Mənim sevdiyim mahnım - ulduz (24)

Müəllif: heyatim_menim
Şərhlər: 15
Baxılıb: 2 070
Səs ver:
(səs: 3)
Qadınlar.biz xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz. Layihəmin adı "Mənim Sevdiyim Mahnım"dır.Bu layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı hər hansı bir xatirəsi varmı kiməsə xitab edirlərmi, maraqlı bir layihə olacağına inanaraq təbii ki, siz xanımlarmızın köməkliyi ilə yaratmaq qərarına gəldim.Bu dəfəki qonağım ulduz-dur .Layihədə iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.
 
Salamlayiram ilk öncə saytımızın bütün qızlarını..  bacımında layihəsi çox gözəldi uğurlar..mənim ən sevdiyim dəfələrlə qulaq asdığım mahnı MƏTANƏT İSGƏNDƏRLİ nin BU GÖZLƏRİM SƏNİN ÜÇÜN AĞLADI mahnısıdır ...

Gözlərimin etibarı çox imiş.
Dayanmadı gecə gündüz ağladı.
Sədaqətdə bircə imiş,tək imiş.
Bulaq kimi həzin-həzin çağladı

Ucaldı göylərə ahım ,
Kədərlə açıldı hər sabahım.
Allahım nəymiş günahım?
Gəl sinəmi çalın çarpaz dağladın.

Haray çəkdim, haray saldım ellərə.
Döndüm xəzan olan qönçə güllərə
Nəğmə oldum düşdüm dildən dillərə
Bu gözlərim gecə gündüz sənin üçün ağladı

Sözlərin hər kəlməsi qəlbimdə,
Nalə çəkib, kaman kimi sızladı.
Sənə bənzər, sənə oxşar görəndə
Bu gözlərim gizli-gizli ağladı.
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 2 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri