Novruzda yaşadıqlarım - tenha cicek (11)

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 1 478
Səs ver:
(səs: 4)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
Novruzda yaşadıqlarım - tenha cicek (11) tenha cicek   
 
salam saytımızın gözəlləri. Mən bu layihədə iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Nəysə sözü çox uzatmadan novruzda başıma gələn hadisəni sizə danışım.
 
Biz həmişə novruz bayramında bir neçə ev birləşib bir tonqal qalayırıq  :ates: 2005də də helə oldu. Mən hələ onda balaca idim. Bütün qonşular hamımız çölə çıxdıq. Mənə də atam zırpaket almışdi. Mən də hamı tonqala baxanda birini yandırıb atdım qonşumuzun cibinə. Di olan oldu. Kişi o qədər qorxdu ki  Şok oldu. Mama da məni qəşəngcə danladı, :sac: təbii ki də. Həmin bayram burnumuzdan gəldi
 
         
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 4)
Şərhlər: 8
Baxılıb: 1 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri