Qadınlar.Biz'li xanımların sevimli şeiri - Lola Maya (37)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 364
Səs ver:
(səs: 3)
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. 
Bu günkü qonagım Lola Maya nikli userimizdir
 
Salam gözəl xanımlarımız.Artıq ikinci dəfədir bu lahiyəyə dəvət alıram və sevə-sevə qatılıram.Çox sevdiyim şairlərimizdən olan Səməd Vurğunun HƏYAT FƏLSƏFƏSİ şeirini sizinlə bölüşəcəm.Təşəkkür edirəm dəvətiniz üçün Glamira xanım.

Quşlar qatar-qatar ellərdən keçər, 
Bəşər nəsil-nəsil dünyadan köçər; 
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın - 
Düyümlü bir sirri var asimanın! 

Çarxını qurduqça dövranın əli 
Bəzən ağlar olur, bəzən gülməli… 
İnsanın ən böyük eşqi, əməli 
Bəzən aslan kimi çırpınır darda, 
Bəzən də qərq olur fırtınalarda… 

Dəyişir səmtini daima sular, 
Dəyişir fikirlər, dönür duyğular. 
Kainat tutmayır bir yerdə qərar: 
- Çarpır sinəsini qayalıqlara- 
O gah qışa çıxır, gah da bahara! 

Dünya binasını qurandan bəri 
Səadət adlanan o gözəl pəri 
Gəl! - deyə səsləmiş qərinələri; 
Yazıqlar olsun ki, hələ insanlıq 
Gəlib qovuşmamış ona bir anlıq. 

Ey dünya gözəli, qaçma bəşərdən! 
İnsandır ayıran xeyiri bəşərdən! 
Gəl onun eşqini ücüz tutma sən, - 
Qəlbi var, hissi var hər məhəbbətin, 
Qaralmaz ulduzu əbədiyyatın!… 

Ölüm bir iblisdir, həyat bir mələk! 
Varlığı izləyir heçlik kölgə tək… 
İşıq qaranlıqla pəncələşərək 
Yaşatmaq istəyir cahanda bizi, 
Günəş salamlayır iradəmizi! 

Yamanlıq, yaxşılıq durmuş üz-üzə, 
Dilsiz əsrlərdən mirasdır bizə. 
Əsir bahar yeli qəlblərimizə, 
Lakin arxasınca kəfən geyir qış, 
Təbiət varlığa belə qarğamış. 

Bir bayram sözü var, bir də ki, matəm, 
Nəşə bir aləmdir, qüssə bir aləm. 
Həyat öz atını sürür dəmadəm; 
Odlar içində də hər bir mənzərə 
Yenə qanad verir düşüncələrə! 

Yenə də insanın xəyal şəhpəri 
Gəzir fəzaları, göy dənizləri. 
Sən ey səadətin gözəl pak əməlini, 
Uzat yer üzünə hünər əlini! 

Zamandır, bəşərin imdadına gəl! 
Xəstə bir gözəldir hünərsiz əməl… 
Hünər söylədiyim o qüdrətli əl 
Bütün kainata qoy qanad gərsin, 
Bəşər karvanına o yol göstərsin. 

Hünər qanad versin torpağa, daşa, 
Dənizlər çatılıb gəlsin baş-başa… 
Azadlıq ordusu varsın birbaşa, 
Hər zəfər dastanı yadigar olsun, 
Ölüm təslim olsun, həyat var olsun! 

Dünyaya bir şöhrət yaranmışıq biz, 
Günəş çökməmişdir qaranlığa diz. 
Qoy ölsün yamanlıq, o xain iblis!… 
Yaxşılıq çağırsın hər qəlbin neyi, 
Qurtaraq zəncirdən Prometeyi… 

Fəlakət qocalmış…qartdır o köpək. 
Onun sümükləri tez çürüyəcək… 
Səadət - gənclikdir, adı - gələcək! 
Onun gözlərində həyat eşqi var- 
Var olsun gələcək! Var olsun bahar!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 1 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri