Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm.
Bu günkü qonagım Antikvar nikli usərimizdir
Salam saytımızın gözəl xanımları.İlk öncə məni lahiyəsinə dəvət edən gözəlimizə təşəkkürümü bildirirəm .
Sizlərə
təqdim etdiyim şe'iri çox bəyənirəm,hər misrasında həqiqət olan bu
şe'ir indiki 'bir çoxlarına"aiddir,oldu olmadı söz qoşubda pisləməyi
sevən şəxslər ətrafımızda az deyil,amma sonunda düşdüyü təbəqə öz toru
olur.Sözü çox uzatmadan şeiri sizlərə təqdim edirəm.Şe'rimizin adı
(Qeybətçil insanlar)
Hər kəsin adına o qara yaxır
Özünün səhvinə elə kor baxır
Hər sözün sonuna bir quyruq taxır
Həyatı kirlədir qeybətçil insan.
Hamıya yalandan məlumat verir
Kiminsə xeyrini onlar istəmir
Hər kəsdən yaxşısı özüməm deyir
Həyatı kirlədir qeybətçil insan.
Tanrının önündə hesab verəcək
Cəhənnəm odunu onlar görəcək
Necə günah olduğunu onda biləcək
Həyatı kirlədən qeybətçil insan.
Ümmü Məmmədova.