Mənim sevdiyim mahnım - lale.veliyeva19 (17)

Müəllif: heyatim_menim
Şərhlər: 10
Baxılıb: 2 059
Səs ver:
(səs: 2)
Qadınlar.biz xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz. Layihəmin adi "Mənim Sevdiyim Mahnım"dır.Bu layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı hər hansı bir xatirəsi varmı kiməsə xitab edirlərmi, maraqlı bir layihə olacağına inanaraq təbii ki, sizlərin köməkliyi ilə yaratmaq qərarına gəldim.Layihənin bu dəfəki qonağı lale.veliyeva19 -dır.Layihə də iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.
   
Çox sağol canım mənim.Mənim sevdiyim mahnı çoxdur,amma həyatımı,hislərimi ifadə edən mahnı bir dənədi.Bu mahnı "onunla"  mənim mahnımdı  .İlk dəfə onu tanıyanda eşitmişdim.Ramal İsrafilov-"mən səni bu qədər sevməməliydim" Bu günə qədər çox mahnı eşitmişəm,bu mahnını heç yanda eşitməmişəm.Özümdən asılı olmayaraq bu mahnı çalanda üzümə gülücüklər gəlir  Deməli mahnı belədi:

Mən səni bu qədər sevməməliydim,
Bilirdim cəzası ağır olacaq.
Mən səni bu qədər sevməməliydim,
Bilirdim bu sevgi çox ağladacaq.

Mən səni bu qədər sevməməliydim,
Sevgin qənim oldu,mənə-qəlbimə.
Mən səni bu qədər sevməməliydim,
Ağrısı tuşlandı yenə qəlbimə

Mən səni bu qədər sevməməliydim,
Göylərdə qısaqandı,yerlərdə,inan.
Bilirdim alacaq,qəddardır həyat
Bilirdim qəlbimi qoyacaq viran

Bilirdim bu dünya əzəldən budur,
Səni də alacaq taleh əlimdən.
Səni başqaları oxşayacaqdır,
Mən dəli olanda xatirələrdən.

Mən səni bu qədər sevməməliydim,
Sevgin qənim oldu mənə-qəlbimə
Mən səni bu qədər sevməməliydim
Ağrısı tuşlandı qəlbimə.

Və bu qədər oxuduğunuz üçün təşəkkürlərrrr
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri