Novruzda yaşadıqlarım - VIP (12)

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 1 609
Səs ver:
(səs: 5)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
Novruzda yaşadıqlarım - VIP (12) VIP   
 
Saytdan istifadə edən bacıları salamlayıram. Türkan bacı sizə də təşəkkür edirəm. Mənə də bu layihədə yer vermisiniz.
Keçim novruzda başıma gələn hadisəyə, elə şıltag uşag olmamışam. Bacılarım getdilər tonqal hazırlamağa, mən də getdim. Onlar tonqalı yandırdılar  :ates: Hər kəs ocağın üstündən tullandı. Mənə növbə gəldi. Elə tullandım ki, ağzı üstə yıxıldım yerə, yerdə də bir az torpağa batmış çubuq var idi. O da batdı gözümün altına, ağlayıram qorxaq idim :uzulen: . Bu novruzum belə keçdi. 
Gəlin gələndən sonra da başıma novruz vaxtı hadisə gəlib. Baldızım məndən dörd yaş balacadır. Onun o zaman 13 yaşı vardı. Mənə dedi ki, gedək qulaq asdıya, mən də uşaglıg edib qoşuldum baldızıma, getdik yoldaşımın əmisi gilə, bu vaxt gördük ki, əmi oğlanları bayramlaşmaga gəlir. Səslərini eşidən kimi qaçıb girdik həyətmizdəki ayagyoluna, gördüy səs kəsildi. Elə biz ayagyolundan çıxırdıq ki, gedək evə, qulag asdı lazım deyil. Əmi oğlanları girdilər bizim həyətə, onlar bizdən biz də onlardan qorxduq. Hələ də o hadisə yadıma düşəndə :blush_mini: utanıram.
Bax belə bu da başıma gələn hadisələr... Sağ olun..
  
       
 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 5)
Şərhlər: 8
Baxılıb: 1 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri