Ona sevgi məktubum - guler19 (8)

Müəllif: adsiz-a
Şərhlər: 20
Baxılıb: 1 908
Səs ver:
(səs: 5)
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər. Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz. Qonağımız  guler19
 
Salam həyat yoldaşım bilirsən həyat çətin olsada əslin də dünyaya gəlmək gözəldir.Bu sevinci biz bilməsəkde analarımız daha çox bilir.Arzu etdiyimiz ən gözəl arzu isə imanlı olmaq imanla yaşayıb imanla ölməkdir.Dünənimiz keçmişdə qalır sabahımız xəyal olur. Dünənimizi xoşbəxt sabahımızı ümüdlü edən bu gündür.Bu gün könlümüz nəyi ümüd edirsə RƏBBİM bizə onu qismət etsin. Sevmək arzu etməyə bənzəməz dua edəcəksən. Məndə belə dua etdim. Və çox şükür dualarım qəbul oldu və sen çıxdın qarşıma. Can yoldaşım sən mənim həyat yoldaşım olmadın həyatımın yoldaşı oldun və nə yaxşıki oldun. Sənə sevgimi özüm sənin üçün qoşduğum şeirimlə ifade etmək istəyirəm.
 
Gözlərinə baxanda mən inanmaq istərəm.
Məndən ayrı olan da taleyimdən küsərəm
Göydə ulduzlar dolu ayrılıq acı həsrət
Sən ən parlaq ulduzum ayrılıq yox məhəbbət

Sən uzağa gedəndə yaman fikirləşirəm
Dərd əlindən soluram sonra bir ah çəkirəm
Sən yanım da olanda elə bil cənnətdəyəm
Mələklər adasının sevimli mələyiyəm

Sənsiz keçən günlərim ölümə bərabərdi
Həyat mənə bir ölüm sevginse təsəllimdir
İnan sevirəm səni həyatım da sənindir
Sənsiz yaşamaq mənə ölümnəndə betərdir

Sevgisi olan insan dünyanın xoşbəxtidir.
Xoşbəxtliksə insanın üzünün bəzəyidir.
Bülbülün qızıl gülün gəncliyin sevincidir
Çünki həyat gözəldir həyat sevgi deməkdir

Sevgilim bu dünya sevgisiz ola bilməz
Sevgisiz heç bir şey gül belə aça bilməz
Sevən şəxs sevgisiz artıq ölüm deməkdir
Sənsiz yaşamaq mənə ölümnəndə betərdir.

Xoşbəxt dolu həyatda mənim xoşbəxtim sensen
Sevgi dolu həyatda sən mənə çox gərəksən
Sənsiz yaşamaq çətin çünki özümdə sənsən
İlk məhəbbət taleyim mən əbədi səninəm

Sevgi dolu ürəyim göydə parlayan ayım
Bu qara gözlərimdə sevgi dolu baxışım
Ürəyimdə sevgi var bu sevgi sənindi yar
Sənsə mənə ALLAHın bəxş etdiyi vəfadar
Burda şeirimin sonu soz sözümü qoy deyim
Mən səni çox sevirəəəm ilk və son məhəbbətim..

Müəllif: Ağamirli Gülər.
(səs: 5)
Şərhlər: 20
Baxılıb: 1 908
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri