Məktəbdə ilk günüm - Angela7 (17)

Müəllif: _damla_
Şərhlər: 22
Baxılıb: 382
Paylaş:
Səs ver:
(səs: 5)
 Salam Qadınlar.Bizin şirin-şəkər xanımları.layihəmin bugünkü qonağı Angela7 nikli userdir

Hər kəsin həyatında unudulmaz, şirin və əvəzolunmaz dediyi günlərdən biri də məktəbdəki ilk gündür. Bu gün öz həyatımızda atdığımız ilk önəmli adddımlardan biridir. 6- 7 yaşlı ayaqlarımızla atdığımız ilk kiçik addım bizi 11 illik böyük bir yola doğru aparır. 
Həmin gün 2003-cü ilin 1 sentyabrında anam məni səhər tezdən yuxudan oyatdı, geyindirdi, saçlarımı da 2 dənə(keçi 122 )yığdı. 19 Saçlarım qısa idi deyə başqa cür alındıra bilmədi. Özümdən də böyük bir gülü əlimə verdi, anam, atam, bacım və mən məktəbə doğru yola düşdük. Evlə məktəb arasındakı məsafə çox az idi deyə piyada getdik. Məktəbə çatdıq, gözüm müəlliməmi axtarırdı ki, bəs haradadır. Nəhayət, direktorun danışığı bitdi və biz sinfə daxil olduq. Valideynlərim şəkillərimi çəkdilər. Və axır ki, özümdən böyük olan gülü müəllimimə verdim. 20 İlk dəfə qapı tərəfdə, 2-ci partada oturmuşdum. An gəldi və valideynlər sinfi tərk etməli oldu. Biz sinifdə tək qaldıq müəllim və şagirdlər, ağlayan kim, gözü qapıda qalan kim... Mən normal qəbul etdim. Müəllim başladı tipik suallar verməyə, himn, bayraq, gerb haqqında və bəzi misallar. Bunların da hamısını anam və babam mənə məktəbdən öncə öyrətmişdilər deyə sıxıcı gəlirdi. Odur ki, çantamı açdım və anamın qoyduğu boş dəftərlərin birini açıb yazı yazdım. Yazı deyərkən ibtidai sinif uşaqlarına ilk həftələrdə öyrədilən xətləri nəzərdə tuturam. Axırda müəllim dedi ki, qızımız neyləyir orada dərsə qulaq assın. Mən də məcbur dəftəri bağladım və sıxıcı dərsə qulaq asdım.( Tarixə yazılası şagirdəm ona görə ki, məktəbin ilk günkü dərsinə sıxıcı, maraqsız demişəm 08 .) Sonra müəllim bizə məktəbdə ilk günümüz olduğumuz üçün hədiyyələr( çanta, xətkeş, qələm və sair) payladı. Müəllim hamının çantasını yığmağına kömək etdi,sıra mənə gəlib çatmamış, hər şeyimi özüm yığıb- yığışdırdım ki, müəllimə heç nə qalmasın. O da gəlib gördü yığışdırmışam, dedi ki, afərin qızıma! 08Nəysə, vaxt- vədə çatdı, müəllimimiz qapını açdı ki, bəs çıxın çölə valideynləriniz gəlib. Qorxa- qorxa valideyn izdahımının içərisinə daldım).Ona görə qorxurdum ki, birdən valideynlərim məni unudub məktəbdə qoyarlar, ardımca gəlməzlər, halbuki yazıqlar demişdi ki, saat 12-də gələcəyik. Axır ki, atamı gördüm, və xoşbəxt oldum ki, məni unutmayıblar 19 Atam məni evə gətirdi, çatar- çatmaz anama şıkayətləndim ki, bəs ayaqqabı məni incidir, anam da ayağıma yüngül çimdik qondurdu ki, atan kamera ilə çəkir 122 Məktəbdən mənə hədiyyə verilən çantanı bacım mənimsədi. Çantamda anam qoyduğu, lakin yemədiyim yeməyi də açıb yedi 18 Mən də yemək yeyib yatdım, axşam qonaqlarımız gəldi, bibimoğlu da birinci sinfə getmişdi, onunla tort yemək üstündə yarış keçirdik, oynadıq, böyüklərin xoş arzularına qulaq asdıq 128 Sonra qonaqları yola saldıq, müəllimin verdiyi balaca tapşırığı da yazıb yatdım. Həəə yadımda, həmin gün babam mənim şəkilsiz şəxsiyyət vəsiqəmi çıxartdırıb Bakıya göndərmişdi, anamın da o şəklə baxdığı yerdə şəkli var( amma kim çəkib bilmirəm). 14 
Bax belə, bu da mənim sizlərlə bölüşdüyüm məktəbdəki ilk günüm. Oxuduğunuz üçün təşəkkürlər 20
 
P.S: Layihədə iştirak etmək istəyənlər mənə müraciət edə bilərlər

loading...
(səs: 5)
Şərhlər: 22
Baxılıb: 382
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Angela7
Sitat: Dosta_inam
Çox gözəl ətraflı yazmısız, həyatında uğurlar arzulayıram canım.

Çox sağ olun heart
7 mart 2016 09:03
22
Offline
Dosta_inam
Çox gözəl ətraflı yazmısız, həyatında uğurlar arzulayıram canım.
6 mart 2016 12:32
21
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Angela7
Sitat: rəmsə
Düzünü deyin çimdik məsələsi kameraya düşüb?122Maraqlı və ətraflı yazıbsız.Oxumaq maraqlı oldu.

Yox düşməyib, anam ayyaqabımı açırdı deyə görünməyib, ağrını hiss edən mən oldum))))

Hər birinizə ayrı-ayrılıqda böyük təşəkkürlər, xanımlar. Çox sağ olun heart 20 Yadda saxlamağa gəlincə uşaqlıqla əlaqəli çox şeyi belə dərin xatırlayıram, danışanda anam hərdən deyir ki, o necə sənin yadında qalıb. 01
4 mart 2016 20:00
20
Offline
vipbetul
maraqli kecib
4 mart 2016 19:40
19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
arzum-aysum
maraqla oxudum, ilk günün cox gozel qalıb yadinda, inşallah hec zaman da cixmaz. çünki birinci sinife getmek insan heyatinin en önəmli ve unudulmaz günlərindən biridir
4 mart 2016 18:53
18
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
rəmsə
Düzünü deyin çimdik məsələsi kameraya düşüb?122Maraqlı və ətraflı yazıbsız.Oxumaq maraqlı oldu.
4 mart 2016 18:38
17
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
VIP
Maraglı kecib.Hər biridə yadınızda qalıb.Bacınız da sizdən zirəng cıxıb
4 mart 2016 17:45
16
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
heyatim_menim
cox gozel yazmisiniz.amma menim ilk mektebe nece getdiyim bele yanimdan cixib.MASAALLAH size her sey yadinizda qalib.
4 mart 2016 17:12
15
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
Ay_El
maraqla oxudum tesekkurler
4 mart 2016 17:07
14
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Offline
Miss_Oxatan
Beyendim bu yazini.heqiqeten elediye,mektebe teze teze gedende dersin sonlarinda qorxurduq ele bilirdik valideynimiz gelmeyecek qalaciyiq orda.mende qorxurdum,heyecan kecirirdim emelli bawli)))
4 mart 2016 16:48
13
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
_Tenha_Pianocu_
maragli xatireniz olub
4 mart 2016 16:40
12
..Alone..
Offline
Fi-Ra
Ən xırda ayrıntısına qədər yadınızda qalıb. Çox gözəl yazmısız. Maraqla oxudum
4 mart 2016 15:42
11
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
ayka95
Oxumaq maraqli oldu....
4 mart 2016 14:15
10
Offline
Vuska87
Bu layihede en maraqli etrafli siz yazmisiz.maraqla oxudum
4 mart 2016 14:14
9
Offline
yarpaq33
Mektebde ilk gununuz maraqli kecib xirda detallara kimi her wey yadinizda qalib bacinizin hereketide gulmeli olub
4 mart 2016 12:26
8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Leylas
Oxumag cox maragli oldu... Cox gozel yazmisiz... Her gununuz gozel ve maragli olsun...
4 mart 2016 11:42
7
Offline
tatyana
Cox etrafli ve maraqli soyleyibsen,maraqla oxudum
4 mart 2016 10:40
6
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Tomris Müslümova
Gözəl yazmısınız.Oxuduqca bitməsini istəmədim.İlk gününüz maraqlı keçib.Həyatınızda uğurlar.
4 mart 2016 10:27
5

Sən sadəcə mənimsən...!
Offline
Antikvar
O qədər gözəl ətraflı yazmısız ki,bir an səhnə kimi göz önümdə canlandı)Gözəl maraqlı illəriniz olub ,hər zaman gözəl günlər yaşamaq diləyi ilə)
4 mart 2016 10:21
4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
BARBI
Cox gozel xatireleriniz olub. Insan bunlari yazdiqca o illere qayidir. Mektebin en unutulmaz gunudur
4 mart 2016 09:12
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv