Məktəbdə ilk günüm - Catwoman666 (1)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 21
Baxılıb: 3 013
Səs ver:
(səs: 8)
Salam saytımızın gözəl qızları.  
Sizlər üçün yeni bir layihə hazırladım və layihəmin qonağı Catwoman666  nikidir.  

Hər kəsə salam  Layihəni o qədər çox sevdim ki, tez qatılmaq istədim)) Çünki məktəbdə ilk günümlə bağlı maraqlı təəsüratlarım var. Buyurun, hamınız axıra kimi oxuyun:Mən 7 yaşda məktəbə başlamışam. O qədər çox sevincli və həyəcanlı idim ki, məktəbə gedirəm deyə. Səhər budilnik çalan kimi dik atıldım yerimdən  Hazırlaşdıq mamayla getdik məktəbə. hamı məktəbin qabağında sıraya düzülmüşdü. Mənim də əlimdə digər uşaqlar kimi bir dəstə gül varıydı. Sinif rəhbərimizi gördüm həmin vaxt. Mama dedi ki, bu gülləri müəllimə verərsən. Bir az keçəndən sonra müəllimimizin koftasından geyinən bir qadın gördüm yan tərəfimdə. (həmin qadın da paralel sinifdən bir qızın valideyni imiş). Elə bildim ki, odu müəllimim. Gülləri həmin arvada uzatdım Mama dedi, az o müəllim deyil. Hər nəysə. Sonra s.rəhbərimiz bizi sinifə apardı. İlk günüydü deyə valideynlər də sinifdə arxada durmuşdular. Müəllim bir-bir uşaqların adını familyasını soruşurdu. (Hələ neçə dənə uşaq atasının adını yadından çıxarmışdı). Sıra mənə çatanda avtomat kimi, işıq sürətilə ayağa qalxıb: "Əliyeva Nərmin Ş.... qızı!" dedim. Sonra müəllim uşaqlardan soruşdu ki, "uşaqlar, məktəbi qurtarandan sonra hara daxil olurlar?" Mən tez yüksək səslə dedim ki, "İnustuya" İnustu haa özde Hahaha. Sonra müəllim dedi ki, indi hamınız bir şəkil çəkin. Mən də uşaqlıqdan həvəsli idim şəkil çəkməyə. evdə yüz cür şəkil çəkirdim. (əsas da rusalıçkalar yəni dəniz qızları). Amma nədənsə məktəbdə ağlıma həyəcandan çəkməyə bir şəkil gəlmədi. Mamamın yanına getdim ki, mənə şəkil çək))) Mamamın da çəkə bildiyi ən "gözəl" şəkil göyərçin şəklidi həmin göyərçini 2 dəqiqədə çəkdi mənə dedi ki indi bunu mavi rəngdə rəngləyərsən. Keçdim yerimə. Sonra tam dəqiq bilmək üçün yanımdakı uşağın mamasından soruşdum ki, bunu nə rəng edim? O da dedi ki narıncı mamama baxdım. Mama dedi ki mavi elə Mən də mavi elədim. Sonra müəllim həmin şəklimi çox bəyənmişdi)))))) (Bəlkə bu məsələ sizə güməli gəlməyə bilər. Amma hal-hazırda mən bunları yazarkən gülməkdən gözümdən yaş gəldi).
Vəəəə beləliklə məktəbə mənim kimi cin gəldi İndi həmin hazırcavab cin kimi uşaq böyüyüb 10cu sinifdə oxuyur)))
Layihəsində iştirakıma şərait yaratdığı üçün Zenka nikinə təşəkkür edirəm 

 
P.S. Lahiyəyə qatılmaq istəyən mənə müracət edə bilər
(səs: 8)
Şərhlər: 21
Baxılıb: 3 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri