Mənim toy günüm - Fi-Ra (28)

Müəllif: arzum-aysum
Şərhlər: 21
Baxılıb: 2 050
Səs ver:
(səs: 3)
 ...Mənim Toy Günüm... layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın :toy: Fi-Ra-dı.. :toy:  bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - Fi-Ra (28) 
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
-Yoldaşım xalamın baldızının oğludu.Balaca olanda xalamgildə çox görmüşdüm onu. Neçə ildən sonra bizə qonaq gəldilər orda görüb bəyənib məni.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
- Qeyri-adi evlənmə təklifim olmayıb. Dədə baba üsulu ilə elçilik oldu bu qədər

3. Neçə müddət nişanlı qaldınız?
- 1 il 5 ay

4. Toy hazırlıqları necə irəlilədi?
- Yaxşı. Hər şey öz qaydasında idi.

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
- 1 ay qabaqcadan. Hə yetərincə zaman var idi.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
- Vallah mən bir kef görmədim o qədər işləmişdim ki, ikiqat olmuşdum.

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
- Yox getmədik. Mən yoldaşımla eyni yerdə yaşamırdıq deyə alınmadı. biraz uzaqda qalırdım mən.

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
- Oğlan toyu ilə qız toyu ayrı oldu deyə ona biz qarışmadıq. Oğlan evi özü həll elədi.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
- Restoranın öz fotoqrafına.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
- Yox yoldaşım elə şeylər xoşlamır. Ona görə eləmədik.

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
-Hə əlbətdə.

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
- Bir günə tapdım istədiyim gəlinliyi.

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
- Hə demişdi cox açıq olmasın.

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Oğlan toyu üçün seçmişdim. Qız toyunda elə salonda qərar verdim.

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
- Hə çox xoşuma gəldi. Hamı da bəyənmişdi.

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
- Bizdə kostyumu yox bəylik köynəyini qız evi alır. Almışdıq

17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
- Elə şey olar heç unudaram- 19 sentyabr 2014-cü il.

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Hə bizim mzşınımız toy karvanından ayrı düşdü. Girmişik Bakının dar küçələrinə fırlanırıq. Görənlər də təəccüblə baxır görən bu gəlin maşını niyə tək hərlənir

19. Toy günü unutduğunuz bir şey oldumu?
-Yox məncə olmayıb.

20 Toyunuzun ən gözəl anı nə idi?
- Sonda diskateka. O qədər oynadım ayaqlarım ağrayana qədər. yəqin mənnən utanmaz gəlin tapılmaz)))

21. İlk rəqs parçanız hansı idi?
- Azərbaycan mahnısı idi. Özüm də ilk dəfə idi eşidirdim qəşəng mahnı idi.

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
- İlk rəqsimiz. Bir birimizin gözünün içinə baxa baxa reqs edirdik. Film gibi yani)))

23. Bir tərslik yaşandımı toy günü?
- Yox çox şükür hər şey yaxşı keçdi.

24.Ən çox nə vaxt həyəcanlandınız?
- Zala girəndə. Hamı bizə baxırdı. Üreyim elə pis döyünürdü ki. Həm də qorxurdum ki, ayağım sürüşər yıxılaram.

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
- Hə yoldaşım maşın tutmuşdu özü sürdü maşını. Mən elə bilirdim restoranın maşını ilə gedəcəyik. Mənə deməmişdi.

26. Bal ayınızı harada keçirdiniz?
- Xüsusi bir yerə getmədik. Sumqayıtda bağ evimiz var orda qaldıq bir neçə gün sonra qayıtdıq bura.

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
- 1 il 5 ay

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
- Çalışın sevdiyinizin qədrini biləsiz. Həmişə ilk addımı siz atın. Qürur məsələsi eləməyin. Siz yaxşı olsanız qarşınızdakı sizdən də yaxşı olacaq. Ən azından mən belə düşünürəm. Nişanlı qızlarımıza xoşbəxtlik arzulayıram.

Mənə bu lahiyədə yer verdiyi üçün Arzum-aysum xanıma təşəkkürümü bildirirəm.
Oxuyanlara indidən təşəkkürlər.
 
 
Canım mənim, evlilik yolunun başındasınız hələ... dilərəm bu yolu sona qədər bərabər əl-ələ, sevgi və məhəbbət içində addımlayasınız... amin...
(səs: 3)
Şərhlər: 21
Baxılıb: 2 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri