Novruzda yaşadıqlarım - qonaqa (9)

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 1 845
Səs ver:
(səs: 2)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 

Novruzda yaşadıqlarım - qonaqa (9)    qonaqa    

 
İlk öncə Türkan xanıma təşəkkürümü bildirirəm :04: . Məni də lahiyəsinə dəvət etdiyinnə görə
 Deməli belə qızlar, mən də sizə öz bayramda yaşadıqlarımdan danışım. Deməli belə, hamı Novruz bayramında qulaq falına çıxır. Mən də ürəyimdə bir niyyət tutdum getdim nənəmgilə, qulaq asıram görürəm ki, bunlar bibimdən danışır. Qalmışam qapının arxasında qulaq asıram, dədəm deyir əmim qızına mənim balam bibini təbrik etmisən? :19: Mən də yazıq gözləyirəm ki, biri bir xoş söz desin, sonra əmimin həyat yoldaşı başladı xoş danışmağa girdim içəri ay nənə, ay dədə bayaqdan qalmışam qapının dalında, biri bir söz demir
 
 haa bir dəfə də, məni sevən başqa oğlan evimizə papaq atmışdı. Papağın içində məktub yazmışdı (SƏNI SEVIRƏM ) yaxşı ki, anam görmədi, mən də götürdüm doldurdum papağını məktubun arxasında yazdım ki, (MƏN SƏNI HEÇ SEVMIRƏM) :op1: sinif yoldaşımla əmi oğlu idi, deyir necə o məktubu oxudusa elənçi də getdi evə, dedi mən bir də papaq zad atmaram...
 
 Belə qızlar, sizi də qarşıdan gələn NOVRUZ BAYRAMI MÜNASİBƏTİLE TƏBRİK EDIRƏM, TƏZƏ İL UĞURLU OLSUN, :papatya: bir daha təşəkkürlər inşAllah maraqla oxuyarsız
 
         
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 2)
Şərhlər: 9
Baxılıb: 1 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri