Novruzda yaşadıqlarım - ulduz (4)

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 2 106
Səs ver:
(səs: 3)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
 Novruzda yaşadıqlarım - ulduz (4)  ulduz   
 
 
Əvvala salamlayiram saytımızın şirin qızlarını.  :03: Türkan bacıma da təşəkkür edirəm layihəsinə məni dəvət etdiyi üçün. Belə ki, qızLar mənim ən gözəl maraqli novruzum uşaqlığımda qaldi. məhlə evində olduğumu üçün hər il qonşularla küçəmizdə tonqal yandırardıq  :ates: Demək hər kəs qapıdan bir qom çırpı gətirərdi, təsəvvür edin o tonqal nə boyda idi. Kişi, qadın, uşaq, qoca hamımız yığılırdıq ətrafına. Torba atardıq qonşu uşaqlarla. topa topa uşaq hücum edirdik bir qapıya. Yalan olmasın teştimiz dolurdu evdə.
 Hələ bir dəfə demək bacım, mən, qonşu qız qurupdan ayrilib bir qapıya torba atdıq, qonşu torbamızı pəncərədən atıb piləkəndən də üç çürük alma uzun da piləkən, tak tak düşdü ayağımızın altına. Biz də o yerdə qalmayıb qapını açıb almaları üstlərinə atıb qaçdıq.
Ən maraqlısı isə :cadu:  etdiyimiz fallar. Demək məndə nə cıxdısa hamısı gerçək oldu. Yoldaşımın baş hərfindən tutun da 4 uşaq olduqlarına qədər. Novruzun vazgeçilməz falları. İndi həmin maraq qalmayıb, hələ Azərbaycandan qıraqda olursansa lap həvəsin ölür.
Mənim gözəl bacılarım hamınızın bayramını təbrik edirəm. Evinizdən ruzi bərəkət əskik olmasın. Həyatınız şəkərbura kimi şirin, paxlava kimi dadlı, qoğal kimi yaglı, problemləriniz də fındıq boyda olsun. Novruz bauramınız Mubarak olsun.. :123: Öpürem canlarım hamınızı..
  
 
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 3)
Şərhlər: 13
Baxılıb: 2 106
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri