Mənim sevdiyim mahnım - my_angel (13)

Müəllif: heyatim_menim
Şərhlər: 11
Baxılıb: 1 615
Səs ver:
(səs: 2)
Qadınlar.biz xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz. layihəmin adi "Mənim Sevdiyim Mahnım"dır.Bu layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı hər hansı bir xatirəsi varmı kiməsə xitab edilirmi, maraqlı bir layihə olacağına inanaraq təbii ki, sizlərin köməkliyi ilə yaratmaq qərarına gəldim.Layihənin bu dəfəki qonağı my_angel-dır.Layihə də iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.
 
Salam hörmətli Qadınlar.Biz istifadəçiləri. Öncəliklə layihəsində iştirak etməmə səbəb olan heyatim_menim nikinə xüsusi təşəkkürümü bildirirəm. Keçək mövzuya: Mənim sevdiyim mahnı çoxdur əslində. Bunlardan ikisini daha çox sevirəm deyə qələmə verəcəm. Biri Toygar Işıklının "Ben kötü biri değilim" mahnısıdır,digəri isə səsinin heyranı olduğum Alim Qasımovun "İlahi" mahnısıdır. Toygar Işıklının "Ben kötü biri değilim" mahnısını özümə həsr edirəm. Alim Qasımovun "İlahi" mahnısını oxunanda gözlərim dolur,tüklərim biz-biz olur,dəhşət çox bəyənirəm o mahnını.Buyurun bu da səsinin heyranı olduğum Alim Qasımovun "İlahi" mahnısının sözləri:
Sən məni bağladın bu yerə,bu göyə,İLAHİ
Sən mənə göz verdin dünyanı sevməyə,İLAHİ
Sən mənə yol verdin keçilməz yollardan getməyə
Sən mənə dil verdin adına dualar etməyə
Sən oldun həyatda hər sözüm,adım
Mən sənə,İLAHİ,sənə inandım
Hər axşam,hər səhər dilimdə adın
Dünyanı mən bütün gəzdim dolandım
İLAHİ,dilimdə tək sənin adın!!
Sən mənə borc verdin arzuya çatmağa,İLAHİ
Sən mənə əl verdin bir əldən tutmağa,İLAHİ
Sən mənə qəm verdin sevincin qədrini bilməyə
Sən mənə yer verdin Vətənin qoynunda ölməyə
Tanrısan,ruzi verənsən yoxu səndən digər.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 1 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri