Novruzda yaşadıqlarım - İnci (7)

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 2 078
Səs ver:
(səs: 3)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
Novruzda yaşadıqlarım - İnci (7) İnci  
 
Salam saytımızın gözəl göycək bacıları. deməli bir dəfə papaq atmışdım, papağıma nə töksələr yaxşıdı, plov, 1 həftə papağımı suya qoyduq sonra açıldı))))
 
1 novruzda da ocağın üstündən atlanırdıq, sən demə ocaq uzaq imiş, mən də əvvəlcədən hoppp etmişəm, arxası üstə yerə dəydim, hamı hələ də gülür.
 
1 dəfə də qızlarla yığışmışıq fala baxırıq, mən balaca idim, 10 yaşım zad olardı, hamının falında 20 yaşında ərə getmək çıxır, mən də 56 yaşında çıxdı))) yəqın 56 da qızım gedər))))
 
hər bayramda qulaq falına çıxmışam. kollecə qəbıl olanda getdim qonşu qışqırırdı kı, hə hə hə, həqiqətən də qəbul oldum, kolleci bitirib uniyə verdım, onda da getdım qonşu uşağı öyrədirdi ki, nənənə nənə demə ana de, həmın ili yenə kollecə qəbul oldum, dedım yəqin nənə uni imiş ana da ondan balaca olduğu üçün kollec imiş))))
 
 1 dəfəsində də qızlarla yenə fala baxırıq, başmaq atmalı idik, mən atırdım arxamı qapıya çevirib, mən atanda bibim oğlu qapını açıb içəri girib başına dəymişdi)))),

bir də duzlu kökə deyırlər, guya onu yeyib yatanda kim sənə su versə, ona ərə gedəcəysən, mən də yeyib yatdım, yuxulu yuxulu bacımı yollamışam ki, get mənə su gətır, o da gətirib amma yuxuda görmüşdüm ki, bır dənə çirkin oğlan verir, elə qorxurdum ki, o uroda gedərəm amma şükür elə olmadı, ərim gözəldi,
  
məndən bu qədər, hər kəsin bayramı mübarək....
 
   
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 3)
Şərhlər: 16
Baxılıb: 2 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri