Məktəbdə ilk günüm - guler19 (15)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 1 832
Səs ver:
(səs: 2)
Salam.Layihəmin bugünkü qonağı guler19 nikidi.Buyrun baxaq

Mənim məktəbdə ilk günüm çox maraqlı olub.Uşaq idim məktəbə getməyimə 1 2 ay qalıb. Bir gün anam qonşuya gedirdi. Məndə gəlmək istədim anam qoymadı qışqırdı üstümə. Sözünə qulaq asmadım düşdüm arxasıyla getməyə Elə yola çıxanda bir məllim varıydi məllim olduğun bilirdim Niman məllim üstümə necə qışqırdısa qorxumdan qayıtdım dala. Çox qorxurdum o məllimdən Dedilər məllimin o olacaq lap deli olmuşdum. Anama yalvarırdım ki məktəbə getmək istemirəm. Həmişə də uşaq vaxtı bir mahnım vardı. Niman ölsün oxuyurdum 122 Kimsə gedib çatdırmışdı o mahnını ona. Demişdi məktəbə gəlsin gör onu neynəyəcəm Zarafat edirmiş ama mən yenə də çox qorxurdum. Belə məktəbə ilk günüm gəlib çatdı. Özümü vurdum yuxuluğa anam bilirdiki bijdik eliyirəm. Yalvar yaxar durğuzdu məni getdim məktəbə.Mən elə bilirdim ki məktəbdə tək olacam))) Çoxlu sinif yoldaşlarım var idi. Uşaqlara hədiyyə dəftər qələm verirdilər. Mənə verəndə elə qorxdum ki dedim heçnə yaza bilməyəcəm. Nə biləydim xəttim o qədər gözəl olacaqki qəzeti məllimlərin jurnalların mənə verəcəklər yazmağa. Birinci məni Sənan adlı sinif yoldaşımla otuzdurdular. Bu məndə saç qoymadı. Sora keçdim Əlbəşirlə oturdum. Bu da sumkamı eşirdi. Yeməyimi yeyirdi. Özüdə mənə deyirdiki yeməyin hanı tapanmarsan mən yemişəm 122 Sonra keçdim Ülviyyə ilə oturdum. İndidə əlaqəmiz var bacımla Hə bu yaxşı oldu Bəyəndim. Maraqlı keçirdi günlərimiz. Əlaçı idim. Niman məllimidə başqa məktəbə dərs deməyə çağırmışdılar. Heç görmədim onu. Bir dəfə də məllimimi iclasa çağırdılar Sinifkom idim deyə gedəndə mənə dedi ki məni soruşan olsa denənki iclasa gedirəm. Məndə yaxşı dedim. Nə demişdisə hamısı yadımdan çıxmışdı))) Direktor gəldi nə biləydimki direktor gələcək qaynatam olacaq. Soruşdu məlliminiz hanı Dedim qoyun otarmağa gedib 122 Məllimim gəldi dedi gülər ALLAH seni güldürsün o nə sözdü demisən direktora. Utanmışdım Uşaqlar məllimim necə gülürdülər dediyimə 122 Çox maraqlı unudulmaz günlər idi. Oxuduğunuz üçün də sonsuz təşəkkürlər.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 1 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri