Ona sevgi məktubum - Asya Müslümova (6)

Müəllif: adsiz-a
Şərhlər: 30
Baxılıb: 2 164
Səs ver:
(səs: 15)
 Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər. Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz. Qonağımız Asya Müslümovadır
 
15.Sentyabr.2007
Səhər tezdən,durdum əynimi,geyindim məktəbə,ilk zəngə tələsirdim.Getdim məktəbin həyətinə çatar-çatmaz sinif yoldaşlarım qızlar tələsik gəlib mənimlə görüşdülər.İkinci sözləri mənə o oldu ki 
-"Tomris sinfimizə qəşəy oğlan gəlib" 
-Dedim dəlib xoş gəlib,neyniyim? 
-Dedilər yoxe bax gör nə gözəl oğlandı.Çox isrardan sonra dedim göstərin görüm hansıdır?Baxdım və naz eliyib gözümü süzdürüb dedim ki:
-Budu qəşəy oğlan? Bunun harası qəşəydi?
İlk dəfə heç bəyənməmişdim səni.Bəlkədə bəyəndiyimi özüm belə etiraf eləməişdim.Qara kostyumda idin və mamanın yanında ciddi dayanmışdın.
Sinfə girdik.Boyum uzun idi deyə mən həmişə ən axırda oturdum.Getdi bu düz mənim yerimdə oturdu.Hisrli-hirsli yaxınlaşdım və dedim ki:
-Dur burdan bura mənim yerimdir!! Oda yazıq durdu yerini dəyişdi.Sonra müəlliməmiz uşaqları yığdı arxaya bir-bir boya uyğun otuzdurdu.İnanmazsız ən axıra bir bu qaldı birdə mən.Üzümü turşutdum ki indi mən bunnan oturacam? İkinci parta və mənim parta yoldaşım!! Üzünü çevirdi mənə dedi ki: -Yerindən narazısansa müəllimə deyim yerimi dəyişim.Dedim:
-Yox əşi nə fərqi var? Oturaram.
Günlər beləcə keçdi və biz çox yaxın dost olduq.Tənəffüslərdə belə söhbət edirdik,deyib gülürdük amma bu dostluq elə dostluqdan deyildi sanki.İçimdə qəribə bir hiss var idi.
08.Noyabr.2008 Məktəbdən bizi xəstəxanaya iynə vurmağa aparmışdılar.Əmisi oğluda mənimlə birgə 1-ci sinfdən oxuyurdu.Gəldi mənə onun məni sevdiyini dedi.Çox əsəbləşdim,acıqandım buna.Amma acıqlanmağım düşünürəmki yersiz idi.Çünki məndə onu sevirdim.
Səhəri gün məktəbdə nə salam verdim nə də üzünə baxırdım.Buda stulunu çəkib partanın bir küncündə sakitcə oturub.
31.May.2008 Son zəng günü ilk sevgim olana "HƏ" dedim  
16.Sentyabr.2009 İlk danışdığımız gün.Bu gün isə 2016 cı il.Sinif yoldaşım,parta yoldaşım və seçim edib uğrunda əziyyət çəkdiyim gələcək həyat yoldaşım!Bu yola çıxanda elə bilirdim ki çox asan bir işdir və bizi hər kəs dəstəkləyəcək.Heç ağlıma gəlməzdi ki mən nə vaxtsa kimisə sevərəm,kiminləsə danışaram və canımdan çox sevdiyim anama belə qarşı çıxaram onun üçün.Amma illər keçdikcə həyat ikimiziə burulğana saldı  .Yadındadı məni başqasına verəndə evə dirənə bilməmişdim və sənnən ayrılıram demişdim.Səbəbini soruşdun amma demədim.Səndə tərs adam,zorla nə olduğunu,niyə ayrılmaq istədiymi soruşdun.Mən isə səbəbi dedim.Mən ayrılmaq istəsəmdə belə dedin ki:
-İstiyirsən söy mənə,dalaş neyniyirsən elə ayrılan deyiləm.Ayrıldım heç üstündən bir gün keçməmiş yenidən yazdım sənə.Yadındadı evdən məni çölə qoymurdular,telefonumu aldıalar əlimdən,2 ay nə sənini eşitdim nə sms ni gördüm.Dururdum səhər evdəkilərə salam veirdim heç kim üzümə də baxmırdı.Artıq səhərlər oyanmaq belə istəmirdim ki onusuzda evdə heç kim danışdırmır məni,üzümə belə baxan yoxdu..Yadındadı evdən gördülər ki çox dirənmişəm getmirəm heç kimə atrıq məcbur qalıb atam gəldi ağzına gələni mənə dedi ki "Səni ona verən deyiləm,ağlını başına yığ biz kimi deək odu!".Yerimdəcə donub qalmışdım,gözümü yerdən çəkə bilmirdim,dayanmadanda yaş süzülürdü.Otağımnan çölədə çıxa bilmirdim.Mənnən neçə ay bir xəbərin çıxmadığını gördün və 08.Yanvar.2015 ci ildə elçi göndərdin.Danışdılar getdilər.Qonaqlar evdən çıxan kimi evdə qiyamət qopdu.Hamı bir-birinə dəydi ki biz deyirik vermiyəciyik amma bizim üstümüzə elçi gəlir.Bəlkədə mamam evdə olmasaydı atam məni öldürmüşdü.Gecə telefon göndərdin mənə,artıq 1 ildir ki gizlin telefon işlədirəm.Qadağanda olsam sənə gizlin-gizlin görüşlər məni çox xoşbəxt edirdi.Hələdə evdə narazıçılıqdır,hələdə söz-söhbət gedir.Bu günə kimi yox dediyim 32 eçlinin sayı daha 32 də olsa belə heç kimə getmiyəcəyimə dair sənə söz vermişəm.Cahid və Kəlamləni birgə böyüdəiyik.Bizim arzularımız var.Bir qız bir oğlan.Fikrimdə tutduğum gəlinliyim var onu məhz sənə qismət olanda geyinməcəm.Seçdiyimiz salon var birgə toyumuzu orda qeyd edəcəyik.Kim görür məni,səni soruşur.Hələdə birlikdəsiz? Bu gündən sonra ayrılmağımız ayıb olar,bu illər hədər,hər şey bizə haram olar.Sənin qədər mənim kaprizimə,küsməklərimə,qısqanclığıma dözən ikinci bir adam ola bilməz! Sənin o səssiz gülüşün elə nəyə desən dəyər.Səni çox sevirəm.
(səs: 15)
Şərhlər: 30
Baxılıb: 2 164
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri