Ona sevgi məktubum - Fi-Ra (12)

Müəllif: adsiz-a
Şərhlər: 20
Baxılıb: 2 196
Səs ver:
(səs: 5)
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər. Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz. Qonağımız Fi-Ra
 
Ilk  öncə mənə bu lahiyədə yer verdiyi üçün adsız-a xanıma öz təşəkkürümü bildirirəm.
Canım həyat yoldaşım! Sevgilim, sevdiyim, hər şeyim! Ailəmin başçısı, evimin dayağı! Səni çox sevirəm! Səninlə olarkən o qədər xoşbəxtəm ki, hər şeyi unuduram. Allah bu xoşbəxtliyi bizə çox görməsin. Allah səni evimin - mənim, körpə qızımızın başı üstündən əksik etməsin Amin.
İlk və son eşqim! Dünyaya min dəfə gəlmək şansı verilsə hər dəfə səni tapıb səni sevərəm. Səninlə ilk tanış olanda o qədər sevgi dolu gözlərlə baxdın ki, mənə... O qədər gözəl davrandın ki mənə... Səni sevməmək mümkünmü? Allah bu sevgimizi daimi etsin. Həmişə sevib sevilək İnşallah.
Dünənim, bugünüm, sabahım! Səni bilirsən ən çox niyə sevirəm? Çünki sən insanlara dəyər verməyi bacarırsan. Mənə dəyər verirsən, hörmət edirsən. Bir dəfə də olsun sevgisiz gözlə baxmamısan mənə. Həmişə can deyib can eşitmisən eşidəcəksən də. Səni daima sevəcəm. Hər gün biraz daha artan sevgi ilə. Buna zərrə qədər şübhən olmasın. Allah bizi ayırmasın. Ən xoş sevgi diləkləriylə həyat yoldaşın.
Oxuyanlara indidən təşəkkürlər.  

 

(səs: 5)
Şərhlər: 20
Baxılıb: 2 196
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri