Qadınlar.Biz-li xanımların elçilik günü - arzum-aysum (6)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 22
Baxılıb: 2 108
Səs ver:
(səs: 5)
Salam saytımızın şirin şəkər qızları. :03: Sizlər üçün yep yeni bir layihə hazırlamaq fikrinə gəldim :girl_in_love: Layihəm qızların həyatının ən həyacanlı günü olan elçilik günüdür layihəmin qonağı isə arzum-aysum nikidir  :11: :11:
həə, sevimli bacılarım, bu bahar ətirli, Novruz təravətli gözəl gündə hər birinizi xoş gördük. Bu görüşə vəsilə olduğu üçün qonaqa bacıma xüsusi təşəkkür edirəm.

Deyirəm burda virtual da olsa, bir birimizə o qədər yaxın olmuşuqki, doğum günündən tutmuş ən özəl günlərimizə qədər bilirik. Bilmədiklərimizi də, qızlar sağ olsun, maraqlı layihələri vasitəsilə öyrənirik. Artıq 2 ildən çoxdur ki, saytda qeydiyyatdan keçmişəm və demək olar ki, bu günə qədər yayımlanan bütün layihələrdə iştirak etmişəm. Buna görə də artıq çoxunuz bidənəmin xalam oğlu olduğunu, bizim dillərə dastan sevgi hekayəmizi bilirsiniz. Onu da bilirsiniz ki, biz qovuşmaq üçün nə qədər çox əzablar çəkmişik, nə qədər göz yaşları axıtmışıq. Başladığımız yol, birgə addımlamağa qərar verdiyimiz yol çox enişli-yoxuşlu oldu, çox maneələr aşmaq məcburiyyətində qaldıq. Amma sonunda biz, bizim saf sevgimiz qalib gəldi. Hər şeyə və hər kəsə rəğmən sevgimiz qələbə çaldı. Bilirəm mətləbə keçənə qədər yazım uzun oldu, amma içimdən gələnləri yazmaq istədim. Uzun uzadı bu girişimin ardından qayıdıram lap əvvələ,hər kəsə qarşı tək qalan sevgimizə görə mübarizəyə başladığımız o günə.
Soyuq və qarlı fevral günü idi. Artıq beş ay idi ki, biz bir yerdə idik. Sevirdik və xoşbəxt idik... Önümüzə çıxacaq maneələrdən xəbərsiz... Bir gün atamın əmisi qızı bizə zəng edib bir qohumumuzun bizə elçi gəlmək istədiyini dedi. Mən o zamanlar böyük bir tibb idarəsində kadrlar müfəttişi işləyirdim. Bunlar da neçə dəfə işə düzəlmək adı ilə gəlibMənə baxıblar, nəsə elçi gəlmək qərarına gəliblər. Anam bu məsələni mənə deyəndə dünya başıma yıxıldı. Həm atamın qohumu, həm də çox imkanlı yer. Yüz faiz bilirəm ki, gəlsələr atam verəcək. Oğlanın əmisi adın deməyəcəm o vaxt nazirlərdən biri idi, özü gömrükdə işləyirdi. Həm də mədəni, tərbiyəli ailə. Kim qızını belə yerə vermək istəməz ki. Mənim bidənəm də şofer oğlu, oxumayıb, özü də rayonda qalırlar. Yəni anlayacağınız işimiz çoxxx çətindi. Tez bidənəmə zəng eliyib məsələ nə yerdədir dedim. Üstündən heç iki saat keçməmişdi baxdım xalam gəldi. Bidənəm yazıq zəng eliyib ki, bəs qıza sabah elçi gələcək durma gəl. Atam evdə yox idi, xalam nə qədər gözlədi gördü hələ gəlmir anama hər şeyi danışıb getdi. Atam gec gəldi evə, anam məsələni açıb danışanda atam əvvəlcə dinmədi. Bircə kəlimə dedi ki, nə qədər olmasa xalasıdı, yəqin qıza yaxşı baxar. Amma hələ birinci elçidən xəbəri yoxdur. Anama demişdim ki, onlara yox de, de ki, qız istəmir heç gəlməsinlər. Anam atamla danışıb gəldi otağa, dedi ki, o biri elçi məsələsini atandan gizləyə bilmərik. Öz qohumlarıdı, sabah bir gün kimdənsə eşidəcək, onda di gəl. Nə qədər yalvardım anam məni eşitmədi. Açıb hər şeyi atama danışdı. Bu məsələ evdə bir müddət belə qaldı. Amma mən əmim qızı ilə bu biri elçilərə söz göndərmişdim ki, gəlməsinlər, mənim öz istədiyim var.
Bi xeyli vaxtdan sonra, indiki kimi yadımdadır, aprelin ikisi idi. Xalam yoldaşı ilə gəldi bizə. Söz açdılar, atam Nuh dedi peyğəmbər demədi, olmaz vəssalam.Xalamgil dilxor çıxıb getdilər. Bidənəm də fikirdən dəli olub daha. Bir iki gün keçəndən sonra, böyük dayımı da götürüb yenə gəldilər. Dayım söhbəti açmaq istəyirdi ki, atam söhbəti bağlayıb, bir də bu məsələ ilə bağlı gəlməmələrini dedi. İnanın həmin an ürəyim dayanacaq sandım. Bütün dünyam alt üst oldu. Xəyallarım, arzularım darmadağın oldu.
Hamı bidənəmin üstünə düşüb, ayrılın deyib. Bir daha bura gəlməyəcəklərini, ancaq atam razı olarsa nişan gətirəcəklərini deyib. Bidənəm Aləmi dağıdırmış, əsəbdən ağlayırmış. Hamı indi bunu deyib bidənəmi ələ salır. Amma mən bu cür sevildiyimə görə çox xoşbəxt idim. Bidənəm qaçaq dedi, razı olmadım. Atamı yerə vurub heç hara gedə bilməzdim. Nə qədər sevsəm də, xəyalım ağ gəlinliklə çıxmaq idi atamın evindən. O məni çırağın başına fırladacaq, xeyir dua verəcək. Bunlar olmadan mən necə xoşbəxt ola bilərdim. Bidənəm qaçmaq söhbətini hər açdıqca mən fırladırdım. Bir az da dözüb səbr edək deyirdim. 8 ay Göz yaşlarımız axsa da, hər günümüz əzab və həsrət içində keçsə də dözdük, sevgimiz üçün, bu günümüz üçün... Sonda çəkdiyimiz əzablar böyük bir xoşbəxtlik olaraq özümüzə geri qayıtdı. Atamı bibim yola gətirdi, daha elçilik olmadı, nişan oldu və nişan üzüklərimiz böyüklərimin xeyir duası ilə bizi ömür boyu xoşbəxt etmək üçün barmaqlarımıza taxıldı.
Əzizlərim, bilirəm çox uzun oldu, amma nə qədər qısaldıram alınmır ümid edirəm ki, heç olmasa maraqla oxuduz.
(səs: 5)
Şərhlər: 22
Baxılıb: 2 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri