Mən və O - Admin ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 42
Baxılıb: 1031
Paylaş:
Səs ver:
(səs: 9)
1.Salam saytımızın ciddi ,bəzəndə yumor hissli Admini suallarımı cavablandırmamışdan öncə özünüzü birdə təqdim edin , onsuz sizi tanımayan yoxdu adətdəndi ilk sözə başladığımız zaman qarşı tərəfin kimliyini öyrənmək)Buyurun söz sizindi indi.
- Salama salam) Təqdimata ehtiyac yoxdu deyirsiz, həm də təqdimat istiyirsiz?) Qərarsızlıq ən pis vərdişlərdəndi nəzərə alın)
Məmmədov Vüsal, proqramçı, 28 yaşdan gün alıram deyəsən)) Ünvana gərək yoxdu))

2.Şəxsi həyatınızdan sual vermək istəməzdim ,bütün bunları kənara qoyub əsasən düşüncənizi ,fikirlərinizi önəmsədiyimiz üçün cəmiyyətdən ətrafdan olacaq suallarım.
Sizcə hər anda, saniyədə,dəqiqədə xoşbəxtlikdən,həyatdan narazı olanlar bunu özlüyündə etirafı azmış kimi birdə qələmə almaları hətta netlərdə belə etiraf etmələri..sizcə buna səbəb nədi,insanlar niyə xoşbəxtliyi həyatın gözəlliyini başqa yerlərdə axtarmaqdadır?Cəmiyyətdə olan insanların (bəziləri)bu pessimistliyə vadar edən hansı amillərdir?
- Zənnimcə həyatdan narazı olanlar həyatdan deyil özlərindən narazı olsalar o zaman həyatlarından narazı olmazlar. Hamı hər şeyi atır zamanın, həyatın üstünə) Heç kim demək olar üzərinə yük götürmək istəmir. Netdə yazmağa gəlincə isə özünə qapanıb xəstəlik tapacağına anonimliyi qorumaqla bu mənfi fikirləri yazmaqla özündən xaric etməsi məncə daha məqsədə uyğundu.
İnsanları pessimistliyə vadar edən birinci qorxudu, ikinci isə əldə edə bilməmək...

3.Son günün qlobal sözlərindən deyərdim"Xəyanət",kimiləri dost xəyatindən danışır,kimiləri isə ailədə olan xəyanətdən,bilirəm subaysız amma dünya görünüşünüzə əsaslanaraq sizə bu sualı vermək istərdim,kişi niyə qadınına xəyanət edir?Sizcə buna səbəbkar qadınıdırmı?Daha sonra son zamanlar qadınlar da bu xəyanət mövzusunda ərlərindən geri qalmır(bəlkədə kişiləri belə ötüb keçiblər))Qadın xəyanətinin səbəbi olmaz deyirlər ,sizdə bu fikir ilə razısız?
- Bu barədə uzun-uzadı fikirləşmək mənasızdı mənə görə. Kişi xəyanət edirsə demək alçaqlığı özünə şərəf bilir, qadın xəyanət edirsə pozğunluğu özünə namus bilir. Hər 2 tərəfdə "canı cəhənnəmə" :)) Siz heç xarab meyvənin yenidən ilk günki kimi təzə olduğunu görmüsüz?) O cür insanlar da xarab canlılardı. Düzələn deyillər)

4.Kənddən gəlib bir neçə ay yaşayıb sonra yaşadığı böyüdüyü yeri bəyənməyən insanlarımız var bu günki gündə ,buda azmış kimi birdə məxsərəyə qoymaqları var bir misal yadıma gəldi(bişmiş toyuğun gülməyi gələr onların görünüşlərinə)siz necə düşünürsüz belə insanların ağılları geridəmi qalıb ya inkşafmı edib?)Bilirsiz niyə inkşaf edib sualını verdim?Onlar özlərinə inkşaf etmişik deyirlər)
- Keçmişində ayıbı olmayan keçmişini pisləmir heç bir zaman. Əgər pisləyirsə demək "gözəl" xatirələri var orda... O xatirələrdən qaçır... Özünü azad hiss etməyə çalışır.

5.Sonuncu dəfə vətənimdə olanda bir qadınla maraqlı bir söhbətim oldu,bu sual məni çox düşündürdü cavab vermək istəmədiyimi desəmdə məcburən cavab almaq istədilər,bu verdiyim sualda sizində fikrinizi bilmək istərdim.
Dediklərinə görə bir yanan yer olur, ora qardaşın,yoldaşın və övladın düşür sənədə bir haqq verirlər ora düşən sevdiklərindən birini çıxartmaları üçün mən birini seçdim amma cavabımın düzgün olmadığını dedilər,mənə maraqlıdı (Allah eləməsin)siz seçim qarşısında qalsaydız hansı seçərdiz?
- Qardaşı seçərdim. Çünki nə yoldaşa övladın yandı, nə övlada anan yandı deyə bilmərəm.

6.Necə düşünürsüz səbrli insansız?Səbirlisizsə burdan səbirsiz olan insanlara hansı məsləhətləri verərdiz?
- Əgər işimə gəlirsə səbrimə doyum yok türklər demiş) Yox əgər işimə gəlmirsə o zaman səbrimi boşuna sərf etmirəm. Səbrsiz davrana bilirəm (necə deyərlər akışına bıraxıram).

7."Sevgi"indiki gənclərin başına bəla olan hiss))Bəzilərini gözü yaşlı qoyur,çox az faizini isə xoşbəxt sonluqla gözəl həyat yaşamasına səbəbkar olur.Ağladan tərəf ən çox oğlanlarımızdı,bir əks cins nümayəndəsi olaraq siz hansı tərəfdə olmaq istərdiz?Siz sevgi hissini necə açıqlaya bilərsiz gənclərimizə və bununla bərabər bir neçə məsləhət verə bilərsinizmi?
- Bu yaşıma kimi mənim başa düşdüyüm sevgini heç kimdə nə görməmişəm, nə eşitməmişəm. İnsanların düşündüyü sevgi isə mənə görə sadəcə bir hiss-dən o yana deyil) Ağlatmağa gəlincə ilk başlarda olan şeylərə deyil nəticəyə odaklanmaq daha məqsədəuyğundu. Onsuz da oğlan ağlatdığı qızı alırsa, ailə qurandan sonra qız onu elə ağladır haa))))) Ya da əksinə))

8.Bir aralar səfh eləmirəmsə keçən illəri idi,satirik şeirləri bölüşürdüz saytımızda ,bundan məlumuydu sevirsiz bu tərz şeirlər,əyər bir bəndini bölüşmənizi istəsəm hansı satirik şeiri yazarsız?Müəllifinidə qeyd edərsiz hansısa user bəyənibdə sonradan sizin sahənizdə oxuya bilsinlər deyə)
- Saytda var o şeir linki verim)
http://qadinla.com/heyat-terzi/sheir/40424-bizim-qiz-satirik-seir.html

9)Bilirəm siyasətlə bağlı sualları elədə sevmirsiz,amma yenədə çox açıq şəkildə yoxda, üstü qapalı bir sual verəcəm)İyirmi ildən çoxdu torpaqlarımız alınacaq deyə millətə səslənirlər,yəni bir gün bu boşu-boşuna səslənən bu sözlər reallaşacaq?Alınmamaqda səbəbkar və səbəb kimlər və nədi desəm necə cavablayarsız?
- Hüquqi şəxs olduğuma görə bu sual məndən yan keçər) Soruşmadız sayın)

10)"Hüqüqlarımız qorunmalıdır",bu söz bizim xalq üçündə keçərlidirmi?O hüqüqlar niyə pullu insanlar üçün var ,kasıb insanlardan uzaqdır?
- Böyük məsələlərdə siz deyəndi, ancaq çox da böyük olmayan məsələlərdə əgər kasıb hüquqlarını həqiqətən dolğun bilirsə, o zaman haqqını ala bilir. Sadə misal verim özümdən. Hamı yol polislərdən giley edir də ay belədilər elədilər. Məni bugünə kimi bir neçə dəfə polis saxlayıb, amma 1 dəfə də olsun cərimə yaza bilən olmayıb)) Amma mən də digər 90% sürücülər kimi olsam hər dəfəsində xamlıyıb mənə də cərimə yazardılar.

11)Saytımızda son zamanlar hicab geyimində xəbərlər çox yayımlanır düzü həmən xəbərlərə baxdığımda üzülürəm, müsəlmanlığa aid olan bir tək bu geyimidə"Hicab modasına"çeviriblər,siz necə düşünürsüz əsl hicab budumu,ayaqları görsənəcək şalvar,bədənini sıxacaq köynək,boynu çöldə qoyacaq baş bağlama budurmu hicab?
- Saytda hicab yox örtüklü geyimlər bölməsi var. Örtüklü geyim isə hicab demək deyil. Hicabdan danışmağa başlasam aylarla danışaram. Axırda hamı ya deyəcəklər VC dəli olub ağlı zaylayıb)) Ya da gedib özlərinə nifrət edəcəklər ki, biz nə anladıq bu illər ərzində.
Bilirsiz niyə belə deyirəm?) Çünki heç bir kitabda, yaxud hansısa alimin dilindən hicabla bağlı tam informasiya eşitməmişəm. Nə də eşidənini görməmişəm. Hər ölkənin adamları özlərinə sərf edəcək şeyləri deyirlər. 
Qısaca bircə kəlmə ilə onu deyim ki, Hicab tək geyim deyil.

12)Qadınların xəyal gücü nədir?İnanıram bu sualın cavabı çox uzun və maraqlı olacaq)
- Cavab uzun olmayacaq təəssüf ki) Çünki bu yaşıma kimi xəyal qurmamışam və xəyallar aləmində yaşamamışam. Qadınlar isə niyə xəyal qurar onu heç anlamış deyiləm)) Reallığı qəbul edib, reallıqla barışıb, reallığı yaşamaq varkən xəyallarda nə işləri var?!)

13)Belə dramatik,yorucu suallardan sonra biraz əhvalınızı açacaq maraqlı sualım olacaq.İlk öncə maraqlıdı tapmacaları məktəb vaxtları necə sevirdinizmi cavabını tapmaqda çətinlik çəkirdiz ya asand olardı?)
Bazarda tapılmaz,
Tərəzidə çəkilməz.
Baldan şirindi,
Amma yeyilməz))
Cavabı?:

Yarpağı var ağac deyil.
Tikilir ,paltar deyil
Danışır adam deyil
Cavabı?:

- Buların cavabına google əmidə baxsam siz inanassız, mən özümü aldatmış olacam)) Amma tapmacanın T-sinə belə hazz etməm)) Amma cavab atım da bəlkə tutdu)) Birinci yəqin övlad olar (amma övladı tərəziyə çıxarmaq olur axı)))) İkinci də kitab olacaq. İlk 2 sətrinə baxmasam "Danışır adam deyil" sətrinə baxsam kitabdı)

14)Mammadov V.C dedikdə həyata,çevrədəkilərə,baxışı necədi?Sizi siz edən nədir gücünüzmü,bacarığınızmı,yoxsa həyatda qazandıqlarınız uğurlarmı?
- Çevrəmdə ailəmdən başqa 2-3 adam var. Onlardan ətrafa baxmıram maraqlı deyillər nədənsə) Həyata baxışım isə normal insanlardan 99% tamam fərqli olduğundan və onların həyata baxış formaları ilə mənim baxış formam ziddiyyət təşkil etdiyindən subayam)))))
Məni mən edən məncə güc, bacarıq və s. bu kimi şeylər deyil. Məni mən edən bircə fərqliliyimdi))) Digər şeylər çünki çox adamda var. Amma o şeylərə sahib olub da məni kimi ağlı gidik olan yoxdu)))

15)Mənim üçün dəyərli olan bir insanın sözü yadıma düşdü,"Pul görməyən insanın əlinə pul düşsə nə davranışını bilir nədə istifadə etməyini"bəzi anlarda məndə razılaşıram bu fikir ilə.Sizcədə bu deyilən söz doğrudu?
- Bu sözü 2 cür adam işlədir. Bir pulu əzəlindən bugünə kimi olmayan, bir də ciddən pulu görüb həyat tərzini dəyişib sevincərək olanlar)
Bu sözlə isə tamamən razı deyiləm. Çünki 13-14 yaşıma qədər pul görməmişəm) Pulu isə kimsə mənə göstərməyib (yəni müftə əlimə pul gəlməyib). Özüm ağlımı işlədib pulu əldə etmişəm. Zərrədə olsun davranışımda və s. dəyişiklik olmayıb. 13-14-də nə idimsə, indidə eləyəm.

16)Artıq müsahibənin sonuna yaxınlaşırıq ,ümid edirəm bəyənərsiz sualları çalışdığım qədər sualları düşünüb sizin öhtənizə vermişəm)Hansı useri bəyənirsiz suallarını vermədim ,cavabını mənlə bərabır digər userlerde bilirlər.Bir saytın Admini olaraq nə arzunuz və sözünüz varsa buyurub bildirə bilərsiz,bununla bərabər özünüzdən yaşca balaca xanımlara məsləhətiniz də varsa onuda qeyd edin kim istəsə qulağında sırğa edib lazım olan vaxtlar istifadə edər ,kim istəsə etməz əsas odur siz böyüklüyünüzdən qalmayın:)
- Xəyal qurmadığım kimi arzu da tutmuram)) Sadəcə məqsədlər qoyuram qarşıma və o məqsədlərə çatmağa çalışıram. Bəzən olur çata bilirəm, bəzən çata bilmirəm. Məqsədlərimi isə reallaşmadıqca kimsəylə bölüşmürəm (təbiətim deyil). 
Saytla bağlı və saytdakı xanımlarla bağlı isə onu deyə bilərəm ki, 8-10 istifadəçinin saytda olması zənnimcə uğurlarımız siyahısına düşə biləcək istifadəçilərdi. Həm aktivlikləri, həm özünü apara bilmələri, həm hörmətləri... Qalan istifadəçilər isə hələ tam püxtələşməyiblər mənə görə. Yaşı az olanlar isə həmişə demişəm əsas dərslərinə üstünlük vermək əvəzinə sayta üstünlük verib, bununla "ay görürsüz mən saytı necə sevirəm" imajı yaratmağa çalışırsa, əmin olsun ki, əks imajı yaradır. 
İstifadəçilərin sayı çoxalıb deyə dəqiq yadımda deyil üzrlü hesab edəsiz gərək) Amma burda bir istifadəçi bir dəfə mənə yazdı ki, mən sayta 1 il girəmməsəm nikimi siləssiz? Mən də yazdım ömürlük gedilirsə silinir. Yox əgər qayıdırsa, silinmir. Yazdı yox arada girəcəm, amma şərh falan yazmayacam çox. İnstituta hazırlaşım, daxil olum sonra gələcəm.
Bilmirəm indi həmin user sayta daxil olur ya yox amma mənə fb ünvanına yazmışdı ki, tələbə oldum))) Bu daha gözəl imajdı məncə. Nəinki aktiv user imajı.
İndi bəzi userlər deyəcək bu necə admindi)) Userləri saytdan soyudur)) Artistlik etmək mənə görə deyil. Dolğun addım nədirsə o addım atılanda mənə zövq verir. Əks addım sadəcə vaxtımı alır, sinirimi pozur)

Dastan yazdırdız özəl günümdə mənə)))) Nəyisə əskik yaxud qaranlıq yazmışamsa sual verilə bilər. Deyilənə görə biraz qəliz insanam (danışıq və yazı tərzinə görə elə deyir çoxusu). Məndən bu qədər...

loading...
(səs: 9)
Şərhlər: 42
Baxılıb: 1031
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
evli.mutlu.cocuklu
Sizi tanimaq maraqli idi tsk
24 mart 2016 23:18
42
Offline
Catwoman666
Yalniz agilli, savadli, dunya goruslu insandan bele cavablar gozlemek olardi ki, admin de bu cavablarla ne qeder derrakeli bir insan oldugunu bir daha subut etdi!
Sadece bir suala fikrimi bildirmek isteyirem. Daha dogrusu sualin cavabina)) xeyallarla bagli bir sual.
Admin bey, zaten insanlar realda yasaya bilmedikleri sheylerin xeyalini qurarlar. Elde edemediklerinin arzusunu ederler. Her kes xeyal qurar, her kesin arzulari var. Meselen, men arzu etdiyim sheylerin xeyalini quraram. Xeyalini qurduqlarimi ise reallasdirmaga calisaram.
Sadece insan tebiet ferqlidir. Bezileri tamamile xeyalperest, ozunu real dunyadan nerdeyse tecrid eden, bezileri ise sizin kimi tamamile realistdir)) (Men hem xeyalperest, hem de realistem) xeyal qurmaq gozel bir sheydir, amma realliqlari qebul etmek ve bunlarla da barismaq lazimdir))
Musahibeni cox beyendiyim serhimde yazdigim ilk cumleden bellidir yeqin ki)
Heyatinizda ugurlar!

...666...
24 mart 2016 15:43
41
Viking
Offline
Fi-Ra
- Qardaşı seçərdim. Çünki nə yoldaşa övladın yandı, nə övlada anan yandı deyə bilmərəm.
Cavablar içərisində mənə ən çox təsir esən bu cavab oldu. Türklər demiş rəsmən koydu cavab mənə. Fərqli suallar və fərqli cavablar idi.
23 mart 2016 17:05
40
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 mart 2016 12:34
39
Offline
Denizimm
Her zamanki kimi adminimizin fikirleri qeyri-adidi
23 mart 2016 12:28
38

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Offline
Leylas
Suallar da cvblar dab cox fergliydi.. Cox fergli birisiz.. Size gozellikler ))
23 mart 2016 11:52
37
Offline
Roza
Kaşki suallarda, cavablarda uzun olsaydi)) sevə-sevə oxudum,çox maraqliydi.

Kaşki o sevilən userlərin arasinda məndə olsaydim;))
23 mart 2016 08:48
36
....
Offline
ülü16
Təşəkkürlər. Çox maraqlı alınıb. Admin bəy 27-28 yaşına baxmayaraq dünya görüşü çoxdu. Dedikləri bir çoxu mənim xasiyyətimədə aiddir.
23 mart 2016 06:49
35
Offline
roksi1995
suallar super idi bayildim suallara hemxinin cavablarda ilk defe idi hansisa musahibeni maraqla yorulmadan bir setrini bele kecirmeden oxudum
23 mart 2016 06:27
34
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Offline
Narın Yağış
Müsahibəni başdan ayağa oxumaq indi qismət oldu) maraqlı alınıb.Düşündürücü suallar və gözəl cavablar.Layihədə maraqlı layihədir eynilikdən fərqli :) Uğurlar.
23 mart 2016 01:22
33
Mən istəyirəm bizə baxan insan desinlər ki:
- Ola bilməz bunlar hələ də, bir yerdədirlər?heart

Offline
Sucan
cox uzun olduguna gore kisa oxudum maraqli geldi
23 mart 2016 01:13
32
Offline
14MsM
Maraqla oxudum ancaq hicabla tek informasiya QURANDI ..DUZDU BUGUN HERWEY ADILEWIB DAHA DOGRUSU ADILEWDIRIBLER HERBAW BAGLAYAN HICABLI OLUB AMA YUZ OYUNDAN CIXIRLAR (BEZILERI)BU BIZE FATMEYI ZEHRA EMANETIDI COX MESULIYYETLIDI VE MENCE BIzde emanete xeyanet etme,eliyik .nese bu movzudan danwsaq bitmez bitmez
22 mart 2016 22:48
31
Offline
sizin 1205
Maraqli idi.tşkkkk
22 mart 2016 22:04
30
L
Offline
senay))
Cox gozel ve maraqli cavablar idi antikvar baci cox gozel suallarda vermisen adminimize ugurlar her zaman ugur sizinle olsun
22 mart 2016 17:51
29
coooooooxxx xosbextem
Offline
kiraz mevsimci kiz
suallarin ferqliliyi bir basqa hormetli admin beyin cavablari bir basqa
22 mart 2016 17:29
28
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Offline
Ay_El
cox gozle ve maraqli musahibe oolub
22 mart 2016 16:34
27
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Offline
savior angel
cox gozel menali maraqli musahibe alinib.Admin bey cavablariniz heqiqeten ureyimce oldu.Sozun duzunu daniwmaqdan xowum gelir.Her bir sual duwunulub cavablandirilmiwdi.Qizlarinda dediyi kimi size de ele bu cur cavablar yarawardi 21
22 mart 2016 15:29
26
Heç vaxt səni heç kesle muqayise elemerem..!Çünkü menim uçun sen En Yaxsisan :)!!
Offline
Hiray17
cox maraqli musahibe olub
22 mart 2016 14:22
25
girl_pinkglassesf
Offline
Canavar sevgisi
Maraqli idi oxudum hamisini gem suallar hem de cavablar ela
22 mart 2016 14:14
24
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Offline
lale.veliyeva19
çox maraqlı suallar veribsiz ANTİKVAR xanım mən sayta təzə girəndə admiminimizdən xoşum gəlməmişdi çunki sərt cavabları vardı amma sonra tanıdıqca başa düşdüm ki elə insan deyil əksinə çox zarafatcıldı:))Ad gününüzü bir daha təbrik edirəm
22 mart 2016 14:09
23

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook