Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6)

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 1 801
Səs ver:
(səs: 2)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
Novruzda yaşadıqlarım - aLoNe AnGeL (6)  aLoNe AnGeL   
 
Salam canım, öncəliklə layihəndə mənə də yer verdiyinə görə çox təşəkkür edirəm. keçək xatirələrimə
Novruz bayramı lap uşaq vaxtından sevdiyim bayramdır :heart:
Hələ yumurtaları boyamaq, salat hazırlamaq, qoğal, badambura, şəkərbura və s. hazırlamağımız məni lap sevindirir, dedikcə canım çəkdi :23: 
Novruz bayramında papaq atdıya getdikdə maraqlı hadisələr gəlib başıma. bir dəfə ailəvi getdik nənəmgilə, axşam da papaq atmaq istədik, atam dedi mən yorğunam gedə bilməyəcəm, bizdə darıxdıq. Əmim arvadı dedi mən gedirəm gəlin gedək, hamımız yığışdıq əmim qızları, əmim oğlanları getdik papaq atdıya, mən o qədər utanırdım ki, üzümə maska taxdım, tam qapıdan gizlincə girəcəkdim ki, bir də gördüm qapı açıldı maşın üstümə sürür, necə qaçdımsa izim-tozum da qalmadı :122: 
sonra digər qonşuya getdik, mən getdim bayram payımı götürməyə, gedəndən sonra üzümdə də maska qadın deyir kimsən kimsən, əşi sənənə kiməm düşüb arxamca gəlir :122: Qaçmaq istədim tam qaçıb aradan çıxırdım ki, gördüm ki bir nəfər əksikdi, dönüb baxdım əmim qızı eninə-boyuna uzanıb asfaltın ortasında bayram payı da tökülüb yerə :125: baxam həmin qadın da qaldırır bunu, əsəbimdən bilmədim nə edim qadın da bildi biz kimik onun sayəsində :126:
bir dəfə də planlı şəkildə guya papaq atacaqdıq, qapını çalacağımız zaman gördük qapı açıldı :09: necə utanmışdımsa evə dəvət etdilər qonşumuz oturduq çay içdik çıxıb getdik
Mən həmişə qapı pusmaq istəmişəm amma anam qoymayıb, səbəbini soruşanda deyir sənin qonşularının ağzından bal damlayır get arzuların çin olacaq (əks mənada deyib ha)
oxuduğunuza və vaxt ayırdığınıza görə sağolun :14: :20: 
 
   
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 2)
Şərhlər: 9
Baxılıb: 1 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri