Mənim toy günüm - FISTIK (26)

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 1 826
Səs ver:
(səs: 3)
:toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın FISTIK-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - FISTIK (26) 
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Biz yoldaşımla iki bacının nəvələriyik. Yəni əmi uşaqları kimiyik, tanıyırıdiq bir birimizi.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Evlilik təklifi etməyib. Özü istəyirmiş mənim xəbərim yox idi :26: . Atasına, anasına deyib onlar da elçi düşmüşdülər.   :09: 

3. Neçə müddət nişanlı qaldınız?
Bir il nişanlı olduq.

4. Toy hazırlıqları necə irəlilədi?
Hər şey öz qaydasında idi. 10 günün içində toyun gününü təyin etdilər də, toyu elədilər də.   :19: 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Dediyim kimi 10 günün içində, elə bil yanğından mal qaçırdırdılar. :hahahah: 

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Ele şey olmadı maraqlı.) Bir tək hər onu görəndə gülməyim gəlirdi utanirdim :09: 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox ay baci, o da mən də utancağıq, bizdən rəqs edən olmaz.

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Bizdə qız oğlan toy bir yerdə idi. Atamla yoldaşımın dayısı danışdılar məkanı. Atasi rəhmətə gedib yoldaşımın, toyda dayısı Ata kimi idi.   :mafoldumben: 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Toydaki fotoqrafa.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Bəli, özüm seçdim ürəyimcə idi.

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Tez, bir gün gəzdik tapdıq.)

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Yox, dedi öz seçimindi, neçə istəyirsən seç. 

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Yox bizim toy heç gozlənməyən anda oldu deyə əvvəldən heç nə secməmişdim. Hətta saçımı qısa kəsdirmişdim. Deyən də ki on günün içində toy olacaq, dəli oldum, mən axı neyniyim. :girl_impossible: Amma çox şükür istədiyim kimi şinyonla da olsa alındı.   :124: 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Xəyalə sağolsun kukla kimi elədi məni. :128: 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox bizdə yoxdu.) Özü aldı.
 
17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
24.03.2012 :toy: 

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Tort kəsiləndə üzüyü taxa bilmədim lent mane olurdu. Tutdum barmağından məcbur taxdlm. video elədə düşüb. :23: 

19. Toy günü unutduğunuz bir şey oldumu?
Oldu amma önəmli deyildi elə də.

20 Toyunuzun ən gözəl anı nə idi?
Rəqsimiz.

21. İlk rəqs parçanız hansı idi?
Gəl xoşbəxt olaq.

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Həyacandan buz kəsmişdi elə romantik an olmadı. )

23. Bir tərslik yaşandımı toy günü?
Oldu Allaha şükürƏ ikisindən də Allah qorudu. Məni götürməyə gələndə başqa maşının təkəri çıxıb az qala toy maşınına deyəcəkdi yanımızdan kecdi. Ikinci də restorana gedəndə az qala qəza olacaqdı yenə də şükür heç nə olmadı. :dua: 
 
24.Ən çox nə vaxt həyəcanlandınız?
Elə toyun bütün günü həyacanli idim.)

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Yox olmadi.)

26. Bal ayınızı harada keçirdiniz?
Bal ayında heç danışma bacı çünki bir həftə kənddə qaldıq. )) Sonra da evə gəlmək üçün Bakıya çıxdıq. Yoldaşımın Azərbaycanda evləri yoxdu Rusiyada yaşayılar. Bizi də əmisigilə apardılar. Onlar da kənd yerində yaşayırlar. Amma maraqlı idi toyuqlar, inəklər, çöl. :hihih: Söz verib beş ilimizdə inşallah gedəcik. 

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
Mart ayinda dörd il tamam olacaq.

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Hər birisinə xoşbəxt və sevgi dolu evlilik diləyirəm. Subaylarin da başına gəlsin, xoşbəxt olsunlar.

Təşəkkür bacı məni də unutmadığı üçün. :20: 
 
 
Canım mənim, dilərəm evinizin ruzisi hər zaman bol olsun... sevgi, səadət və xoşbəxtlik bir ömür sizinlə olsun... amin...
(səs: 3)
Şərhlər: 16
Baxılıb: 1 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri