Ona sevgi məktubum - rəmsə (28)

Müəllif: adsiz-a
Şərhlər: 17
Baxılıb: 2 147
Səs ver:
(səs: 10)
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər. Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz. Qonağımız rəmsə 
 
Salam canım ilk öncə məni də layihə nə dəvət etdiyin üçüb təşəkkür edirəm.Mən sevgi məktubu yox kişilərə müraciət etmək istədim.Düzdü bura qadınlar saytıdı ama yazmaq istədim yenə də.Buyurub oxuya bilərsiz:Qadınları sevin.Üstündən yemək qoxusu gələnləri,makiyaj üçün zamanı olmayanları deyirəm,sevin.Bazarlığını edib,əziyyətini çəkib, yemək bişirən,sonra sənin bir kəlimə ''çox dadlı düşüb'' sözünə əriyən qadınlardan danışıram,onları sevin.Sən yemirsənmi ana soruşsan, ''məni iy tutdu'' deyən qadınları deyirəm,sevin.Bir sorğu aparılmış.''Uşaq doğularkən öləcəyinizi biləsiniz o uşağı yenə də doğarsınızmı?''Kişilər yox,qadınım yaşasın ,qadınlarsa uşağım yaşasın demiş,qadınları sevin. Daha övladı dünyaya yenicə göz açmışkən ona gətirilən hər hədiyyəyə ''bunu qızıma çehiz qoşaram'' dəyən qadınları deyirəm, sevin. Kişilərin iş rejimi dəyişməz. 9.da başlayar,7 civarında bitər.Nə gecəsi,nə də gündüzü olar qadınların .Bunun baxçası var,bunun məktəbi var,bunun təmiz əyni-başı var,bunun valideynlər iclasında insan üzünə çıxması var,qadınları sevin.Kişilər qürur küpüdürlər biruzə verməzlər. Bunun neçə il öz evində əzab-əziyyətlə böyütdükdən sonra başqa bir evə gözü yaşlı gəlib yola salmağı var,qadınları sevin.Evindən buraxmaqla bitdimi?O evə az qala gündə iki dəfə zəng edib qızım nəyin var,nəyin yox deməsi var.Filanca şeyim əskik dəyərmi qızlar?Həyatı boyu.''Burda hər şey çox yaxşıdı ana''.Çox nadir dilə gətirirlər qadınlar hansısa bir çatışmamazlıqlarını,qadınları sevin. Elə sevin ki,onlar ana qucağına sizə dəyişdirdiklərini peşman olmasınlar. Qadınları sevin,sevməsəniz də özünüz bilərsiniz.Onlar yenə də sizi sevəcəklər...

Təşəkkürlər vaxt ayırıb oxuduğunuz üçün
(səs: 10)
Şərhlər: 17
Baxılıb: 2 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri