Mənim toy günüm - Ekizlerin mamasi (23)

Müəllif: arzum-aysum
Şərhlər: 18
Baxılıb: 2 310
Səs ver:
(səs: 5)
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Ekizlerin mamasi-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
 Mənim toy günüm - Ekizlerin mamasi (23)
 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Salam canım.yoldaşım uzaq qohumumuzdu.Bizə gəlmişdilər onda gördük bir birimizi.

 


2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

xüsusi evlənmə təklifi olmayıb.Zəng elədi ki, səhər elçilərim gəlir))

 


3. Neçə müddət nişanlı qaldınız?

2il 3ay nişanlı qaldıq.

 


4. Toy hazırlıqları necə irəlilədi?

çox yaxşı.axıra yaxın biraz işləri qarışdı.amma ümumilikdə  əla.

 


5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Bəli vaxt varıydı.anam mən nişannana başlamışdıq hazırlıqlara))

 


6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

heç kim olmadan yoldaşımla lazım olanların hamısını bir yerdə almağımız.

 


7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

kursa yox, amma özümüz bacarırdıq deyə rəqs qurduq.oynadıq hamı bəyənmdi).

 


8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

qız toyuna özümüz,oğlan toyuna isə yoldaşımgil seçdi.

 


9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

xüsusi fotoqraf gətizdirmişdik.o çəkdi.

 


10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

çox təəssüfki,  ona vaxtımız çatmadı (.

 


11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

qiz toyunun gəlinliyi tam istədiyim kimi olmadı, amma oğlan toyununki xəyalımdakı gəlinlik idi.

 


12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

1həftəçəkdi axtarışımız.

 


13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Biryerdə axtardıq,bir yerdə də seçdik)).

 


14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Bəli, sadə saç və makiyaj.

 


15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

oldu bəli, yaxşıçıxmışdı.

 


16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bizdə var elə adət.birin özləri aldı.birin biz.

 


17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

əlbəttə ki,  yox.9.10.2012.....14.10.2012.

 


18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

oldu)yoldaşım gül verənnən sonra yadıma düşdü ki, fatamıüzümə  salmamışam.qohumlarımın da ağlamaqdan fikirlərinə  gəlməmişdi yadıma salmaq.)))))

 


19. Toy günü unutduğunuz bir şey oldumu?

yuxarıda yazdığım idi təkcə.

 


20 Toyunuzun ən gözəl anı nə idi?

atamla anamla sağollaşmağım.atam çox kövrəlmişdi ağlamamaq üçün özünü  güclə saxlayırdı (((.

 


21. İlk rəqs parçanız hansı idi?

Çingizin"qadınımsan"parçasi idi.

 


 22.Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

restorana xüsusi  giriş hazırlamışdıq.o idi.sonra yoldaşımın evinə  gedən yolu bəzəmişdi.qırmızı sərmdi.Girəcəkdə atəşfəşanlıq qurdurmuşdu.bunların hamısıçox xoş idi.

 


23. Bir tərslik yaşandımı toy günü?

kürsümüz şamlarla bəzədilmişdi.toyun sonunda yoldaşımın üstünə birinin parafını töküldü. ((((

 


24.Ən çox nə vaxt həyəcanlandınız?

toyun sonunda qonaqlar azaldıqca özümü tək hiss edirdim ((

 


25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Bəli canim, qaynatam 2göyərçin almışdı.verdi bizə  aşıq havada uçurduq.qaynanam da hədiyyə almışdı mənə.

 


26. Bal ayınızı harada keçirdiniz?

Ərəbistanda keçirdik.

 


27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

3 il 2aydır.

 


28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz

çalışsınlar bir birini başa düşsünlər. Hər balaca məsələni şişirtməsinlər.birde səbr etməyi bacarsınlar.Hamıya bol bol uğur, xoşbəxtlik arzulayıram.  Mənə zaman ayırdığınıza görə hər kəsə təşəkkürlər.

 
 
 
Canım mənim, dilərəm yaşadığınız bu həyat ancaq gözəl günlərlə dolu olsun... bölüşdüyünüz ev yalnız sevinc gülüşlərinə bürünsün... amin...
(səs: 5)
Şərhlər: 18
Baxılıb: 2 310
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri