Qadinlar.Biz'li arzum-aysum keçmisə qayıtsa nələr dəyişərdi? (6)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 1 529
Səs ver:
(səs: 7)
:03: Salam olsun Qadınlar.biz`in şirin qızlarına.
Bu lahiyə də hər kəs ki, keçmişə qayıtsa nələr dəyişərdi? Həyatında nə dəyişiklik olardı?. Bizimlə paylaşacaq. Lahiyəmin qonaği arzum-aysum nikidir, buyurun. :04: bacimizin yazdiğlarini oxuyaq.  :01:

Yenə salamlar olsun mənim şirin şəkər, gözəl göyçək bacılarıma. Xəbərin adından da bilindiyi kimi, mən de işdi şayətdi keçmişə gedib düşəsi olsam, nəyi dəyişdirmək istərdim, ondan yazacağam. Bütün insanlar kimi, mənim də bəzi səhvlərim var, onları dəyişərdim deməyəcəyəm. Çünki bunun mümkünsüz olduğunu bilirəm. Bunun üçün sadəcə Allahıma bilərəkdən etdiyim o günahlarımı bağışlaması üçün gecə gündüz dua edirəm. 
Amma keçmişdə etmədiyim iki böyük peşmanlığımı bölüşmək istəyirəm sizinlə. Birincisi təhsilimlə bağlı. Düzdü ali təhsilim var, Xarici Dillər universitetini bitirmişəm. Amma o zamanlar indiki ağlım olsa idi, tibb universitetini oxumağı seçərdim. Çünki rayonda hal hazırda sənətimə uyğun iş tapa bilmirəm. Ailəmizdə atamdan tutmuş balaca bacıma kimi hamı tibb sahəsində işləyir. O zamanlar hər kəs mənə çox dedi ki, tibb universitetini seç. Mən qandan qorxduğum üçün seçmədim. Denən ay ağılsız, qandan qorxursan tibbin qan olmayan sahəsini seç. Uzi həkimi və ya rentgen. Nə bilim, Allahın qismətimi deyim, öz ağılsızlığımmı bilmirəm. Belə oldu... 

İkinci isə, ən çox etmək istədiyim və ömrümün sonuna qədər peşmanlığını çəkəcəyim şey,rəhmətlik babamın və nənəmin bir an belə olsa yanlarından ayrılmazdım. Hər an qulluqlarında durardım, onları nə qədər çox istədiyimi dəfələrlə deyərdim. indi onlar yoxdu, və mən onlar üçün o qədər çox darıxıram ki. Əziz bacılarım, sevdiklərinizin qədrini sağ ikən bilin, sonra gec olur və insanın əlindən heç bir şey gəlmir araya ölüm girdikdən sonra.


P.S İştirak etmək istəyənlər mənə şəxsi mesajla müraciyət edə bilərlər :heart:
(səs: 7)
Şərhlər: 15
Baxılıb: 1 529
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri