəm atamın üstünə ki, ata iynə uddum. Atam da şokdadı. Anam qaçıb yerə baxır ki, bəlkə tapdı. Axşam olur uje, atam tez babama yığdı, babam maşınla gəldi saat 8di, babamın maşını yolda qalıb (aparacaqdılar rentgenə məni) sonra başqa maşına bağladılar, o maşın da yolda gedəndə ipi qırıldı, qalmışıq axşam vaxtı ortada atamla mən.. uzun sözün qısası gəldik rentgen elədik, iynə udmuşdum doğrdan. hamı şokdadı, dayimgil falan gəldilər bizə hami. Yeni il günü oturub mənim qarnımdakı iynəni müzakirə edirlər :122:  prikol idi.  :122: yeni ilə iynə ilə girdim.. 1 həftə qarnımda qaldı )))))) Kaş indi də o günlərə qayıda bilərdim   :agla: 
Bu qədər canlar uzun oldu amma paylaşmaq istədim sizlə. Tşk hər birnizə. :love:
 
       
 
Həəəəə, qızlar... yaman passivsiz.... Yeni il gəlib çatır... amma siz hələ də uşaqlığınzdakı yeni ili bizimlə bölüşməmisiniz... sizlər də uşalığınızdakı Yeni il xatirələrinizi bizimlə bölüşmək istəsəniz azəri şrifti ilə yazıb şəxsi mesajla mənə göndərin... qızlarla bölüşmək mənim boynuma...
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 1 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri