Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 1 772
Səs ver:
(səs: 1)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...


Novruzda yaşadıqlarım - lale.veliyeva19 (8)  lale.veliyeva19  
  
Axır çərşənbədə həyətə tonqaldan tullanmağa düşdüm. Hamı həyətdə idi, dostlarımın hamısı tullandı axıra mən qaldım. Mənim də o vaxt 10 yaşım olardı, nəysə qaça qaça gəldim birdən necə oldusa ayağım daşa ilişdi, düz tonqalın içinə düşdüm. :122: Ən sevdiyim paltarım tonqalda yandı, amma özümə heç nə olmadı, məni tez çıxartdılar. Bundan sonra heç vaxt tonqaldan tullanmadım.
Sonra aradan bir neçə il keçdi yenə bayram gəldi. Mən papaq atmağa düşdüm. Qızlarla gəldik qonşumuzun qapısına. Qapını döydük heç kim çıxmadı. Nə qədər döydüksə, axırda ev yiyəsi bezdi açdı qapını. Biz də tez qaçdıq, papaqların içindən bir dənəsini, mənimkini götürdü. Mən də həvəslə durub gözləyirəm ki, indi qəşəng şeylər qoyacaqlar. Nəysə qapı açıldı, papağı qoydu yerə. Tez getdim papağın yanına. Bir də gördüm ki, papağın içinə dovğa qoyublar :122: Qızlarla ölmüşük gülməkdən. Odu budu bir də papaq atdıya düşmürəm.
Bu da mənim Novruz xatirələrim. Çox sağ ol lahiyəndə mənə də yer verdiyin üçün. :heart:
 
 
       
 
Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri