Mənim toy günüm - Aysun2014 (32)

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 2 027
Səs ver:
(səs: 3)
:toy: ..Mənim Toy Günüm...  :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın  Aysun2014-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq

 

Mənim toy günüm - Aysun2014 (32) 

 


Salam canım.çox sağ ol ki, layihəndə mənə yer ayırdın,təşəkkür bildirirəm, keçək əsas məsələyə , amma çoox xah edirəm canım bacılarım, oxuyanda məni qınamasınlar


1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

bu sirri heç  kimə açmasamda qadinlar.biz xanımlarından gizlətməyəcəm, biz internetdə tanış  olmuşuq, saytların birində təsadüfən hər hansı bir xəbərəşərh yazarkən dəqiq yadımdadı, xəbərdə vətənpərvərliyə aid idi, və bir az mübahisə etdik (elə belə) və sonra dost olduq ve dostluğun axırı da belə


2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Dediyim kimi biz dost idik deyə hiss edirdm ki, mənə qarşı sevgi hissi də var, bəli bir iki dəfə  gəldi  iş yerimə (amma mən rayonda yaşayırdım işləyirdim, o isə burda bakıda ) dost kimi və  elə orda da evlənmə təklif etdi ,  sonra elçilərini göndərdi

 

3. Neçə müddət nişanlı qaldınız?

Canım biz nişanlı olmadıq, elçiləri gəldi,  atam bir az narazı idi, təbii ki, birincidən verməyəcəkdi,  onlar getdi,  1 həftə sonra yenə  gəldlər   hazırlıqlı gəlmişdilər,  üzüy,  şirniyatlar, eh atam yenə  vermədi, necə deyərlər qız  evi naz evi,  sonra qaynanam dedi ki, üzük gətirmişəm geri qaytarmaram versən də verməsən də üzük  qalacaq, nə isə qaldı getdlər.  bir az keçdi atam qəti şəkildə dedi ki, vermərrəm vəssalam e, gəlin üzüyünüzü  aparın,  nə aparmaq, hərə  bir yandan dedlər ayıbdı eləmə  etmə,  atam dedi yox ee nuh dedi peyğəmbər demədi,  gəlin aparınn e,  aparmaq ee ağlamaqdan bir təhər olmuşdum, həqiqətən də dəli kimi sevirdik bir birimzi, həyatım dedi gəl qacırım dedim yoo olmaz, xeyli vaxt belə yubandıq,  amma atam dediyini tutmuşdu ki,  vso amma arada qaynanam gəlib gedirdi, aparmırdı ki, bəlkə  yola gələ,  nəsə gördük ki,  yox atam dönən deyil, həyatım dedi da belə şey olmaz, gəl qaçaq mən də razılaşdım,  başqa çıxış yolu yox idi,  atam onlara vaxt qoymuşdu ki,  gəlin üzüyü aparın, üzükdən əvvəl özüm getdim:-):-):-):-)


4. Toy hazırlıqları necə irəlilədi?

Qaçdığıma görə təkcə oğlan toyu olub, şükür Allaha yaxşı oldu hazırlıqlar, qaçandan bir ay sonra toyum oldu

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Bəli,


6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Toy dəvətnamələrini özüm yazmağım və gəlin otagının bəzənməsində özüm iştrak etməyim (təbii  ki, mama cer cehiz göndərmişdi və xalamgil bəzəməyə gəlmişidlər)


7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Xeyr

 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Qaynatamgil bəyənmişdi

 


9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Restoranın fotoqrafı  vardı


10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Elədə yox


11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Bəli

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Yox, elə də çətin olmadı,  qaynanamla getmişdik tez tapdıq


13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Bəli,  dedi elə də açıq saçıq olmasın


14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Demək olarki, xeyr,  salonda qərar verdim


15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Xeyr


16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox,  bizdə o adət yoxdu, bəylik səbəti hazırlayırlar,  mamada hazırlayıb göndərmdi


17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

əlbətki o günü unutmaq olarrr  - 29.07.2011


18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Bəli oldu,  salondan çıxanda dalımca göndərməyə maşın tapılmadı,  bizdə taksi tapıb gəldik padruqamla, qalmışdıq salonda


19. Toy günü unutduğunuz bir şey oldumu?

Bəli, həyacandan duvağıüzüməörtməyi  yaddan çıxmışdı,  bəy gəlib gülü  verəndə  gəlinimiz duvağıörtdü :-):-):-)


20 Toyunuzun ən gözəl anı nə idi?

Ilk rəqsimiz


21. İlk rəqs parçanız hansı idi?

Mətaneə isgəndərlinin mahnısıydı,  amma yadımda deyil hansı


22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

...


23. Bir tərslik yaşandımı toy günü?

çoxx şükürki, xeyr


24.Ən çox nə vaxt həyəcanlandınız?

Qohumlarım , atamgil hamısı birdən çıxıb gedəndəözümüçox tək hiss elədim


25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Bəli,  atamgilin toya gəlməyi böyük bir sürpriz idi, axı demdi gəlməyəcik


26. Bal ayınızı harada keçirdiniz?

Xeyr,  bal ayımız olmayıb, yoldaşımın işiləəlaqədar


27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

Artıq beş il olacaq

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Sevib evlənsinlər, sevgilərinin qədrini bilsinlər və mübarizə aparmğı bacarsınlar

 

Inanıramki,  maraqlı olar yormaram sizi

 

 

Canım mənim, Allah sizi o qədər xoşbəxt eləsin ki, heç bir zaman heç kəsin yanında dili gödək olmayasız, sevginiz və səadətiniz hər kəsə nümunə olsun inşallah... öpürəm....

(səs: 3)
Şərhlər: 16
Baxılıb: 2 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri