Qadınlar.Biz'lilərin başına gələn gülməli və maraqlı hadisələr - düyməcik (1)

Müəllif: Miss_Angel
Şərhlər: 26
Baxılıb: 2 444
Səs ver:
(səs: 5)
Salam qizlar necəsiz? Az fikirləşdim çox fikirləşdim birdən ağlıma bir fikir gəldi başınıza gələn ən gülməli və ən maraqlı hadisələrin yazsın userlər. Gəlin düyməcik userin başına gələnləri birlikdə oxuyaq:
 
Öncə hər birinizə salam qızlar. Sənədə Günay bacım təşəkkürlər mənidə layihənə dəvət etdiyinçün. indi keçim əsas məsələyə. deməli belə təxmini hardasa 10-11 yaşım olardı,bidənə əmim qızı var(məndən 6 yaş böyükdü). bi gün bu gəlib mənə dediki bəs mən ağzımda spiçka söndürə bilirəm,gəl sənədə öyrədim. bu əvvəl bir ikisin ağzında söndürüb(guyada) mənə göstərdi. sora dedi al indi sən elə. odaki birin yox iki üçünü birden yandırdı verdi əliməki söndür ağzında. Məndə eləmə təmbəllik buların hamısını birdən saldım ağzıma,paa elə bil od qoydular mənə,həyət uzunu qaçıram ay yandım demişəm. bu vaxt gözümə nənəmin aftavası sataşdı,indi aftavaya elə soxulmuşam ki az qala suyla bir yerde onuda udum. Elə bu vaxtı anam gəldi,toyda bundan sora başladı. nə yemisən turşuluqlu aş,arvad mənim tozumu elə qəşəy aldıki, indi dilimin agrısı yadımdan çıxıb,qolumu qıçımı tutmuşam anqırıram. Aravad az qala dilimi,ağzımı paraşokla yuyurdu mundar su icdiyimə görə.birtəhər qaçdım əlindən. nəysə sagolsun əmimqızı sayəsində belə aglamalı hadisələrim çox olub. Bir dəfədə hamilə vaxtı yoldaşımla ultrasona getdik,ikinci dəfə idi. birinci dəfə başqa həkim yoxlamışdı.o türkiyəyə getdiyiçün indi başqası yoxluyacağdı. nəysə növbəmiiz gəldi keçdiy içəri uzandım,həkim başladı baxmağa,bir azdan belə elədi maşallah qızınızda oğlunuzda yaxşıdı,sağlamdı əkizləriniz. indi yoldaşımla məndə ağzımızı ayırmışıq həkimə baxırıq. həkim gördü nəsə birtəhər baxırıq.dedi niyə elə baxırsız nolub. dedik axı bizim uşagımız birdənə idi,əvvəl yoxlayan elə deyib,özümüzdə görmüşdüy. Ama iş orasındaydı ki həqiqətəndə ultrasonda iki uşaq görünürdü. nəəysə həkim dedi biz dedik,axırda durdu getdi əvvəl yoxlayana zəng vurmaga. indi həkim gedib men hələdə ağzımı ayırıb aparata baxıram. birdən ağlıma hardan gəldisə yoldaşıma dedim yəqin uşağımız icəridə bölünüb(fikrə bax a ) yazig yoldaşım bilmir indi mənim sözümə ağlasın yoxsa gülsün. sora həkim gəldiki bəs o biri həkimdə siz deyəni deyir.bəs bu necə ola bilər,axı iki dənə uşaq görürüy. nəysəki sonradan anlaşıldı ki məndən əvvəl girən qadının bəbişləri əkiziymiş. onların görüntüsü qalıb aparatda,həkimi silmiyibmiş yadından çıxıb nəsə bele bir şey(o qədərdə başa düşmədim). Ama onuda deyimki içimdə sevinmişdimdə(inanmasamda)əkizim olacagına. Bu qədər. bir daha dəvətinçun təşəkkür canım,bu layihən birincidi inşallah axırıncı yox axarıncı olar gözəl,maraqlı layihələrin. bol-bol uğurlar sənə

Kim qatılmaq isdəsə şəxsi smslə müraciyət ede bilər.
(səs: 5)
Şərhlər: 26
Baxılıb: 2 444
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri