Qadınlar.Bizlilərin sevdiyi ev işləri (6. hissə)

Şərhlər: 14
Baxılıb: 1 810
Səs ver:
(səs: 2)
Salam Qadınlar.biz in sevimli xanımları :03: Yeni lahiyəm ilə qarşınızdayam. :04:
"Qadınlar.Bizlilərin sevdiyi ev işləri" :127: :utu:
Bölümlərdə hər xanım mənə sevdiyi və sevmədiyi ev işləri haqda yazıb atacaq.Və hər bölümdə 2 xanım olacaq.
Lahiyəyə qatilmaq isəyiən mənə şəxsi smslə yaza bilər :mail2: 
Kecək lahiyəmin  qonaqlarna  :dance:

1)arzum-aysum
Salam olsun sevimli saytımın işgüzar, qoçaq, on barmağında on marifet olan qızlarına. Bu gözəl, tam qadınlara uyğun layihədə xoş gördük sizi. Layihəni yaratdığına və məni də dəvət etdiyinə görə layihənin rəhbəri bacıma xüsusiiii təşəkkürümü bildirirəm. keçim əsas məsələyə. İndi deyəcəm ki, mən çox qoçaq, təmizkar biriyəm, deyəcəksiniz ki, başladı özünü tərifləməyə. Amma həqiqətən də, tərifdən, təvazökarlıqdan uzaq təmizliyi sevən və bunun üçün çox işləyən biriyəm. Ev işlərinin demək olar ki, hamısını sevirəm. Çünki sevdim sevmədim başqa çarəm yoxdur, bütün işləri mən etməliyəm. Ona görə də, sevə sevə edirəm ki, zövq alım, yorulmayım. Amma xüsusi sevdiyim ev işi paltar ütüləməkdi. Şirinlərimin balaca, rəngarəng paltarlarını ütüləyib şkafdan asanda zövq alıram. Onların əynində o paltarlar tər təmiz çiçək kimi olanda fərəhlənirəm. Axı çiçəyə də çiçək yaraşır. Hələ bidənəmin paltarlarını demirəm. O geyinib küçəyə çıxanda hər kəsdən səliqəli, təmiz olsun istəyirəm. 
Dadlı və gözəl görünüşlü yeməklər, şirniyyatlar bişirməyi də çox sevirəm. Bunları şirinlərimlə bişirəndə isə sözün əsl mənasında xoşbəxt oluram. O kiçik barmaqları ilə ərzaqları qarışdıranda düzdü bir baaaaalaca əsəbləşirəm, amma həmin an onların üzündəki o sevinc mənə dünyanı bəxş edir. 
Bir də sevmədiyim bir işi yazım. Yorğan döşəyin üzünü tez tez dəyişməyi sevirəm. Təmiz, ətirli, ütülü yataqda yatmaq heyif deyil?... Di gəl o qoşa yorğanın üzünü dəyişməkdən o qədər acığım gəlirrrr. Qollarım qırılır dəyişənə qədər.Təzə evlənən vaxtı bidənəm sağ olsun hər dəfə kömək edirdi. İndi forslanıb, daha eləmir 18
Yaman uzun yazıb başınızı ağrıtdım deyəsən. Sonda sizə bir məsləhət verim. İş görməkdən qaçmayın qızlar, çünki heyif deyil təmizlik.

1) zezema
Salamlar! Mənim ev işlərinə olan takıntım günbəgün artmaqdadır. Evdə çox mebel və əşyalarım ağ rəngdədir. Hər gün – tozları silirəm, tozsoranlayıram evi, sonra gücüm catan xalçaları atıram balkona havalansın, polu silirəm, sonra buxarlı təmizləyən ilə bir də üstündən keçirəm. Hamamları tualetləri təmizləyirəm (təmiz olsa da), bir də buxarla təmizləyirəm. Evin qapısını və blokun mənə aid hissəsini yuyuram. Kovriki silirəm, gül iyi verən spreylə spreyləyirəm. Tozsoraninda shotkasini qab shampunu ilə yumasam yerinə qoymuram. Bəzən ütünün buxarı ilə buxarlayıram shotkanı onda mikrob qalmır. Icini də. Evdə bir çox yerləri Spirtlə də spreyləyib silirəm mikrobları öldürmək üçün ))) Axirda xalçaları goturub balkonlari yuyuram. Mətbəxim zatən təmiz olur. Hər gun yemək bishirmirəm. Bir dəfəyə 2-3 günlük bishirirəm buzluğa qoyuram bəzilərini. Hər gün yemək bishirsəm bu islərə vaxtım catmaz. Vaxt deyəndə ki, 4-5 saat olur gunluk ishim. 
Şənbə və Bazar günü genaralni uborka gunudur! Evi dərindən təmizləyirəm. Pəncərələri silirəm, shkafları, buz dolabını, shifonerlərin ustunu, yataqlarin altini, qapiları, çılçıraqları vəəə.ssss təmizləyirəm. Pastelləri dəyişirəm. Pərdələri və stulları yuyuram.
Zəhləm gedən iş – paltar ütüləməkdi! Bir shkafımda iri həcmli siyirmələr var. yuyulan paltarları yığıram ora. Altı bazar məcburən ütüləyirəm. 
Sizi yorsamda yazacam))) Bu yaxında usta gəlmişdi. Eşitdim yoldaşımdan soruşur ki, "Siz burda yaşayırsız” – deyir "Hə”. Usta yenə "Uşaqlar da burda yaşayır” – yoldaşım güldü deyir "nolub ki” . usta dedi "elə təmizdi ki elə bil burda adam yaşamir, səhərdən təmiz yer axtarırdım namaz qılmağa, elə burda qılacam” ))))) 
Təşəkkürlər, qızlar, kimin gözü oxumaqdan ağrıdısa, həkim mənlikdi)))))
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 1 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri