Yuxularımdakı həqiqət - arzum-aysum (1)

Müəllif: arzum-aysum
Şərhlər: 22
Baxılıb: 2 463
Səs ver:
(səs: 7)
Saytımızın şirin şəkər, gözəl göyçək qızlarını yeni layihəmdə salamlayıram  :03: Necəsiz? yəqin artıq xəbər daxil olmamışdan qabaq layihəmin adı ilə tanış oldunuz. Və mənə elə gəlir ki, :26: çoxlarınız layihəmdə nədən və nələrdən danışacağıq anladınız. 
Bəli, yeni layihəmin məzmunu yuxularımız olsun istədim. İki ildən artıqdır ki, saytda qeydiyyatdan keçmişəm bu məzmunda layihə ilə qarşılaşmamışam hələ. :salakpc: İlk hazırlayan özüm olmaq istədim. Axi mən ilkləri və yenilikləri sevirəm. :09: Təvazökarlıqdan uzaq... :09:
 
Həəə qızlar, hamımız bilirik ki, :fu: yuxular insan aləminin hələ də sirri açılmayan möcüzəli bir dünyasıdır. Hansı dünya ki, insan heç görmədiyi yerlərə gedir, heç görmədiyi insanlar ilə görüşür, sevincli, kədərli, sirrli bir həyat yaşayırıq yuxularımızda. Və bəzən də.... :cadu: elə olur ki, yuxularımız  heç gözləmədiyimiz bir anda bir neçə gün sonra baş verə biləcək bir hadisənin müjdəçisi olur. Xoş və kədərli bir hadisənin... bu da uca Tanrının ən böyük möcüzələrindən biridir.... :melek: yeni layihəmdə başınıza gələn bu cür sirrli yuxuları bizimlə bölüşməyinizi istəyirəm. Əminəm ki, hər biriniz ömrünüzdə bir dəfə də olsa bu cür möcüzəli hadisə ilə qarşılaşmısınız.
İlk olaraq mən baş verə biləcək hadisələri qabaqcadan mənə ayan edən bir neçə sirrli yuxumu sizinlə bölüşmək istədim....
 
Yuxularımdakı həqiqət - arzum-aysum (1) 
 
Əvvəlcə onu deyim ki, mən o cür yuxuları çox görürəm... və bəzən özüm öz yuxularımdan qorxuram... çünki pis bir şey görəndə günlərlə, hətta elə olur həftələrlə o hadisə baş verənə qədər ürəyim üzülür, narahat oluram... o yuxunu grməmiş olum istəyirəm, yadımdan çıxarım istəyirəm... 
Amma bu gün sizlərlə xoş hadisələrin müjdəçisi olan yuxularımı bölüşəcəyəm...
 
Deməli belə... hardasa 13-14 il bundan öncə olardı... o gördüyüm yuxunun həyəcanı hələ də yadımdan çıxmayıb. Bir gecə yatarkən yuxuda bir bədheybət bir varlığın :mamba_mini: (sonralar onun Şeytan olduğunu düşündüm) məni ayağımdan tutaraq qaranlıq və alov-alov yanan bir yerə sürüdüyünü gördüm. Yuxuda nə qədər qışqırıram, kimi köməyə çağırıramsa xeyri olmur. O qorxunc şey məni sürüyüb tamam alova yaxınlaşdırır. Yuxu olsa da keçirdiyim o qorxu sanki həqiqət idi. Artıq öləcəyimi düşünürdüm. Son çarə balaca bacımı çağırıram ki, mənə kömək eləsin. Bacımın adını çəkən kimi o qorxunc varlıq ayaqlarımı buraxır və Cəhənnəm kimi olan o yer gül çiçəkli bir Cənnətə çevrilir. :TATLIASKIMCILAR2016: O an yuxudan ayıldıb , qorxudan qan tərin içində idim. Gördüyüm yuxunu heç yerə yoza bilmədim, heç kimə də danışmadım. Bu yuxunun üstündən hardasa 1 həftə 10 gün keçmişdi ki, həmin balaca bacım heç gözlənilməyən bir anda namaz qılmağa başladı. :ltfen: Və o an həmin gördüyüm yuxu yadıma düşdü... Anladım ki, o gördüyüm Şeytan imiş və bacım namaza gələcəyi üçün Şeytan məğlub olub...
 
 
 
Sİzinlə bir sirrli yuxumu da bölüşüm. Allah hər kəsin ölənlərinə rəhmət eləsin, 7-8 il bundan əvvəl tez tez rəhmətə gedən baba və nənələrimi görürdüm. Hər zaman ağlayırdılar yuxumda, bizə gəlirdilər amma qapıdan içəri keçmirdilər, ya da onları tikanlı, qaranlıq yerlərdə görürdüm. :ciyy: Hər səhər ayılanda onları bu cür pis vəziyyətdə gördüyüm üçün çox üzülürdüm. Bu yuxular xeyli çəkdi, bir ilə yaxın. Bir gün bunları anama danışdım ki, onları o cür görmək məni çox incidir, istəmirəm elə görüm. Dedi ki, bir dəfə Yasin oxu onların ruhuna. Və məndə bir cümə axşamı hər birinin ruhuna Yasin oxudum, o gün axşam onları yaşıllıq, gül çiçəkli bir çəmənlikdə gördüm, :star: gülürdülər və bu məni çox sevindirdi. Anladım ki, ruhları harayda imiş, oxuduğum o Yasin onların ruhlarına dinclik verdi... Və o gün bu gün hər cümə axşamı yaxın uzaq bütün qohumlarımızın ruhuna Yasin oxuyuram... Qoy Allahım savabını onlara bəxş etsin....
 
 
 
Və müjdəçi olan bir yuxumu da bölüşüm sizinlə.... Deməli ifadəmə görə üzr istəyirəm, ikinci dəfə ana olacağam... :laylay: baldızım da boylu idi... hələ heç bir uşağın cinsiyyəti bilinmirdi... bir gün yuxuda gördüm ki, böyük bir meyvə bağındayam.... nə meyvə ağacı desəz var.... ağacdan meyvə dərib yeyirəm... bu an fikirləşirəm ki, baldızım deyəcək ki, özü yeyib mənə heç nə vermir. Ağacdan nar qırıram bir də armud. Narı özüm yeyirəm , armudu isə baldızıma verirəm. Yuxuda nar görmək qız :miwka: övladına, armud görmək isə oğlan :sowu: övladına işarədir. Belə də oldu.... mənim şirin bir qızım, baldızımın isə oğlu oldu...
 
 
 
Mənim möcüzəli yuxularımdan bu qədər.... Uzun oldu bir az, amma ümid edirəm ki, çox maraqla oxudunuz...
 
Əziz bacılarım, layihəmin davamlı olması sizdən asılıdır... əgər sizin də hansısa möcüzəli və sirrli yuxunuz olubsa mesajla mənə yazın , mən də qızlarımızla bölüşüm... öpürəm hər birinizi....
(səs: 7)
Şərhlər: 22
Baxılıb: 2 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri