Ona sevqi məktubum - arzum-aysum (3)

Müəllif: adsiz-a
Şərhlər: 20
Baxılıb: 1 924
Səs ver:
(səs: 4)
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər. Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz. Qonağımız arzum-aysumdur.

Sənə olan sevgimi yazmağın gözəlliyini yalnız mən bilirəm və mən anlayiram, çünki səni sənə izah edərkən sevgimi, sevgini və arzılarımı yazdım.

Mən səni kimsənin bilmədiyi, görə bilmədiyi uzaqlardan sevdim, dərin, sirrli, əl çatmaz bir okeanın dərinliyində tapdım da sevdim.

Tutmağa cəsarət edə bilmədiyim, sevginlə alov alov yandığım parlaq bir incisən mənim üçün. Mən səni yağışlı bir gündə, səni düşünərkən istiliyinin içimi yandırdığı anlarda sevdim.

Bəzən yuxusuzluğumda, bəzən dərin yuxularımda, bəzən yoxluğunda, bəzən də yanımda olduğun anlarda səni sevdim.


Sən yatarkən gözlərinin dərinliklərinə daldım, və mənə olan sevginlə yandım, Heç yorulmadan səni yazdım bu məktubda, yazmağı səni izah edərkən, oxumağı da sənə yazdıqlarımı hecalayarkən öyrəndim.

Səni yalnız şux qamətin, saçların ya da gözlərin, gözəl bir yüzün var deyə deyil, fikirlərinlə, danışmağındakı gözəlliyin, duruşun və mənə ürəyində olan sevginlə sevdim.

Səni əllərindən tutub qanımın qaynadığı, ürəyimin yerindən atılacağını hiss etdiyim anlarda, o yaş dodaqlarınla məni sevdiyini söylədiyin anlarda sevdim.

Sən bədənimin dörd bir hissəsinə yayıldığında, məni qucaqladığın və hər nəfəs alışımda ciyərlərimə ilıq ilıq işlədiyini hiss edtdiyimdə sevdim.

Səni qış gecələrinin o soyuq yatağında birlikdə yatıb məni isti nəfəsinlə istilətdiyində və nəfəslərimizin görüşdüyü gecələrdə sevdim.

Səni sevdim, bezmədən, səni sevdim yorulmadan... 

Sənin ətrinlə yazdım sətirlərimi heca heca, Səni yazdım nəfəs belə vermədən, içimdəki istiliyini, qoxunu itirmədən.

Çünki səni nəfəs kimi yaşayıram, nəfəs alar kimi səni sevirəm.

Və Sən yaxşı ki varsan! Və Sən Yaxşı ki, mənimsən! Və MƏN YAXŞI Kİ, SƏNİNƏM.


Layihədə iştirak etmək istəyən mənə şəxsi mesaj ilə yazsın qöndərsin. :envelope:
(səs: 4)
Şərhlər: 20
Baxılıb: 1 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri