Qadinlar.Biz'lilərin kaşkiləri (3. hissə)

Müəllif: adsiz-a
Şərhlər: 16
Baxılıb: 1 580
Səs ver:
(səs: 2)
Dəyərli Qadinlar.biz ailəsi indi "Qadınlar.Biz'lilərin kaşkiləri" adlı layihəmlə sizin qarşınızdayam. Bu layihəyə hər kəs qatıla bilər. şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.

Fi-Ra 
Ilk öncə məni öz lahiyəsinə dəvət etdiyi üçün adsız-a nikli xanıma təşəkkürümü bildirirəm. Keçək mənim "kaşki"mə.
Həyatda kaşki dediyim çox hadisələr olub. Ama bu aralar kaşki dediyim bir hadisəni yazacam. Kaşki mən Qadınlar.biz saytında sayta ilk daxil olduğum gündən yəni, 3 il bundan qabaq qeydiyyatdan keçsəydim. İlk telefonum 3 il bundan qabaq alınıb. Bir defe internetdə "ayaqqabi modelləri" yazıb axtarışa verdim və Qadınlar.biz saytına daxil oldum. Çox xoşuma gəldi sayt. Hər dəfə girib yayımlanan xəbərləri oxuyurdum ama heç vaxt qizların lahiyələrini oxumurdum. Kaşki oxusaydim. Bilmirdim belə maraqlı qızlar var saytda. Kaşki elə 3 il bundan qabaq qeydiyyatdan keçsəydim. 
Qızlar, sizi tanıdığıma çox şad oldum. Təşəkkürlər bir daha lahiyəyə görə.
 
Dosta_inam
Layihəndə mənidə dəvət etdiyin üçün təşəkkür edirəm, uğurlu və davamlı olsun inşaAllah. 
Bilirik ki, bu həyatda hər kəsin keşkə dediyi şeylər bar, hər ötən gün keşkələrimiz də artır, keşkə bu olmasaydı, ili keşkə olsaydı, nə qədər çalışsaqda keşkə dediyimiz günlərimiz olur maləsəf, mənim də bir neçə keşkə dediklərim var, birinci keşkə medsestra olmadım, əslində mən o qədər qəlbi yumşaq biriyəm ki, kiməsə iynə vurmağa ürəyim gəlməz, ona görə o sənətdən vaz keçdim, ama keşkə olsaydım. Birdə bir keşkə dediyim bir şey var, 10-cu sinifdə oxuyurdum, bir oğlan vardı sinifdə Sahil adında, dediyinə görə məndən xoşu gəlirmiş, mənimlə dost olmaq istədi, mənsə mənkm dost olan vaxtım deyil deyə acıladım, hardan bilim ki, onun ömrü çox qısa olacaq, mən onunla dost olmadım deyə məndən küsdü, bir neçə həftə mənimlə danışmadı, bir ay sonra iki mərtəbəli binanın üstündən yıxılıb, başı daşa dəyib, dünyasını dəyişdi, ancaq məndən küsülü olaraq getdi, sonuncu dəfə geyindiyi geyimin cibindən mənim fotomu tapıb bacısı, məktəbdə kollektiv kəçilən fotoda mən olan yeri kəsib cibinə qoyub, həyat bu, indi yadıma düşəndə deyirəm keşkə qəlbini qırmazdım,ən azından mən danışdırıb barışardım, küsülü olaraq köçməzdi bu həyatdan, Allah bütün ölənlərə rəhmət etsin, Sahil də onlarla birgə. 
Belə əzizlərim hər kəsin keşkə dediyi şeylər var, Allah hər birinizə elə gözəl bir həyat bəxş etsin ki, keşkə sözü ağlınızın ucundan belə keçməsin, Amin inşaAllah. 
Hər birinizi öpürəm, var olasınız.
(səs: 2)
Şərhlər: 16
Baxılıb: 1 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri