Qadınlar.Biz'lilərin başına gələn gülməli və maraqlı hadisələr - Dosta_inam (10)

Müəllif: Miss_Angel
Şərhlər: 21
Baxılıb: 2 302
Səs ver:
(səs: 6)
Salam qizlar necəsiz? Az fikirləşdim çox fikirləşdim birdən ağlıma bir fikir gəldi başınıza gələn ən gülməli və ən maraqlı hadisələrin yazsın userlər. Gəlin Dosta_inam userin başına gələnləri birlikdə oxuyaq:

Hər kəsi salamlayıram, gözəl - göyçək bacılarım necəsiniz? Angelim mənidə dəvət etdiyin üçün çox təşəkkür edirəm, inşaAllah axarıncı olar layihələrin. Deməli belə, hardasa 6-7-ci sinifdə oxuyurdum, bizim həyətdə üzüm çardağı var, biraz hündür düzəldib atam, çıxıb bəzi yerlərini düzəliş etmək üçün də, yanına dəmirdən nərdivan bağladıb, məndə bir gün günorta idi, hamı yatırdı mən ağacları gəzir meyvə yeyirdim, o zamanlar çox meyvə yeyən idim, indi elədə yemirəm, nəisə qısaca çıxdım bu çardağa ki, üzüm yeyim, bir xeyli getdim dəmirlərin üstü ilə, nərdivan uzaqda qaldı, elə bir ikisin yedim ki, tok məni sirkələdi, əslində tok kənardan gedirdi, necə oldusa məni sirkələdi, elə qışqırdım ki, səsimə yeddi ev qonşu oyandı, nəisə evdəkilərdə oyanıb gəldi, dedilər nə olub, dedim tok vurur məni, indi atam məni düşürməkdən, deyir ki, dəmirə tok dəymir axı, necə vura bilər, mən qaldım kənarda, atam tok axtarır ki, hardan dıyir dəmir, nəisə sonda yadlarına düşdü ki, məni düşürmək lazımdır, indi ma deyillər özünü at, can şirindir axı atmaq olmur, bir təhər düşürdülər, qardaşım başıma :dv: birin necə ilişdirdisə bax sənin nə işin var ağac başında, ondan sonra ağacdan qorxdum ta meyvə yeməyə yuxarı çıxmadım. Bir dəfə də qonşu uşaqlarla və qizlənqaç oynayırdıq, dəqiq yadımda deyil, ancaq biraz böyük idim, məndə gizlənməyə yer tapmadım, bacım dedi get Kamaz'ın kuzasına çıx, atamda Kamaz şoferi idi, hökümət işində işləyirdi, məndə eləmə tənbəllik çıxdım, sən demə bacım atamın gedəsi olduğunu bilirmiş, məndə gizləndim, atam Ya Allah maşını işə salıb yola çıxdı, ta məndə gizləndiyim üçün çıxmadım, gedəsi olduq ata-bala, biraz keçəndən sonra atam görər ki, insanlar maşına yaman baxır, nəisə güzgüdən məni gördü, saxkayıb düşdü, sən burda neynirsən dedi, dedim səs eləmə gizlənqaç oynayıram :122:  gizlənmişəm nəisə biraz danladı, sən demə hara gedirmiş Qəbələdə ailəcə dostluq etdiyimiz ailəyə, düşüb yanında oturdum, ata-bala getdik,gedib yeyib içib bir xeyli oturduq, orda böyük qızlar var idi, mən çoxlu hədiyyə verdilər, hamısın qucağıma yığıb qayıtdım evə, sonra uşaqlar biləndə bu əhvalatı hamısı paxıllıq etdi ki, keşkə bizdə maşında gizlənərdik, bax belə, uşaq vaxtı maraqlı günlərim çox olub, ancaq yadıma bunlar düşdü indi, heyif o gözəl uşaqlıq illərindən, Bax belə əzizlərim məndən bu qədər, umarım oxuduqda gözləriniz yorulmadı. Hər birinizə təşəkkür edirəm, sonda bir daha Angelə çox sağ ol deyirəm ki, məni də dəvət etdi.
(səs: 6)
Şərhlər: 21
Baxılıb: 2 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri