Xatirə dəftəri - Dosta_inam (27)

Şərhlər: 18
Baxılıb: 1 916
Səs ver:
(səs: 6)
Salam saytımızın dəyərli xanımları. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu dəfəki müsahibim isə Dosta_inam xanımdır.Buyurun verdiyi cavablarla yaxından tanış olun
 
Əvvəla hər kəsi salamlayıram, gözəl göyçək bacılarım necəsiniz? 
Asya bacı sənə də təşəkkür edirəm ki, layihənə məni də dəvət etdin. 

1.Adınız Soyadınız? 
Aliyeva Mətanət. 

2.Doğum tarixiniz? 
30.05.1986.

3.Bürcünüz iliniz? 
Əkizlər, pələng. 

4.Ən böyük arzunuz? 
Əslində mən arzu edərək yaşayan biri deyiləm, yəni gerçək olmaz xəyal qırıqlığı yaşar insan, Allah nə yazıb onu yaşayıram, və təbii ki, bəzi istəklərim olur, və şükür Allahın böyüklüyünə, bu günə qədər, nə istədimsə oldu, indi hal hazırda elə bir istəyim yoxdur, sadəcə vətənə gəlmək, orda yaşamaq. 

5.Ən yaxın dostunuz sizi haçansa satıb, yalan deyib? 
Mənim indiyədək ən yaxın dostum olmayıb, çünki kimlə rəfiqə olmuşamsa arada sərhəd olub, ona görə də, fikir verməmişəm ki, kimsə nəyisə yalan dedi ya yox, ancaq kim nə edirsə özünə edir, düz danışan hörmət qazanır, səhv danışan hörmətdən düşür. 

6.5-ci sinifi hansı qiymətlərlə qurtarmısınız? 
6-cı sinifə kimi əlaçı olmuşam, sonra nə oldusa məndə anlamadım, 4-də oldu qiymətlərdə. 

7.Həyat sizcə maraqlıdır? 
Əlbətdə maraqlıdır, belə deyim də, həyatı maraqlı edəndə, maraqsız edəndə biz özümüzük, həyatda yaşam tərzini bilənlər üçün həyat maraqlıdır, məs, biri axşamacan yatsın, eyvana belə çıxmasın, əlbətdə ki, onun üçün həyat maraqsız olacaq, gərək həyatı yaşayaraq özümüz maraq qataq. 

8.Möcüzəyə inanırsınız? 
Əlbətdə inanıram, bütün ətrafımızda olan, hətda biz özümüz Allah'ın yaratdığı möcüzələrik, sadəcə baxaraq görmək lazımdır. 

9.Yenidən uşaq olmaq istərdinizmi? 
Bəli istərdim, çünki uşaqlıq illəri əvəzsiz bir illər, heç nədən xəbərin olmur, dünyanın dərd sərini anlamayaraq oynayaraq günlərini keçirirsən. 

10.Dünyaya yenidən gəlmək istərdiniz? 
Xeyr istəməzdim, çünki yaşadığım bu günlərə şükür, elədə əzablı çətin günlərim olmayıb, şükür Allaha, kim bilir bəlkə yenidən gəlsəm daha acılı günlərdə yaşaram, ona görə Allahın verdiyi bu ömrü halallıqla yaşayım, başqa bir ömür istəmirəm. 

11.Həyatda kimə və nə üçün minnətdarsınız? 
İlk öncə uca Tanrıya, mənə sağ can, əl-ayaq verdiyi üçün, sonra valideynlərimə göydə Allah yerdə onlar mənə bu gözəl həyatı bəxş etdikləri üçün. 

12.Necə insanları xoşlayırsınız? 
Sadə, deyən gülən, mehriban. 

13.Sizcə gözəllik nədən başlayır? 
Məncə gözəllik, gözəl əxlaqdan, gözəl tərbiyədən, yardımsevər olmaqdan, gözəl olub daş qəlbli, acı dil olunca, eybəcər olub, ağıll, mehriban, yardımsevər olmaq daha yaxşı mənə görə. 

14.Dünyanın hansı şəhərlərində olmaq istərdiniz? 
Doğrusu heç birində, belə bir deyim var, əvvəl meçidin içi sonra çölü, yəni gəzmək fikrim olsa, ilk öncə A-canın şəhərlərin gəzərdim, çünki öz torpağımızda olan gözəllik bütün dünyaya dəyər. 

15.Sayta girən kimi ilk kimin saytda olub olmadığına baxırsınız? 
Doğrusu heç kimin. 

16.Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz? 
Ən çox Aytən666 ilə, çünki onunla telefon ilə də əlaqəmiz var, başqa birdə MİSS_ANGEL, ULDUZ. 

17.Saytda kimin xəbərlərini böyük maraqla oxuyursunuz? 
Mənim üçün fərqi yoxdur, maraqlı gələn hər xəbəri oxuyuram, ən çox Gülər19 bacının xəbərləri, daha çox xoşuma gəlir, bəzi xəbərləri var ki, ürəyinə toxunur insanın. 

18.Kimin bu saytda olması sizi qıcıqlandırır? 
Elə biri yoxdur, çünki burdaki qızlar o qədər şirin, o qədər mehriban ki, onlara qıcıq olmaq mümkün deyil, hər birinə hörmət edib, hər birini çox istəyirəm. 

19.Saytda ən çox sizi nə cəlb edir? 
Hər bir şeyi gözəldir, çox sevirəm buranı, bir gün daxil olmasam, nəisə itib sanıram. 

20.Nə kimi təklifləriniz var sayta? 
Heç bir şey, Allah razı olsun bütün yaradıcı heyətdən, hər bir şey çox gözəldir. 

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz? 
Ən çox Fialka bacının rast gəldiyim şərhlərini oxuyuram, ancaq belə gözümə hansı dəysə oxuyuram, çünki qızların maraqlı fikirləri olur. 

22.Nə üçün məhz Qadınlar.biz? 
Elə məhz hər kəs qadın olduğu üçün. 

23.Bu saytda sizə nə maraq doğurur? 
Bu sayt elə başdan ayağa maraqlıdır. 

24.Saytda ki, ən yaxın dostlarınız? 
Bir çox qızlarla yazışıram, indi yazsam bəzisi yadımdan çıxar, yəni yazışdığım bacılarım çoxdur. 

25.Özünüz haqda qısa və tam? 
Özüm deyib gülən, mehriban, kin saxlamağı bilməyən, hər kəsə tez inanan, tez güvənən biri. 

26.Burada hansısa bir haqsızlıq görmüsüz? 
Yox çox şükür, yəni saytın quruluşu elə ki, heç kimə haksızlıq olmasına yol verilmir. 

27.Saytda başınıza gələn maraqlı bir hadisə? 
Doğrusu elə bir maraqlı hadisə olmayıb, ancaq mənim üçün burda keçirdiyim hər zaman maraqlıdır. 

28.Sayta olan ürək sözləriniz? 
Sayta uzun ömürlü olsun, hər zaman öndə gedənlərdən olsun, qanun qaydası ilə bütün saytlardan öndə olsun. 

29.Baş Admindən razısınız? 
Allah razı olsun baş admindən. 
Şükür razıyam, heç bir söhbətimiz olmayıbsa, nədəsə bir problem olmayıbsa niyə narazı olum ki, sağ olsun, Allah qorusun. 

30.Həyatda ən çox kimə inanırsınız? 
Allahıma sonsuz inanıram, məni heç bir vaxt darda qoymaz inşaAllah, birdə anama. Qalanları aldada bilər, mən inansamda. 

31.İki dostun hakimi olardınız, yoxsa iki düşmənin(fikirləşməyə dəyər) 
Məndə dosta hakim lazım deyil, düşmənin hakimi olub, barışdırmaq lazımdır, sülh əmin-amanlıq olsun deyə. 

32.Həyatınızda əsas məqsəq nədir? 
Elə bir məqsədim yoxdur, Allah verən ömrü, sakit, ağılla başla yaşamaq, çünki ağıl olduqda hər şeyi həll etmək olur, və yaşamaqda asan olur. 

33.Gələcəydə özünüzü kim görürsünüz? 
Vallah bilmədime, qoca nənə yanında bir iki nəvəsi, nəvələrin parkda gəzdirən. 

34.Bir gün sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim (lər) üçün darıxarsız, və kim(lərlə) münasibətiniz həmişə qalar? 
Əvvəla Allah etməsin, İnşaAllah ki, elə bir şey olmaz, bütün sayt üçün, qızlar üçün çox darıxaram, ancaq əlaqəm Aytən666 ilə qalar, çünki bir onun tel nömrəsin bilirəm, digər qızlarla elə burda yazışırıq, sayt bağlansa o qızlarla da əlaqəm olmayacaq. 

Bir daha təşəkkür edirəm bacı dəvətin üçün, hər birinizi öpürəm.
 
Mən təşəkkür edirəm ki dəvətimi qəbul etdiniz.Bu bacımla elədə yaxından tanış deyilik,amma çox istədiyim və xüsusi rəğbətim olan userlərdən biridir.Çox sağolun cavablarda səmimi oldunuz.Uğurlar arzulayıram.
(səs: 6)
Şərhlər: 18
Baxılıb: 1 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri